Bizim Firudin müəllim... Elman Eldaroğlu yazır...
Söz adamı 06 May 2026, 10:11
272
Doxsan bir il fərqlə məşhur Ziqmund Freydlə eyni gündə doğulublar. Freyd təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyəsi ilə tanınsa da, onu da müstəqil ölkəmizin ilk təhsil naziri kimi tanıyırlar. Biri dünya elminin inkişəfında vacib xidmətlər göstərib, o biri isə Azərbaycan təhsilində test üsulunun tətbiqində əhmiyyətli rol oynayıb...
Cəmi bir il nazir işləyib, amma bir ömürlük xalq məhəbbəti qazanıb. Adı çəkiləndə, ünvanına xoş sözlər deyilir. Ortaq türk dili söhbəti ilk dəfə ortaya atılanda, aləm bir-birinə dəymişdi. Necə deyərlər, ara sakitləşəndə mükəmməl bir fikir söylədi: “H”, “Ə”, “Ö”, “Ü” və s. hərfləri ana dilindən yığışdırmaq olmaz!..
Ölkənin görkəmli alimlərindəndir- alimlər isə iki cür olurlar, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görk olur...
Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmır…
İmanlıdır- halalına haram qatmır…
Ədalətlidir- haqq olmayan yerdə görünmür…
Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub…
Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…
Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…
Haqqında söhbət açdığım Firudin Cəlilov 1947-ci ildə Vedibasarda dünyaya gəlib. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb. 1978-ci ildə filologiya elmləri namizədi, 1989-cu ildə isə filologiya elmləri doktoru alimlik dərəcələrinə yiyələnib. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib. Bir il sonra Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub. 1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb...
Xalqının qarşısında alnıaçıq, üzüağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır.
Deyir ki:- "Vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən...”
Bəli, Firudin Cəlilov xalqımızın dəyərli övladlarından biridir. Böyük azərbaycanlı olduğunu xidmətləri ilə təsdiq edib. Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Allahın da xoşuna gələn əməllərdəndir…
Bu gün onun növbəti ad günüdür, 79 yaşı tamam olur. Ona firavan həyat, ağrı-acısız günlər arzulayıram.
Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zaur Əliyev: Şiltberqerin əsərində Azərbaycan türklərinin kimliyi və tarixi təsviri
Azərbaycan türkləri söz verdisə, canı bahasına olsa da, o sözü yerinə yetirər:- Alman əsgər və səyyah İohann ŞiltberqerSizlərə maraqlı bir kitab təqdim edirəm. Müəllifi alman Marko Polosu kimi tanınan İohann Şiltberqerin yazdığı bu kitab onun 30 il Şərqdə yaşaması və gördükləri əsasında hazırlanıb. Kitabın tam adı “Bavariyalı İohann Şiltberqerin Avropa, Asiya və Afrikada əsarəti və səyahətləri, 1394-1427” və PDF forması https://archive.org/details/bondagetravelsof00schirich ilə tanış ola bilərsiniz. Qeyd edim ki, bu kitab Azərbaycan barədə qiymətli əsərlərdən sayılır, çünki müəllifi buranın müxtəlif şəhərlərində (Təbriz, Bakı, Şamaxı) olmuş və Qarabağın yaylaqlarında qalıb. Orta əsr Azərbaycanının coğrafiyası, etnik tərkibi və adət-ənənələri haqqında müəllif bir birindən dəyərli məlumatları...
06 May 2026, 10:20
Güntay Tölge: Sabir Rüstəmxanlı – 80 yaşında böyük ziyalı
Sabir Rüstəmxanlının şeir kitabını ilk dəfə olaraq Tehranda bir dostumdan alıb oxumuşdum. Kril Əlifbasında. Adı hafizəmdə qalmışdı. Sonra sanıram 1987-ci il idi. Kəndimizdə ağ-qara televizionumuzda Bakının proqramlarını izlərkən, yaraşıqlı və xalis türk görünümlü gənc bir kişinin söhbətini gördüm. Fərman Kərimzadə haqqında danışarkən TV səhifəsinin altında danışan bu yaraşıqlı kişinin adını kril əlifbasında çətinliklə oxudum: Sabir Rüstəmxanlı. Demək Tehranda ceb kitabı şəklində bir dostumdan aldığım o kitabın yazarı Sabir Rüstəmxanlı bu yaraşıqlı kişi imiş. Bu, Sabir Rüstəmxanlı ilə ilk TV dalqasında görüşmüşlüyüm oldu. Bir neçə il keçdi. Yenə də Rüstəmxanlını Milli Məclisdə danışarkən TV-də gördüm. Bu dəfə mitinqlərdə...
05 May 2026, 10:39
Məmməd Arazın həmyerlisi...
Əlabbas Bağırsoy- 69Onunla Yardımlıda- yazıçı Aslan Quliyevin evində tanış olmuşuq. Doğrudur, sonradan yollarımız nadir hallarda kəsişib, amma haqqında topladığım məlumatlara, bir də təəssüratlarıma əsaslanıb onun obrazını yaratmağa özümdə güc tapacağıma inanıram. Axı, mayın 5-i növbəti ad gününü qeyd edəcək... Bəli, bu dəfəki söhbəimin qəhrəmanı yazıçı, publisist, esseist Əlabbas Bağırsoydur. 1957-ci il may ayının 5-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Orta təhsilə həmin kənddə yiyələnib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb.1978-ci ildə əmək fəaliyyətinə Şahbuz rayonunun Mahmudava kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi başlayıb. 1982-ci ildən sonra isə Bakı şəhər Tramvay-Trolleybus İdarəsinin yataqxanasında tərbiyəçi müəllim, Azərbaycan Dövlət...
05 May 2026, 10:17
Elman Eldaroğlu: Fuad Poladov – sənət və şəxsiyyət yaddaşı
Deyirlər ki, ən güclü futbolçular məhəllə komandlarında yetişirlər. Amma heç bir peşəkar komanda bu işi görə bilmir. Kişilik də elədir. Yəni heç bir toplum, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəldə bilmir. Gərək KİŞİ doğulasan…Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlarını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan...
04 May 2026, 10:35
“Güclü dövlət – güclü mədəniyyət” tezisi bu konsepsiyanın ideoloji nüvəsini təşkil edir
“Azərbaycan Mədəniyyəti- 2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyası yeni dövrdə azərbaycançılıq ideologiyasının sistemli həyata keçirilməsi üçün uğurlu yol xəritəsidir.Bu konseptual yanaşma İlham Əliyevin müxtəlif platformalarda – xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasında tarixi çıxışı və beynəlxalq trubunalarda səsləndirdiyi milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin müasir çağırışlarla uzlaşdırılması və qlobal mədəni inteqrasiyada fəal iştirak prinsiplərinə əsaslanır. Prezidentin dəfələrlə vurğuladığı “güclü dövlət – güclü mədəniyyət” tezisi bu konsepsiyanın ideoloji nüvəsini təşkil edir: yəni milli kimliyin dayağı kimi mədəniyyətin qorunması ilə yanaşı, onun innovativ inkişafı və dünyaya təqdim olunması strateji hədəf kimi müəyyənləşdirilir. Bu kontekstdə “Mədəniyyət 2040” yalnız bir inkişaf proqramı deyil, həm də azərbaycançılıq ideyasının...
01 May 2026, 16:15
"Sən gözəl qızsan, Gülnar..." Elman Eldaroğlu yazır...
O vaxtlar "Kinoklub" adlı veriliş vardı. Bir gün həmin verilişə çəkilişə gedərkən, yolda həmkarı Yaşar Nuri ilə rastlaşır. Yaşar ondan haraya getdiyini soruşur. Öyrənir ki, “Kinoklub”da çəkilişə dəvət olunub. “Nə var e, orda, nəyə gedirsən?”- deyə sual verir. O da cavabında- “Niyə də getməyim, 80 manat pul verirlər.”- söyləyir. “Mən sənə 100 manat verirəm, getmə.” Razılaşırlar və Yaşardan 100 manatı götürüb, evə qayıdır. Sən demə, onu yola salandan sonra Yaşar özü həmin çəkilişə gedib, iştirak edir. Bunu biləndə Yaşardan soruşur ki, niyə özün getdin, məni qoymadın? Yaşar da:- “Getdim ki, görüm, məni aldadıb, ora gəlməmisən ki?..”- deyə, cavab verir...Bəli, bu...
01 May 2026, 10:16