Bizə yazın

Baku

-°C

USD

-

BMU-da Milli Xalça Festivalı təşkil edilib 

Cəmiyyət 05 May 2026, 17:55

62

Bakı Mühəndislik Universitetində (BMU) 5 May –“Xalçaçı Gün” ilə əlaqədar Milli Xalça Festivalı keçirilib. Memarlıq və inşaat fakültəsinin Dizayn kafedrasının təşkilatçılığı ilə baş tutan festivalda BMU-nun tələbələri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində reabilitasiya keçən əlilliyi olan şəxslər, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Əzim Əzimzadə adına İncəsənət Kollecinin gənc rəssamları da iştirak ediblər.

Bu barədə Citypost.az-a BMU-dan məlumat verilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bu cür festivalların milli-mədəni dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Rektor xalça sənətini xalqımızın milli kimliyini, estetik zövqünü və tarixi yaddaşını özündə əks etdirən ən dəyərli irs nümunəsi kimi xarakterizə edib. Bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən 5 May - Xalçaçı Günü peşə bayramı kimi təsis edilib və bu addım dövlətin xalçaçılıq sənətinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın xalçaçılıq sənətinin qorunub saxlanmasına verdiyi mühüm töhfələr vurğulanıb, onun təşəbbüsü ilə 16 il əvvəl Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb.

Yaqub Piriyev, həmçinin BMU-nun Dizayn kafedrasında ötən ildən xalq sənətimizi yaşatmaq, yeni xalçaçı-rəssamlar nəsli yetişdirmək üçün “Dekorativ tətbiqi sənət” ixtisasının açıldığını qeyd edib, mühəndislik dəqiqliyi ilə incəsənətin zərifliyini bir araya gətirərək, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların hazırlanması üçün atılan digər addımlara toxunub.

Çıxışda müxtəlif təhsil ocaqlarından olan istedadlı gənclərin, əlilliyi olan şəxslərin festival çərçivəsində bir araya gəlməsi birlik və yaradıcılığın təntənəsi kimi qiymətləndirilib. Qeyd olunub ki, təqdim edilən hər bir ilmə, hər bir sənət nümunəsi sənətə sevginin ifadəsidir və bu cür tədbirlər milli-mədəni irsimizin təbliğinə, qorunmasına mühüm töhfə verir.

Festival zamanı 100-dən çox eksponat nümayiş etdirilib. Ekspozisiyada keçə, həsir, xovsuz xalçalar (palaz, kilim, zili, sumax, şəddə, cecim), eləcə də Bakı, Şirvan, Qarabağ, Şəki, Quba və digər bölgələrə məxsus xovlu xalça nümunələri yer alıb. Bununla yanaşı, at çulu, xurcun, məfrəş, örkən kimi xalça məmulatları, qədim toxuculuq alətləri və dəzgahlar haqqında iştirakçılara ətraflı məlumat verilib.

Tədbir zamanı klassik xalça çeşnilərinin hazırlanması və xalçatoxuma prosesi canlı nümayiş etdirilib. Qədim adət və ənənələri əks etdirən məişət və bəzək əşyaları da festivalın maraqlı hissələrindən olub. Əlilliyi olan gənclərin təqdim etdiyi müxtəlif əl işləri xüsusi maraq doğuraraq yüksək qiymətləndirilib.

Festival çərçivəsində dekorativ-tətbiqi sənət üzrə ustad sənətkarlar və tələbələr tərəfindən master-klaslar keçirilib.

Milli rəqslər və musiqi nömrələri ilə müşayiət edilən festival yüksək əhvali-ruhiyyə yaradıb və gənc mütəxəssislər üçün ilham mənbəyinə çevrilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirilib

Nəsimi Rayon Polis İdarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər. Yarışda Nəsimi Rayon Polis İdarəsinin 85 əməkdaşı 5 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis...

05 May 2026, 17:50

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb 

Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.Citypost.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Ardınca "Azərbaycan Respublikasının idman ustası" adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.Daha sonra nazir Fərid Qayıbov idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, apreldə Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar.Tədbir zamanı beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və...

05 May 2026, 17:43

İcra başçısının köməkçisi vəfat edib

Suraxanı Rayon İcra Hakimiyyətində uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış Nazim Hüseynalı oğlu Fətullayev bu gün səhər saatlarında vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Suraxanı Rayon İcra Hakimiyyəti məlumat yayıb.Mərhum N.Fətullayev icra başçısının köməkçisi işləyirdi.Allah rəhmət eləsin.

05 May 2026, 17:30

Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirdi

Mayın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.Cityposty.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş...

05 May 2026, 17:27

AAYDA-nın bu qurumu ləğv olunur 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus 1, 2 və 3 nömrəli “Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-lər ləğv olunduqlarını elan edib.Citypost.az xəbər verir ki, 150 min manatlıq nizamnamə kapitalına sahib olan “1 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin qanuni təmsilçisi Əli Hünbətovdur.90 min manat kapitala sahib olan “2 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin qanuni təmsilçisi isə Səxavət Aslanovdur. Hər iki şirkət 2003-cü ildə dövlət qeydiyyatına alınıb.2004-cü ildə dövlət qeydiyyatına alınan “3 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin isə nizamnamə kapitalı 130 min manat, qanuni təmsilçisi isə Ustubat Niftəliyevdir. (Teleqraf)Qurumun hazırda dövlətə 1 399.55 manat vergi borcu mövcuddur....

05 May 2026, 17:14

Yaponiyada uşaqların sayı ardıcıl tarixi minimuma enib 

Yaponiyada yaşı 15-dən aşağı olanların sayı ardıcıl 45 il azalaraq tarixi minimuma enib.AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, uşaqların sayı ötən illə müqayisədə 350 min nəfər azalaraq 13,29 milyona enib.Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, uşaqların ümumi əhali sayındakı payı əvvəlki ilə nisbətən 0,3 faiz bənd azalaraq 10,8 faiz təşkil edib. Bu da 1950-ci ildən bəri ən aşağı göstəricidir.Yaponiya hökumətinin uşaq böyüdən ailələrə maddi dəstəyin genişləndirilməsi də daxil olmaqla, doğum nisbətinin azalması ilə mübarizə səylərinə baxmayaraq, azalma ardıcıl 45-ci ildir davam edir. Uşaqların yaşa görə bölgüsünə gəldikdə, 3,09 milyon uşaq 12-14 yaş arasında, 2,13 milyon uşaq isə 0-2...

05 May 2026, 17:06