Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Dövlət katibi: Kuba ilə bağlı məsələyə daha sonra baxacağıq 

Dünya 06 May 2026, 09:31

317

ABŞ Kuba ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

Rubio qeyd edib: “Kubanın iqtisadi modeli iflasa uğrayıb və məsul şəxslər bunu düzəldə bilmirlər”.

“Sahilimizdən təxminən 140 kilometr məsafədə bəzi rəqiblərimiz üçün dost əraziyə çevrilmiş uğursuz bir dövlət yerləşir. Bu, qəbuledilməz status-kvodur və biz bunu həll edəcəyik, amma bu gün yox”, - deyə o əlavə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ 5 ölkə ilə birgə İrana qarşı hərəkətə keçdi 

ABŞ prezidenti Donald Trampın göstərişi ilə Birləşmiş Ştatlar Bəhreyn və Fars körfəzi üzrə tərəfdaşları - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətərlə birlikdə Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasına dair qətnamə layihəsi hazırlayıb.Citypost.az  xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubionun bəyanatında deyilir.Qətnamə layihəsində İrandan yerləşdirdiyi dəniz minalarının sayı və yerləri barədə məlumat verməsi, onların zərərsizləşdirilməsi səylərində əməkdaşlıq etməsi, həmçinin humanitar dəhlizin yaradılmasını dəstəkləməsi tələb olunur.“ABŞ yaxın günlərdə bu qətnamə üzrə səsverməni səbirsizliklə gözləyir və Təhlükəsizlik Şurası üzvlərinin və geniş həmmüəlliflər dairəsinin dəstəyinə ümid edir”, – deyə Rubionun bəyanatında qeyd edilir.“İran İslam Respublikası Hörmüz boğazını bağlamaq cəhdləri, boğazda...

06 May 2026, 09:50

Texasda atışma zamanı iki nəfər öldü 

ABŞ-nin Texas ştatının Dallas şəhərində yerləşən ticarət mərkəzində atışma baş verib.Modern.az-ın məlumatına görə, silahlı şəxs beş nəfəri güllələyib, nəticədə iki nəfər həyatını itirib.Polis bildirib ki, bu hadisə təsadüfi silahlı hücum olmayıb və qurbanlar məqsədli şəkildə seçilib.Şübhəli şəxs polis tərəfindən açılan atəş nəticəsində yaralanıb və saxlanılıb.

06 May 2026, 08:55

Tramp ICE İmmiqrasiya Mühafizəsinin adının NICE olmasını təklif edib 

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Amerikanın İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) adının NICE olaraq dəyişdirilməsini təklif edib."Report"un məlumatına görə, o, təklifi "Truth Social" sosial şəbəkəsində qartal şəkli və yeni ixtisarla paylaşıb.Tramp "National Immigration and Customs Enforcement" (Milli İmmiqrasiya və Gömrük Mühafizəsi") adını təklif edib. Bu ixtisar "NICE" mənasını verir və ingiliscə "qəşəng" deməkdir.

06 May 2026, 08:35

Krıma PUA hücumu zamanı beş nəfər ölüb 

Krımın Canköy şəhərinə edilən pilotsuz uçuş aparatı hücumu beş nəfərin ölümünə səbəb olub.APA xəbər verir ki, Ukrayna PUA-larının hücumunun qurbanları arasında mülki şəxslər də var.Hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

06 May 2026, 08:00

Tramp İranla danışıqlarda şəxsən iştirak etdiyini bildirib 

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında danışıqlarda şəxsən iştirak etdiyini bildirib.Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb."İranda xoşuma gəlməyən şey odur ki, əvvəlcə mənimlə hörmətlə danışırlar, sonra isə televiziyaya çıxıb mənimlə danışmadıqlarını deyirlər. Amma mən sadəcə onlarla] danışdım. Onlar oyun oynayırlar", - Tramp deyib.

05 May 2026, 21:25

Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb 

Çin Vaşinqtonu embarqonu dərhal dayandırmağa və Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb, genişləndirilmiş tədbirlərin beynəlxalq münasibətlər normalarını ciddi şəkildə pozduğunu bəyan edib."Report" xəbər verir ki, bu barədə "Reuters" Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.Qurumdan bildirilib ki, ABŞ Kubaya qarşı birtərəfli sanksiyaları gücləndirib."Çin ABŞ-ni Kubaya qarşı embarqo və sanksiyaları, eləcə də hər cür məcburi təzyiq formalarını dərhal dayandırmağa çağırır", - bəyanatda qeyd edilib.Məlumatda vurğulanıb ki, bu tədbirlər Kuba xalqının yaşamaq və inkişaf etmək hüququnu pozur.Qurumdan, həmçinin bildirilib ki, Pekin Kubanın milli suverenliyi və təhlükəsizliyini qorumaqla bağlı səylərini dəstəkləyir və ölkənin daxili işlərinə müdaxiləyə qətiyyətlə qarşı çıxır....

05 May 2026, 17:49