Bizə yazın

Baku

-°C

USD

-

İtaliyanın bu şəhərində evlər qəhvə qiymətinə satılır

Dünya 19 Mart 2025, 17:51

3864

İtaliyanın Abruzzo bölgəsindəki bir şəhərdə əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evlər 1 avroya satılır.

Citypost.az xəbər verir ki, əsas şərt alınan evin bərpa olunmasıdır.

İtaliyanın mərkəzi hissəsindəki Abruzzo bölgəsində, Adriatik sahilləri ilə Qran Sasso dağ silsiləsi arasında yerləşən Penne qəsəbəsi 1 avroluq (təxminən 40 TL) evləri ilə gündəmdədir.

Əhalinin azalmasına və tərk edilməsinə çarə axtaran qəsəbədə evləri alacaq insanlardan üç il ərzində bərpa işlərini həyata keçirmələri xahiş olunur. Sözügedən şəxslərdən 2 min ilə 5 min avro arasında depozit ödəmələri istənilir; İş başa çatdıqdan sonra depozit geri qaytarılır.

Penne şəhərinin meri Petrucci deyib: “Bizim təmir işlərini məsləhət görən və dəstəkləyən, podratçılar və tədqiqatçılar tapan, alıcılara evlərinin təmirdən sonra necə görünəcəyini çertyojlarla göstərə bilən və təmir fazaları boyunca məsləhət verə bilən memar və ekspertlərdən ibarət komandamız var”. dedi.

Petruççinin sözlərinə görə, kiçik və orta ölçülü bir evin əsaslı təmirinin ilkin dəyəri 20 min avro civarındadır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Maduronun oğlu atasının vəziyyətini qiymətləndirib 

ABŞ-nin əməliyyatı nəticəsində oğurlanan və hazırda Amerikada saxlanılan Venesuela Prezidenti Nikolas Maduro özünü yaxşı hiss edir.CityPost.az  xəbər verir ki, bunu onun oğlu Nikolas Maduro Gerra Venesuela Vahid Sosialist Partiyasının qurultayında bildirib."Vəkillər bizi əmin etdilər ki, o, özünü yaxşı hiss edir", - Maduro Gerra deyib.O qeyd edib ki, oğurlanan Venesuela Prezidentinin göndərdiyi mesaj onun özünü yaxşı hiss etdiyini təsdiqləyir. Bundan əlavə, siyasətçi tərəfdarlarına kədərlənməməyi tövsiyə edib....

11 Yanvar 2026, 14:31

Etirazlar zamanı Tehranda 34 məscid yandırılıb 

İranın paytaxtı Tehran şəhərində nümayiçilərlə hüquq-mühafizə orqanlarının arasənda baş verən silahlı toqquşmalar zamanı 26 ev, 34 məscid, 40 bank və 15 ticarət mərkəzi yandırılıb.Bu  barədə Tehran Yanğın Təhlükəsizliyi İdarəsi məlumat yayıb.Bildirilib ki, hökumətə aid 13 bina və 50 nəqliyyat vasitəsi də alova qərq olub.

11 Yanvar 2026, 14:29

Məşhur kolumbiyalı müğənni təyyarə qəzasında həlak olub 

Kolumbiyanın Paypa şəhərində baş verən təyyarə qəzasında məşhur kolumbiyalı müğənni Yeison Ximenes də daxil olmaqla, altı nəfər həlak olub.CityPost.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.Hadisə 10 yanvar tarixində yerli vaxtla təxminən saat 16:00-da (Bakı vaxtı ilə 01:00) baş verib. "Xuan Xose Rondon aerodromunun yaxınlığında N325FA qeydiyyat nömrəli təyyarənin qəzaya uğraması təsdiqlənib", - qurumun məlumatında deyilir.Qəza zamanı pilot, kapitan Fernando Torres Rohas da həlak olub.Öz növbəsində, yerli "El Tiempo" qəzeti bildirir ki, qəza təyyarənin Paypa hava limanından qalxmasından qısa müddət sonra baş verib. Şəhər meri German Rikardo Kamaço qəzetə bildirib ki, hadisə yerində...

11 Yanvar 2026, 11:48

Pakistan xəbərdarlıq edir

Pakistan Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib.CityPost.az  xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında yazılıb.Bildirilib ki, təhlükəsizliklərini təmin etmək məqsədilə Pakistan vətəndaşlarına şərait yaxşılaşana qədər İran İslam Respublikasına bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.Hazırda İranda yaşayan Pakistan vətəndaşları isə son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, vacib olmayan səfərləri minimuma endirməyə və aşağıda göstərilən əlaqə məlumatları vasitəsilə Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırılıb.Xatırladaq ki, İranda iki həftədir, mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir....

10 Yanvar 2026, 11:54

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb 

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb.CityPost.az  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"da yazıb.O bildirib ki, saxlanılan şəxslərdən 43-ü həbs edilib, bir nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şəxslərlə bağlı prosedurlar davam edir.Məlumata görə, əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Burdur, Bursa, Çankırı, Çorum, Diyarbəkir, Düzce, Edirne, Elazığ, Eskişehir, Giresun, Gümüşhane, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Muğla, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van, Yozqat və Zonquldakda həyata keçirilib.A.Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan tələlər bir-bir ifşa olunur:"Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına qəsd...

10 Yanvar 2026, 11:31

İranda etirazlar davam edir: ölənlərin sayı 65-ə çatıb 

İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb.CityPost.az  xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.Bildirilib ki, etirazlarda yüzlərlə insan yaralanıb.Qeyd edək ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.

10 Yanvar 2026, 10:54