İsrail və ABŞ vətəndaşlığı olan pilot ələ keçirilib
Dünya 06 Aprel 2026, 16:26
271
İsrail və ABŞ vətəndaşlığı olan Moran Sagron adlı pilot, təyyarəsinin qəzaya uğramasından sonra İran ərazisində ələ keçirilib.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-lərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hesabların məlumatlarına istinadən “Gündəlik İran jurnalisti” adlı Telegram kanalı məlumat yayıb.
Məlumatda pilotun rəsmi hərbi identifikasiya məlumatları, o cümlədən ona aid edildiyi bildirilən identifikasiya nömrəsi dərc olunub.
Həmçinin oxuyun
Kanalın bildirdiyinə görə, pilot təyyarəsinin İran ərazisində qəzaya uğramasından sonra saxlanılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fidanla Əraqçi müharibənin gedişatını müzakirə edib
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb."Report" xəbər verir ki, bu barədə "Haber Global" Türkiyə XİN-dəki diplomatik mənbələrə əsasən məlumat yayıb.Nazirlər bölgədəki son vəziyyəti və müharibənin gedişatını müzakirə ediblər.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb....
06 Aprel 2026, 17:14
Putin müşavirə çağırdı
Rusiya prezienti Vladimir Putin aprelin 7-də Dağıstandakı vəziyyətlə bağlı müşavirə çağırıb.Modern.az xəbər verir ki, TASS-ın məlumatına görə, prezident zərərçəkmişlərə yardım göstərilməsi üçün bütün müvafiq qurumlara lazımi göstərişlər verib.Vladimir Putin fövqəladə hallar naziri Aleksandr Kurenkov və Dağıstan rəhbəri Sergey Melikovə respublikada anomal yağıntılar nəticəsində zərər çəkənlərə lazımi yardım göstərməyi tapşırıbAprelin 7-də keçiriləcək müşavirədə bölgədə yaranmış vəziyyət ətraflı müzakirə olunacaq.Qeyd edək ki, anomal yağıntılar nəticəsində Dağıstanda yüzlərlə evi su basıb, minlərlə sakin təxliyə olunub....
06 Aprel 2026, 16:36
SEPAH: ABŞ və İsrail ordusunun həssas mövqelərinə zərbələr endirilib
İran ABŞ və İsrailə məxsus hərbi obyektlərə qarşı raket hücumları təşkil edib.İran mediasının xəbərinə görə, bununla bağlı SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.Bildirilib ki, 98-ci raket hücumu dalğasında ABŞ və İsrail ordusunun komanda, əməliyyat, logistika mərkəzləri və hərbi-sənaye obyektləri hədəfə alınıb.Bu gün səhər isə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin İsrailə məxsus "SDN7" konteyner gəmisinə raket hücumu nəticəsində gəmidə yanğın baş verdiyi əlavə edilib....
06 Aprel 2026, 16:05
İsraildə İrana casusluqda şübhəli bilinən şəxs həbs edilib
Qüdsdə (İsrail) İrana casusluq etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb."Report" xəbər verir ki, bu barədə "The Times of Israel" yazıb.Qeyd olunub ki, şübhəli şəxsin 2025-ci il ərzində ölkənin müxtəlif bölgələrində kəşfiyyat məlumatları topladığı ehtimal olunur. Polisin məlumatına görə, o, bunun üçün radio avadanlıqlarından istifadə edib.Həmin şəxsin öz kuratoru ilə internetdə tanış olduğu və ondan kriptovalyuta ilə ödəniş aldığı bildirilir.
06 Aprel 2026, 14:25
İranda ABŞ və İsrailə işləyən 42 nəfər həbs edildi
İranın Xuzistan vilayətində İsrail və ABŞ ilə əlaqədə şübhəli bilinən bir qrup şəxs həbs olunub.Citypost.az xəbər verir ki, İran mediasının məlumatına görə, texniki kəşfiyyat tədbirləri və ardıcıl polis araşdırmaları vasitəsilə Xuzistan hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən media qurumları ilə əlaqəli 42 nəfəri müəyyən etməyə müvəffəq olub. Məhkəmə koordinasiyasından sonra onların hamısı həbs edilib.Bu şəxslər əvvəlcədən planlaşdırma ilə həssas hərbi və mülki mərkəzlərin foto və videolarını çəkib düşmən şəbəkələrinə göndəriblər....
06 Aprel 2026, 13:07
Türkiyənin 3-cü gəmisi Hörmüz boğazını tərk edib
Türkiyənin 3-cü gəmisi Hörmüz boğazını tərk edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.Nazir bildirib ki, “Ocean Thunder” adlı türk gəmisi Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək körfəzdən çıxıb.Uraloğlu Hörmüz boğazındakı vəziyyəti yaxından izlədiklərini və türk gəmilərinin təhlükəsizliyinin təmin edildiyini qeyd edib.Beləliklə, münaqişə başlayandan bəri körfəzdə gözləyən 3-cü gəmi də təhlükəsiz şəkildə boğazı tərk edib....
06 Aprel 2026, 12:55