Ukrayna 20 ölkədə səfirlərini dəyişməyi planlaşdırır
Dünya 08 İyul 2025, 23:17
3080
Ukrayna hakimiyyəti ABŞ, həmçinin G7 və G20 ölkələri də daxil olmaqla, 20-yə yaxın səfirini dəyişdirmək niyyətindədir.
CityPost.az xəbər verir ki,bu barədə “Obşçestvennoye” ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sıbiqaya istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Sıbiqa Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovanı “ən uğurlulardan biri” adlandırıb və səfirlik işçilərinin rotasiyasının “diplomatiya üçün yeni nəfəs” olduğunu vurğulayıb.
İyulun 8-də Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı səfir Oksana Markarovanı Vaşinqtondan geri çağırmağa söz verib. Nəşrin yazdığına görə, Markarova ABŞ Demokratlar Partiyasına yaxındır və respublikaçılar tərəfindən tənqid edilib. Buna görə də səfirin vəzifəsindən kənarlaşdırılması Kiyevə silah tədarükünün dayandırılması zamanı Zelenskinin ABŞ prezidentini sakitləşdirmək cəhdi olacaq.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Daha sonra baş nazirin Avropaya inteqrasiya üzrə müavini və Ukraynanın ədliyyə naziri Olha Stefanişina bildirib ki, onunla heç kim ABŞ-da səfir postuna mümkün təyinatı müzakirə etməyib.
Bundan əvvəl Ukrayna Aİ-nin Macarıstan və Slovakiyanın Rusiyaya qarşı sanksiyalara vetosunu nə vaxt ləğv edəcəyini açıqlamışdı.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İş adamı Karapetyan Ermənistan parlamentin spikerini məhkəməyə verib
Erməni iş adamı və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb.Citypost.az xəbər verir ki, məhkəmə aktları portalı “Datalex”də dərc edilən iddiaya əsasən, Karapetyan spikerdən onun ünvanına səsləndirilmiş şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib edilməsini və 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.İddia sənədinə görə, Karapetyanın müdafiə tərəfi Simonyanın 19 may 2026-cı ildə sosial şəbəkələrdə etdiyi açıqlamaların yalan və nüfuz sarsıdıcı olduğunu bildirərək onların rəsmi şəkildə təkzib olunmasını istəyir. Bundan əlavə, məhkəmə xərclərinin də cavabdeh tərəfindən ödənilməsi tələb olunur.Qeyd olunur ki, Karapetyan bundan əvvəl də...
30 May 2026, 15:13
Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib
“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.CityPost.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib."Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük", - Zelenski bildirib.Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib....
29 May 2026, 22:19
Peskov: Ermənistan yalnız öz hesabına Aİ ilə inteqrasiya edə bilər
Avropa İttifaqı (Aİ) istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur, lakin o, bunu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin maliyyəsi hesabına etməməlidir."Report"un Rusiya mediasına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib."Daha bir böyük sual var: Avropa İttifaqı istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur. Lakin Ermənistan bunu Aİİ ölkələrinin maliyyəsi hesabına edə bilməz və etməməlidir, o, bunu öz hesabına etməlidir", - D.Peskov bildirib.Onun sözlərinə görə, Ermənistan Aİ ilə yaxınlaşdıqca gec-tez onun qəbul etdiyi normaların Aİİ-nin norma və qaydaları ilə ziddiyyət təşkil edəcəyi bir vəziyyətə düşəcək....
29 May 2026, 18:00
Türkiyədə Şengen viza sistemindən narazılıq artır
Türkiyədə Şengen viza sistemindən narazılıq artır.AZƏRTAC xəbər verir ki, Şengen vizası üçün sənədləri təqdim etmək və qısa müsahibədən keçmək üçün viza mərkəzlərinə və ya konsulluqlara məcburi şəkildə şəxsən gəlmək — randevu təyin etmək ciddi problemə çevrilib.Türkiyə Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) prezidenti Firuz Bağlıkaya jurnalistlərin diqqətini vətəndaşların Şengen vizası üçün müraciət edərkən üzləşdiyi çətinliklərə yönəldib.Onun sözlərinə görə, randevuya yazılış sistemi gecə yarısı, bayram günləri səhərlər və ya bazar günləri açılır. “Bütün yerlər proqram təminatı - botlar vasitəsilə tez bir zamanda bölüşdürülür. Daha sonra yerlər “qara bazar”da 300, 500 və ya hətta təcili hallarda 1000 avroya satılır”, - deyə o bildirib.TÜRSAB rəhbəri...
29 May 2026, 17:34
Macarıstan prezidenti yeni baş nazirin tələbi ilə istefa verməkdən imtina etdi
Macarıstan Prezidenti Tamaş Şujok ölkənin yeni Baş naziri Peter Magyarın tələbi ilə istefa verməkdən imtina edib.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, Macarıstan Prezidenti Venesiya Komissiyasından aralarında yaranan münaqişəyə hüquqi qiymət verilməsini istəyib:"Siyasi səbəblərə görə dövlət başçısının vəzifədən kənarlaşdırılması çağırışları mövcud konstitusiya quruluşuna ziddir. Bu da Prezident institutunun konstitusiya fəaliyyətinə və səlahiyyətlərinə mənfi təsir göstərir. Şuyok mövcud vəziyyəti qiymətləndirmək və Avropa konstitusiya dəyərlərini nəzərə almaqla mübahisəli vəziyyətin həlli üçün Avropa Şurasının məsləhət orqanı olan Venesiya Komissiyasına müraciət edib".Magyar Macarıstan prezidentini mayın 31-nə qədər könüllü olaraq istefa verməyə çağırıb. Yeni baş nazir hesab edir ki, Şuyokun vəzifədə qalmaq hüququ yoxdur, çünki o,...
29 May 2026, 17:16
“Şerlok Holms” ləqəbli alpinist arxivinin rəqəmsal mirası Himalaylarda yaşayır
Nepalın Katmandu şəhərində yerləşən Himalay Məlumat Bazası dünyanın ən yüksək zirvələrinə edilən dırmanışların 60 illik tarixini qorumağa davam edir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu nəhəng arxivin idarəçisi alman alpinist Billi Bierlingdir. O, mərhum amerikalı jurnalist Elizabeth Hawley tərəfindən yaradılmış məlumat bazasını rəqəmsal dövrdə yeniləyərək fəaliyyətini davam etdirir.Hawley 1960-cı illərdən etibarən Himalay ekspedisiyalarını izləyib, alpinistlərlə müsahibələr apararaq onların uğurlarını qeydə alıb. Dəqiqliyi və sərt araşdırma üslubuna görə o, “alpinizmin Şerlok Holmsu” kimi tanınıb.Verilənlər bazası illər ərzində Himalayda baş tutan minlərlə dırmanışın əsas rəsmi qeydinə çevrilib və alpinistlər, tədqiqatçılar və ekspedisiya təşkilatçıları tərəfindən istifadə olunur.Bierling bildirib ki, müasir dövrdə artan...
29 May 2026, 11:33