ABŞ-ın müharibə naziri: Atəşkəs qüvvədə qalır
Dünya 05 May 2026, 16:45
387
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazından gəmilərin keçirilməsi əməliyyatı zamanı İranın hava və dəniz məkanına daxil olmayacaq.
APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib.
Nazir brifinqdə qeyd edib ki, yüzlərlə gəmi ABŞ hərbçilərinin Hörmüz boğazından təhlükəsiz keçid təklifindən yararlanmağa hazırlaşır.
Həmçinin oxuyun
Onun sözlərinə görə, həyata keçirilən əməliyyata baxmayaraq, ABŞ tərəfi İranla atəşkəs rejiminin qüvvədə qaldığını hesab edir.
“İranda kartlar ABŞ-ın əlindədir”, - müharibə naziri əlavə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çin ABŞ-ni Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
Çin Vaşinqtonu embarqonu dərhal dayandırmağa və Kubaya qarşı sanksiyaları aradan qaldırmağa çağırıb, genişləndirilmiş tədbirlərin beynəlxalq münasibətlər normalarını ciddi şəkildə pozduğunu bəyan edib."Report" xəbər verir ki, bu barədə "Reuters" Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.Qurumdan bildirilib ki, ABŞ Kubaya qarşı birtərəfli sanksiyaları gücləndirib."Çin ABŞ-ni Kubaya qarşı embarqo və sanksiyaları, eləcə də hər cür məcburi təzyiq formalarını dərhal dayandırmağa çağırır", - bəyanatda qeyd edilib.Məlumatda vurğulanıb ki, bu tədbirlər Kuba xalqının yaşamaq və inkişaf etmək hüququnu pozur.Qurumdan, həmçinin bildirilib ki, Pekin Kubanın milli suverenliyi və təhlükəsizliyini qorumaqla bağlı səylərini dəstəkləyir və ölkənin daxili işlərinə müdaxiləyə qətiyyətlə qarşı çıxır....
05 May 2026, 17:49
Ermənistanla Aİ viza rejimini sadələşdirə bilər
vropa Komissiyasının sədri Ursula fon der Layen Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib və Ermənistan–Aİ sammitindən sonra keçirilən mətbuat konfransının videoyazısını da postuna əlavə edib.Fon der Layen qeyd edib ki, viza rejiminin sadələşdirilməsi Ermənistan vətəndaşları üçün xüsusi əhəmiyyət daşıyır:“Biz viza rejiminin liberallaşdırılması sahəsində irəliləyiş görürük. Bilirəm ki, bu, ermənilər üçün çox vacibdir. Bu, Avropa İttifaqı üçün də önəmlidir, çünki xalqlarımızı daha da yaxınlaşdırır. Əminəm ki, biz buna nail olacağıq”.Avropa Komissiyasının sədri həmçinin Ermənistan–Aİ ilk sammitindən sonra keçirilən mətbuat konfransında bildirib ki, Avropa...
05 May 2026, 17:36
"İsa Məsih" həbs edildi
İranın Yəzd əyalətinin hüquq-mühafizə orqanları "İsa Məsih" olduğunu iddia edən təriqət qurucusunu saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə əyalət prokuroru Mehdi Həsənpur bildirib."Əyalət təriqətinin lideri əvvəlcə Allah tərəfindən seçildiyini iddia edib, sonra "İsa Məsih"ə istinad edərək öz ilahiliyini elan edib", - İran mətbuatı Həsənpurun sözlərindən sitat gətirib. Prokurorun sözlərinə görə, təriqət üzvləri Quranı yandırıb, müqəddəs yerləri, müsəlman dini liderlərini təhqir edib və İsrailin İran üzərində qələbəsi üçün dua ediblər. O, istintaq zamanı təriqətdə əsas rol oynayan üç şəxsin saxlanıldığını qeyd edib. (UNİKAL)...
05 May 2026, 17:33
Makron: Hörmüz boğazı bütün gəmilər üçün açıq olmalıdır
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.Citypost.az xəbər verir ki, bu barədə Emmanuel Makron İrəvanda mətbuat konfransı zamanı deyib."Mən İran prezidenti ilə danışmaq niyyətindəyəm. Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı mövqeyimiz dəyişməyib. Fransa döyüş əməliyyatlarının dayandırılmasına, diplomatik danışıqların başlanmasına çağırır. Boğaz bütün gəmilərin keçidi üçün hər hansı bir rüsum olmadan açılmalıdır. İstənilən eskalasiya və ya tankerlərə, konteyner gəmilərinə, eləcə də üçüncü ölkələrə endirilən birtərəfli zərbə müharibəni alovlandıran bir səhvdir", - o deyib. (Teleqraf)...
05 May 2026, 17:21
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində 18 şəxs və təşkilata qarşı məhdudiyyətlər tətbiq edib."Report" xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.Xüsusilə, "Alabuqa Start" proqramının bir sıra əməkdaşları məhdudiyyətlər siyahısına düşüb.Eyni zamanda bir sıra şirkətlər və Rusiya, Belarus və Fransa vətəndaşları sanksiyalara məruz qalıb.Bəyanatda bildirilib ki, sanksiyalara məruz qalan şəxslər və qurumlar "Ukraynada sabitliyin pozulmasına, xarici vətəndaşların cəlb edilməsində və PUA-ların istehsalında" iştirak edirlər. Sanksiyalara xarici aktivlərin dondurulması və Krallığa girişin qadağan edilməsi daxildir....
05 May 2026, 13:32
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Ukraynaya məxsus PUA Rusiyanın Çeboksarı şəhərində yaşayış binasına düşüb.APA-nın Rusiya bürosu xəbər verir ki, nəticədə Leninski Komsomola küçəsindəki hündürmərtəbəli binada bir neçə mənzilə ziyan dəyib.Çuvaş Respublikasının Baş naziri Sergey Artamonovun sözlərinə görə, PUA hücumu nəticəsində bir neçə nəfər yaralanıb."Baza" Telegram kanalı 10 nəfərin yaralandığı, "Shot" Telegram kanalı isə bir nəfərin öldüyü barədə məlumat yayıb.Ölüm hadisəsi barədə rəsmi məlumat verilməyib.Nəqliyyat Nazirliyi bildirib ki, mövcud vəziyyətlə və təhlükəsizliyi təmin etmək üçün şəhərdə ictimai nəqliyyat müvəqqəti olaraq dayandırılıb....
05 May 2026, 13:00