Tayvan müxalifət lideri Çinə səfər edəcək
Dünya 06 Aprel 2026, 12:28
269
Tayvanın əsas müxalifət partiyası olan Kuomintangın (KMT) lideri Çenq Li-vun Çinə səfər edəcək.
Citypost.az “Reuters”a istinadən xəbər verir ki, səfər 7–12 aprel tarixlərini əhatə edəcək və Pekinin Tayvanla bağlı “birləşmə” səylərini artırdığı dövrə təsadüf edir. Bildirilir ki, səfər çərçivəsində Çenqin Çin rəsmiləri ilə, o cümlədən mümkün yüksək səviyyəli görüşlər keçirməsi istisna edilmir.
Məlumata əsasən, səfər Tayvan parlamentində müdafiə xərcləri ilə bağlı müzakirələrin dayandırıldığı və Pekinin Tayvana hərbi-siyasi təzyiqləri artırdığı bir vaxta təsadüf edir.
Çin tərəfi Tayvanı öz ərazisi hesab edir və “dinc birləşmə” siyasətini davam etdirdiyini bildirir. Lakin Taypeydə bu yanaşma ciddi siyasi mübahisələrə səbəb olur.
Həmçinin oxuyun
KMT lideri Çenq Li-vun isə daha əvvəl bildirib ki, Tayvan üçün sülh yalnız müdafiə imkanları ilə deyil, siyasi dialoq vasitəsilə də təmin oluna bilər.
Qeyd edək ki, bu səfər onun son illərdə Çinə ilk rəsmi səfərlərindən biri kimi qiymətləndirilir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İranda ABŞ və İsrailə işləyən 42 nəfər həbs edildi
İranın Xuzistan vilayətində İsrail və ABŞ ilə əlaqədə şübhəli bilinən bir qrup şəxs həbs olunub.Citypost.az xəbər verir ki, İran mediasının məlumatına görə, texniki kəşfiyyat tədbirləri və ardıcıl polis araşdırmaları vasitəsilə Xuzistan hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən media qurumları ilə əlaqəli 42 nəfəri müəyyən etməyə müvəffəq olub. Məhkəmə koordinasiyasından sonra onların hamısı həbs edilib.Bu şəxslər əvvəlcədən planlaşdırma ilə həssas hərbi və mülki mərkəzlərin foto və videolarını çəkib düşmən şəbəkələrinə göndəriblər....
06 Aprel 2026, 13:07
Türkiyənin 3-cü gəmisi Hörmüz boğazını tərk edib
Türkiyənin 3-cü gəmisi Hörmüz boğazını tərk edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.Nazir bildirib ki, “Ocean Thunder” adlı türk gəmisi Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək körfəzdən çıxıb.Uraloğlu Hörmüz boğazındakı vəziyyəti yaxından izlədiklərini və türk gəmilərinin təhlükəsizliyinin təmin edildiyini qeyd edib.Beləliklə, münaqişə başlayandan bəri körfəzdə gözləyən 3-cü gəmi də təhlükəsiz şəkildə boğazı tərk edib....
06 Aprel 2026, 12:55
Tehranda gecə baş verən partlayışda 6 uşağ həlak olub
Tehranın fövqəladə halların idarə olunması agentliyinin məlumatına görə, İran paytaxtında gecə saatlarında baş verən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla ölənlər var.Citypost.az İran mətbuatına istinadən xəbər verir ki, agentliyin bazar ertəsi səhər yaydığı açıqlamada bildirilib ki, “dünən gecə Tehranda baş verən bombalama nəticəsində 10 yaşdan kiçik 6 uşaq həlak olub”.Bununla yanaşı, Mehr Xəbər Agentliyinin məlumatına əsasən, Tehranın cənub-şərqində yerləşən yaşayış binası çoxsaylı mərmilərin düşməsi nəticəsində tamamilə dağılıb. Hadisə nəticəsində azı 3 nəfərin öldüyü, xilasedicilərin isə dağıntılar altından 7 sakini çıxararaq xəstəxanaya çatdırdığı bildirilir.Yeganə...
06 Aprel 2026, 12:24
ABŞ İrandakı əməliyyatlara 42 milyard dollar xərcləyib
ABŞ-ın İrana qarşı davam edən hərbi əməliyyatlarının ümumi dəyəri indiyədək 42 milyard dolları keçib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir k,“İran Müharibəsi Xərcləri İzləyicisi” portalının məlumatına görə, münaqişənin başlanmasından 36 gün ötüb. Qeyd olunur ki, sözügedən portal ABŞ-ın İslam Respublikasına qarşı hərbi fəaliyyətlərinə dair qeyri-rəsmi xərcləri real vaxt rejimində yeniləyir.Hesablamaların Pentaqonun Konqresə təqdim etdiyi hesabatlara əsaslandığı bildirilir. Həmin hesabatlarda hərbi kampaniyanın ilk 6 gününün 11,3 milyard dollara başa gəldiyi qeyd olunur. Eyni zamanda, gələcəkdə gündəlik xərclərin 1 milyard dollara qədər yüksələ biləcəyi proqnozlaşdırılır.Bununla yanaşı, “İran Müharibəsi Xərcləri İzləyicisi”nin özü bəzi analitiklərin bu rəqəmlərin real xərcləri əhəmiyyətli dərəcədə az göstərə biləcəyini düşündüyünü...
06 Aprel 2026, 11:58
Qazaxıstanın şimalında su bəndi yarılıb
Qazaxıstanın şimalındakı Akmola vilayətində "Şoptıkol" bəndi yarılıb."Report" xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumata görə, ərazidə bərpa işləri aparılır, hidrotexniki qurğu Qorğaljın rayonunun Sabındı kəndindən 2 km şimalda yerləşir."Hadisə yerində suyun təhlükəsiz şəkildə buraxılması üçün operativ işlər aparılır. Fəsadların aradan qaldırılmasına FHN-in, yerli icra hakimiyyəti orqanlarının, rayon polis şöbəsinin, eləcə də yol xidmətlərinin qüvvə və vasitələri cəlb olunub."Ümumilikdə 170-ə yaxın şəxsi heyət və 43 ədəd texnika cəlb edilib. Bəndin möhkəmləndirilməsi, lazımi materialların tökülməsi və suyun kənarlaşdırılması üzrə tədbirlər görülür", - qurumdan qeyd edilib....
06 Aprel 2026, 08:12
Tehrana ağır zərbə endirilib
ABŞ və İsrail qüvvələrinin Baharıstana (Tehran) hücumu nəticəsində azı 13 nəfər həlak olub."Report" xəbər verir ki, bu barədə "Fars" Xəbər Agentliyi şəhər qubernatoruna istinadən məlumat yayıb.Qubernatorun sözlərinə görə, ABŞ və İsrail iki yaşayış binasına zərbə endirib."İndiyədək xilasetmə qrupları tərəfindən hadisə yerindən 13 şəhid çıxarılıb", - "Fars" qubernatorun sözlərindən sitat gətirib.Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur.Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri...
06 Aprel 2026, 08:00