Bizə yazın

Baku

-°C

USD

-

Türkiyədə Azərbaycan Kinosu Günlərinə başlanılıb 

Sənət aləmi 05 May 2026, 18:00

261

Türkiyədə təşkil olunan Azərbaycan Kinosu Günləri çərçivəsində silsilə tədbirlər başlayıb.

Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirib ki, layihə Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ARKA və Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Kino günlərinin açılış mərasimi və ilk film nümayişi Ege Universitetində reallaşıb. Açılışda tamaşaçılara yeni Azərbaycan filmi olan “Nargin: Sonadək sirli” təqdim edilib. Bədii-sənədli ekran əsəri Azərbaycan tarixinin mühüm, lakin az öyrənilmiş səhifələrindən birinə işıq salır.

Filmdə xüsusilə Birinci Dünya müharibəsi dövründə Bakı yaxınlığında – Xəzər dənizindəki Nargin adasında baş verən hadisələr və orada saxlanılan Osmanlı əsirlərinin ağır yaşam şəraiti əks olunur. Ekran əsəri Azərbaycan türklərinin ən çətin tarixi dönəmlərdə belə türk qardaşlarına kömək etmək üçün nümayiş etdirdikləri fədakarlığı ön plana çəkərək, dostluq və qardaşlıq tellərinin ən ağır sınaqlardan güclənərək çıxdığını xüsusi vurğulayır.

Proqram çərçivəsində "Buta", "Cənnət yuxusu" və "Zəfər rəqsi" filmləri də nümayiş olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

 Heydər Əliyevə həsr edilən “Bir səfərin izi ilə” filmi nümayiş olunub

Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Bir səfərin izi ilə” adlı sənədli filmin nümayişi olub.AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl çıxış edən layihənin müəllifi, tanınmış səyyah və jurnalist Azər Qərib film barədə məlumat verib.O qeyd edib ki, layihə silsiləsindən iki film təqdim edilib. “Həmin ekran əsərləri Ümummilli Liderin İtaliyaya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərinə həsr olunub. Mayın 6-da isə Ulu Öndər Heydər Əliyevin fərqli coğrafiyaları - Fransa, Böyük Britaniya, Belçika və Lüksemburq, Çin, Yaponiya və Türk dünyası istiqamətləri üzrə rəsmi səfərlərini əks etdirən ekran işlərinin nümayişi nəzərdə tutulub. Ekran əsəri “Heydər Əliyev və...

05 May 2026, 09:08

Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib 

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) nəzdində fəaliyyət göstərən “Şuşa” Azərbaycan Musiqi Mərkəzi Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc azərbaycanlı musiqi ifaçılarının müsabiqəsinə ərizələrin qəbulunun başlandığını elan edib.AZƏRTAC xəbər verir ki, müsabiqə vokal, instrumental ifaçılıq və Azərbaycan rəqsi də daxil olmaqla bir neçə kateqoriya üzrə gənc ifaçılar üçün açıqdır. İştirakçılar xalq mahnılarını, Azərbaycan bəstəkarlarının əsərlərini, instrumental kompozisiyaları və rəqs proqramlarını təxminən bir dəqiqəlik video formatında təqdim etməyə dəvət olunurlar.Ərizələr 15 may tarixinə qədər qəbul ediləcək və [email protected] ünvanına göndəriləcək. İştirakçının adı və soyadını, təhsil müəssisəsini, əsərin müəllifini və ya rəqsin adını, eləcə də əlaqə telefon nömrəsini qeyd etmək tələb olunur.Müsabiqədən...

04 May 2026, 14:00

Yazıçı Nihat Pirin ilk hekayələr kitabı nəşr olunub 

Yazıçı Nihat Pirin ilk hekayələr kitabı nəşr olunub.Citypost.az xəbər verir ki, "Miraj" adlı hekayələr toplusunun redaktoru yazıçı Həmid Piriyev, korrektoru Arifə Kərimzadə, rəssamı Aynur Aydın, dizayneri isə Vüsal Abdullazadədir.Müəllifin ilk kitabı "Çardaq" nəşriyyatında işıq üzü görüb.Kitabın yaxın günlərdə təqdimat mərasimi və imza gününün keçirilməsi də nəzərdə tutulur.

04 May 2026, 13:05

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb

Xalq artisti Arif Babayevin I Fəxri xiyabanda – məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.APA xəbər verir ki, abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.

30 Aprel 2026, 16:33

“Qəbələdə kino günləri” başlayır 

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə aprelin 29-dan mayın 1-dək “Qəbələdə kino günləri” keçiriləcək.Bu barədə Citypost.az-a AKİ-dən məlumat verilib.Bildirilib ki, layihə çərçivəsində Azərbaycanın müasir, tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.Bu təşəbbüsün əsas məqsədi paytaxtdan kənarda yaşayan tamaşaçıların da müasir Azərbaycan kinosu ilə daha yaxından tanış olmasına şərait yaratmaq, regionlarda kino mədəniyyətini canlandırmaq və xüsusilə gənc tamaşaçılar arasında kinoya marağı artırmaqdır. Nümayişlərdən sonra filmlərin yaradıcı heyəti ilə müzakirələr və sual-cavab sessiyaları tədbirin əsas hissəsini təşkil edir.Layihə çərçivəsində “Aranda kino günləri”, “Lənkəranda kino günləri”, “Şirvanda kino günləri”, “Gəncədə kino günləri” və digər bölgələrdə silsilə tədbirlər...

28 Aprel 2026, 14:04

Gənc yazarın həyatı film olur - FOTOLAR   

Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq. Citypost.az  xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru Tural Fikrətoğludur.Filmdə Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar Mədəniyyət işçisi Aslan Fətullayev də çəkilib. Ekran işi yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir. Süjetə əsasən, baş qəhrəman hekayəsinin ilk cümləsini yaza bilmədiyi üçün daxili sarsıntılar yaşayır. Hadisələrin inkişafı onun yaradıcılıq axtarışları və daxili mübarizəsi üzərində qurulub.Filmin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı gözlənilir. Müəllif filmin əsas məqsədinin yaradıcı insanların daxili dünyasını göstərmək olduğunu vurğulayıb.Qeyd edək ki, filmin çəkilişləri Sumqayıt şəhərində aparılıb. Ekran işinin yerli tamaşaçılarla yanaşı, müxtəlif qısametrajlı film festivallarına...

28 Aprel 2026, 12:13