Şahbaz Şərif Türkiyə və İrana səfər edəcək
Dünya 30 İyun 2026, 08:15
638
Yaxın Şərqdə müharibənin dayandırılmasına dəstək vermək üçün Pakistanın səyləri çərçivəsində Baş nazir Şahbaz Şərif 3-6 iyul tarixlərində İran və Türkiyəyə rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə "Dawn" nəşri Pakistan Baş nazirinin dəftərxanasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər zamanı Şərif İran və Türkiyə rəhbərliyi ilə görüşəcək və Tehranla Vaşinqtona sülh prosesi çərçivəsində İslamabad anlaşma memorandumunun şərtlərinə əməl etmək çağırışı ilə müraciət edəcək.
Həmçinin oxuyun
Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian Şahbaz Şəriflə görüşündə region ölkələrini yeni təhlükəsizlik arxitekturasının yaradılması üçün səyləri birləşdirməyə çağırıb. "İslam dövlətlərinin birliyi mövcud çağırışlara qarşı mübarizə aparmağın ən effektiv yoludur", - o qeyd edib.
ABŞ və İran arasındakı kövrək barışıq iyunun 27-də tərəflərin Fars körfəzində qarşılıqlı zərbələr endirməyə başlamasından sonra sarsılıb. ABŞ-nin əməliyyatı İranın rabitə və hava hücumundan müdafiə obyektlərinə, pilotsuz uçuş aparatları anbarlarına və minalama vasitələrinə qarşı yönəldilmişdi. Buna səbəb Hörmüz boğazında neft tankerinə edilən hücum olub
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Livan İsrail ilə sərhəd boyunca ordu yerləşdirəcək
Livan İsrail ilə sərhəddə qoşunlarını yerləşdirmək missiyasını yerinə yetirməkdə qərarlıdır.Teleqraf xəbər verir ki, bunu ölkə Prezidenti Cozef Aun ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşdən sonra bildirib."Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca yerləşdiriləcək və İsrail buna mane olmamalıdır. İyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin tam həyata keçirilməsi vacibdir", - C.Aun qeyd edib.Bunu Beyrutda A qəbul edən prezident general Cozef Aun bildirib.CENTCOM rəhbəri Livan ordusu bölmələrinin ölkənin cənubundakı pilot zonalara yerləşdirilməsini asanlaşdıracaq bir qrup hərbi müşahidəçi ilə birlikdə Tel-Əvivdən Beyruta gəlib. Razılaşmalara əsasən, İsrail işğalçı qüvvələri yaxın saatlarda Litani çayının şimalında yerləşən Zavtar əl-Ğarbiya şəhərindən, eləcə də Bint...
30 İyun 2026, 09:21
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
“Biz hərbi cəhətdən qalib gəlirik. Deyərdim ki, buna hərbi qələbə demək olar”.APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranla bağlı məsələlərə münasibət bildirərkən deyib.ABŞ prezidenti amerikalı nümayəndə heyətinin artıq İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Qətərə getdiyini də açıqlayıb.Bu baxımdan o, işlərin çox yaxşı getdiyini qeyd edib.
30 İyun 2026, 09:00
Almaniyada isti havada 26 nəfər suda boğuldu
Almaniyada qeydə alınan kəskin istilər zamanı ötən həftəsonu su hövzələrində çimən ən azı 26 nəfər boğularaq həyatını itirib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu statistik məlumatları Almaniyanın Suda Xilasetmə Cəmiyyəti (DLRG) yayıb.Həlak olanların hamısının yetkinlik yaşına çatmış kişilər və yeniyetmə oğlanlar olduğu bildirilir. DLRG-nin siyahısına kimliyi məlum olan, lakin axtarış tədbirləri heç bir nəticə verməyən itkin düşmüş şəxslər də əlavə edilib. Qurumun hesabatına əsasən, fərqli su obyektlərində çimərkən təhlükə ilə üzləşən daha səkkiz nəfər reanimasiya şöbəsinə yerləşdirilib.İyunun 28-də Almaniya Meteorologiya Xidməti (DWD) növbəti temperatur rekordunu rəsmiləşdirib - Almaniya-Polşa sərhədində, Brandenburqun Koşen bölgəsində hava 41.7 dərəcəyə qədər qızıb. Ekstremal istilər bütün...
30 İyun 2026, 08:28
Starmer Londonda Rutte ilə görüşüb
Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun baş katibi Mark Rutte ilə Londonda görüşüb.Citypost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin ofisi məlumat yayıb.Görüş zamanı tərəflər 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO Zirvəsini, Ukraynadakı vəziyyəti və Hörmüz boğazında təhlükəsizlik məsələlərini müzakirə ediblər.
30 İyun 2026, 08:00
Pakistanın zərbələri nəticəsində Əfqanıstanda 36 nəfər ölüb, 163 nəfər yaralanıb
Pakistanın Əfqanıstanın şərq vilayətlərinə endirdiyi hava zərbələri nəticəsində 36 dinc sakin ölüb, 163 nəfər yaralanıb.CityPost.az xəbər verir ki, Taliban hökumətinin sözçüsünün müavini Həmdullah Fitrət bu barədə “X” hesabında paylaşım edib.“Ötən gecə həyata keçirilən hücumlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 36 dinc sakin şəhid olub, 163 nəfər isə yaralanıb”, – Fitrət bildirib.
29 İyun 2026, 11:34
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov vəfat edib.APA-nın Moskva bürosu xəbər verir ki, İvanov 73 yaşında vəfat edib.Qeyd edib edək ki, bu ilin fevralın 4-də Vladimir Putin Sergey İvanovu ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edib. O, fevralın 16-da Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılıb.Xatırladaq ki, İvanov Putinlə birlikdə KQB-də, xarici kəşfiyyatda çalışıb. İvanov Rusiya Federasiyasında isə Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb....
26 İyun 2026, 16:05