Kəndinə gəl, Qəzənfər! Geosiyasi "Şəbih" və qaza gələn qəzənfərlər
Söz adamı 28 İyun 2026, 11:02
589
Tehranın deputatlıq kürsüsündə əyləşən, amma təfəkkürü orta əsrlərin qaranlıq hücrələrindən o yana keçməyən Kamran Qəzənfəri növbəti dəfə elə bir "quş" buraxıb ki, adam baxanda heyrət edir: görəsən, bu qədər məntiqsizliyi və sərsəmləməni bir çıxışa sığışdırmaq üçün hansı xüsusi istedada sahib olmaq lazımdır? Son aylarda İranda Prezident Məsud Pezeşkiana qarşı radikal-mühafizəkar dairələrin hücumları onsuz da aqressiv xarakter alırdı, amma bu Qəzənfəri bu dəfə tamam "çaşıb" — həm öz prezidentini, həm də Azərbaycanı hədəf seçərək diplomatik etikanı və siyasi məsuliyyəti tamamilə ayaqlar altına atıb.
İranın mühafizəkar dairələrinin daxili siyasəti uzun illərdir ki, real idarəçilikdən çox, kütləni emosiyalarla manipulyasiya edən birtərəfli bir teatra — geosiyasi "şəbih"ə bənzəyir. Qəzənfəri kimi radikallar parlament tribunasının arxasına keçəndə elə bilirlər ki, sarsaq hərbi ritorika ilə, "Bakını vurardıq", "gəmiləri batırardıq" tipli cəfəngiyyatlarla dünyanı qorxuda biləcəklər.
Amma unudurlar ki, ssenarisi çoxdan köhnəlmiş və rəngi solmuş bu tamaşaya artıq nəinki dünyada, elə İranın özündə də inanan tapılmır. Pezeşkianın xalqın dözümünün tükəndiyini etiraf edən o məktubu əslində daxildəki acı reallığın səsidir.
Məsələnin ironiyası da burasındadır: Quyunun dibində oturub ulduzlara baxaraq təhdid yağdırmaq reallığı dəyişmir; sadəcə qəfəsdəki populistlərin öz xalqından və dünyadan nə qədər qopuq olduğunu göstərir.
Xarici düşmən uydurmaq köhnə taktikadır, Qəzənfər, amma bu dəfə hədəfi də, coğrafiyanı da bərk səhv salmısınız. Məhəllə ritorikası ilə böyük dövlətlərin siyasətinə burun soxmağın bədəli ağır olur.
Bu daxili və xarici populist kükrəmənin eybəcər mənzərəsinə baxaq. Deputat Qəzənfəri öz dövlət başçısını divara dirəyib absurd sorğu-sual edir:
"Nə üçün iki ABŞ hərbi gəmisi Hörmüz boğazı daxil olarkən, Silahlı Qüvvələr onları məhv etməyə hazır olduğu halda, bu gəmilər vurularsa prezident vəzifəsindən istefa verəcəyinizi dediniz? Niyə Ali Rəhbərin icazəsi olmadan atəşkəsi qəbul etdiniz?"
Ay Qəzənfər, sən müharibəni uşaq oyuncağı, Hörmüz boğazını da kəndinizin arxı sanmısan bəlkə? Deputatın iddiasına görə, Pezeşkian "12 günlük müharibə" zamanı atəşkəsi qəbul edərək İsraili məğlubiyyətdən xilas edib, ABŞ və İsraili İranın raket zərbələrindən qoruyub. Hələ bu azmış kimi, aprelin 18-də Ali Rəhbərə ünvanlanan "kobud və hörmətsiz" məktubun altındakı imzanı da prezidentin üzünə vurur. O məktubda da nə yazılıbmış? Sən demə, Pezeşkian cəmiyyətin dözümlülüyünün zəiflədiyini iddia edib və mövcud müharibə vəziyyətinin davam etməsinin onun prezident postunda fəaliyyətinə ciddi maneə yaratdığını bildirib. Yəni, adam ölkəsinin real vəziyyətini, xalqın dözümünün tükəndiyini dilə gətirib, Qəzənfəri isə hələ də fantastik raket nağılları ilə daxili auditoriyanı uyutmaq davasındadır.
Lakin bu boşboğaz radikalın daxili didişmələrdəki uğursuzluğunu ört-basdır etmək üçün tapdığı çıxış yolu daha rüsvayçıdır: xarici düşmən obrazı yaratmaq və Azərbaycana, Prezident İlham Əliyevə qarşı tamamilə əsassız, sarsaq ittihamlar irəli sürmək. Qəzənfərinin səsləndirdiyi bu sitat artıq siyasi xəstəliyin son həddidir:
"Cənab Pezeşkian, siz yaxşı bilirsiniz ki, İlham Əliyev hökuməti həm İbrahim Rəisi şəhid olduğu hadisədə, həm də 12 günlük müharibə zamanı ABŞ və İsraillə əlbir olub. Bəs nə üçün Silahlı Qüvvələrimiz Bakıya peşmanedici zərbə endirmək istəyəndə bunun qarşısını aldınız?"
Bax burada dayan, Qəzənfər! İbrahim Rəisinin helikopter qəzasını İran tərəfinin apardığı rəsmi araşdırmalar belə əlverişsiz hava şəraiti və texniki amillərlə əlaqələndirdiyi halda, hadisədən dərhal sonra ilk yardım təklif edən, Prezidenti səviyyəsində şəxsən başsağlığı verib İran xalqının kədərini bölüşən qonşu dövləti bu faciə ilə əlaqələndirmək sadəcə əxlaqsızlığın növbəti təzahürüdür. "Bakıya peşmanedici zərbə" endirmək xəyalları qurmaq isə tamamilə reallıq hissini itirmiş bir populistin cəfəngiyatdır
Rəsmi Bakı bütün regional proseslərdə beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və mehriban qonşuluq prinsiplərinə sadiq olduğunu dəfələrlə öz əməli addımları ilə sübut edib. Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunur. İki ölkə arasında son dövrlər yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər və əməkdaşlığın yeni mərhələyə qədəm qoyması fonunda Kamran Qəzənfəri kimi siyasətçilərin səsləndirdiyi bu ittihamlar nə İranın dövlət maraqlarına xidmət edir, nə də regionda sabitliyə töhfə verir. Bu, sadəcə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönəlmiş uğursuz bir cəhddir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bu məsuliyyətsiz və dünyada, regionda, bütövlükdə isə Çindən Avropaya qədər olan coğrafiyada baş verən dəyişikliklərin mahiyyətini dərk etməyən Qəzənfərilərin daxili qorxularını çox sərrast ifşa edib. Bu qəzəbli bəyanatların əsas səbəbi — onun təmsil etdiyi siyasi qütbün və məzhəb pərdəsinə bürünmüş ultramillətçi qrupun siyasi səhnədən silinəcəkləri gözləntilərindən doğan reaksiyadır. Onlar sadəcə olaraq ictimai rəyə yönəlmiş emosional, bər-bəzəkli və mübaliğəli bəyanatları real həyat faktı kimi qəbul edirlər.
Həmçinin oxuyun
Əslində, Kamran Qəzənfərinin Məsud Pezeşkiana olan bu dinməz qəzəb və nifrətinin təməlində tamamilə etnik qısqanclıq dayanır: İranın dünya tərəfindən qəbul edilən siyasi liderinin milliyyətcə azərbaycanlı, türk olması onları rahat buraxmır. Azərbaycana qarşı olan aqressiyanın kökündə də məhz bu panfarsist düşərgənin qorxusu var. Onlar öz ərazi bütövlüyünü, suverenliyini öz gücü, Ali Baş Komandanının qətiyyəti, əsgər və zabitinin rəşadəti sayəsində bərpa etmiş qalib Azərbaycan xalqını, Azərbaycan türklərini həzm edə bilmirlər. Qorxurlar ki, müstəqil Azərbaycan Respublikası bölgənin hüquqlarından məhrum edilmiş digər türk topluluqları üçün canlı və sarsılmaz bir nümunəyə çevriləcək. Elçin Mirzəbəylinin böyük şairimiz Səməd Vurğunun “Vaqif” poemasından gətirdiyi sitat tam da bu Qəzənfərin boyuna biçilib:
“Ağılsız köpəklər ulduza hürər”.
Bu bədbəxt məxluqlar unudurlar ki, onların gözləri önündə canlandırdıqları geosiyasi şəbih nümunələrinin real proseslərə heç bir aidiyyəti yoxdur. Bölgənin yeni təhlükəsizlik arxitekturasının tam formalaşması prosesində bu qondarma ideoloji pərdələrə bürünmüş panfarsist maraqlar heç bir nəticə əldə edə bilməyəcəklər — çünki bunun üçün onların əlində bircə dənə də olsun demoqrafik və ya siyasi zəmin yoxdur.
Məsələnin siyasi tərəfi aydındır: Pezeşkian hakimiyyətə gəldiyi gündən etibarən qonşularla münasibətləri normallaşdırmaq, iqtisadi əməkdaşlığı genişləndirmək və İranı beynəlxalq təcriddən çıxarmaq istəyir. Bu isə uzun illər boyu regionda gərginlik siyasətindən, sanksiyalardan və xaosdan bəhrələnən radikal-mühafizəkar qüvvələrin biznes maraqlarına və siyasi varlığına birbaşa zərbədir. Ona görə də Qəzənfəri kimi siyasətçilər daxili uğursuzluqları gizlətmək üçün daim xarici düşmən uydurmaqla məşğuldurlar.
Amma unudurlar ki, Azərbaycan artıq kənardan təzyiq və təhdidlərlə yönləndiriləcək, qorxudulacaq köhnə ölkə deyil. Bakı bu gün regionun əsas nəqliyyat, logistika və enerji mərkəzidir, Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır, Avropa ilə Asiya arasında strateji körpü funksiyasını yerinə yetirir.
Qonşu dövlətə qarşı sübutsuz ittihamlar səsləndirmək, hərbi təhdidlər dilində cızma-qara etmək və faciələr üzərindən siyasi manipulyasiya aparmaq yalnız reallıq hissini tamamilə itirmiş çarəsizlərin işidir. Odur ki, yaxşı olar ki, Qəzi çox qaza gəlməsin. Çünki heç gözləmədiyi və tam arxayın olduğu bir anda, sərhədin bu tayından ağzının üzərindən elə əsl “peşmanedici zərbə”ni ala bilər.
Şəmsi Qoca
ır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ziyalılıq – cəmiyyətin əsas istinadı - Əli Rza Xələfli yazır...
Mən Ceyhunun özündən əvvəl atasını yaxşı tanıyırdım. O, təbiət etibarı ilə gülərüz, ünsiyyətcil, mehriban adam idi. Uzun müddət Cəbrayılda rəhbər vəzifələrdə çalışmışdı. Əgər onun daxili və zahiri harmoniyasını əsas götürsək və haqqında nə danışsaq, bu harmoniyaya istinad etməli olsaq, kimsə etiraz etməzdi. Düşünürəm ki, bir oğul üçün atadan əxz etdiyi ən üstün keyfiyyət mənəvi sağlamlıq olmalıdır. Mən Ceyhunda ata yolunun çox sədaqətli davamçısı obrazını görürəm. Kifayət qədər təvazökardır. Tanrı ona axıracan təmkin gücü bəxş edib. Ən sərt dönüş məqamlarında belə fikrini və sakit təmkinlə izah etmək gücündədir. Ümumiyyətlə, Ceyhun Məmmədov özünü ifadə imkanlarına görə xüsusilə fərqlənən ziyalıdır. Millət vəkili kimi məramı aydın, düşüncələri...
25 İyun 2026, 10:20
Gənc jurnalistlər Nəcəf Nəcəfovu tanıyırmı? – Qulu Məhərrəmli yazır
1988-ci ildə Qarabağ hadisələri başlayanda "Molodyoj Azerbaydjana" qəzeti ölkə həyatını ən dürüst işıqlandıran və milli maraqlar platformasından çıxışedən ən populyar mətbu orqana çevrildi. Çünki qəzetə rəhbərlik edən şəxs, erməni separatçılarının qarşısına ideoloji sipər çəkən, süstlüyünə görə respublikanın ovaxtkı rəhbərliyini cəsarətlə tənqid edən Nəcəf Nəcəfov idi.Sonra o, "Azadlıq" qəzetinə keçdi, müstəqil "Turan" agentliyinin yaradılmasında iştirak etdi, o illərdə kükrəyən Xalq hərəkatına qoşuldu, 1990-cı ilin qanlı 20 Yanvarında ışğalçı sovet qoşunlarının qarşısını kəsən əliyalın adamların ön cərgəsində dayandı. Milli Məclisə seçildi, parlamentdə "Demblok"un fəallarlndan oldu. Neçə illər əvvəl rejissor dostum Rüfət Əsədovla birlikdə "Nəcəf Nəcəfov. Məyusluq" adlı film üzərində çalışanda bu insanın...
25 İyun 2026, 10:15
Şəmsi Qoca: Təhsil islahata möhtacdır
2025-2026-cı tədris ilinin görünməyən tərəfi: Rəsmi nikbinliyin arxasındakı sistem böhranı, insan istismarı və hüquqi iflasHər tədris ilinin sonunda rəsmi dairələrin rəqəmlərlə bəzədilmiş hesabatlarını dinləməyə, xarici parıltıya tamaşa etməyə adət etsək də, bu il Azərbaycan təhsilində illərdir yığılıb qalan, kök salan problemlərin daha da dərinləşdiyini, idarəetmədəki yarıtmazlığın xroniki xaos mərhələsinə keçdiyini gizlətmək artıq mümkün deyil. Dövlətin ən strateji sahəsi olan təhsil bu gün elmi-metodiki yeniliklər, köklü islahatlar və dərslik problemlərinin fundamental həllini gözlədiyi bir vaxtda, Elm və Təhsil naziri Emin Əmrullayevin fəaliyyətinin sanki yalnız "Son Zəng" günü məzunlarla rəqs etmək kimi şou xarakterli tədbirlərlə yadda qalması sistemin hara sürükləndiyinin ən acınacaqlı...
24 İyun 2026, 11:54
Ağrı dağı qədər uca, Tanrı dağı qədər hidayətli adam
Dağlar dünyanın tarazlıq mərkəzləridir. Onlar olmasa, dünya əyilər, Yer öz orbitindən çıxar, bəşəriyyət faciə ilə üzləşər. Ancaq biz dağların sadəcə yerin üstündə olan hissəsini görürük. Elm isə hesab edir ki, dağlar yerin üstündəki ucalığı qədər də yerin altında dərinliyə malikdir. İnsanlar da elədir. Elə insanlar var ki, onlar olmasa, cəmiyyətin tarazlığı pozular, mənəvi çökmə baş verər, milli yaddaş qısalar. Ona görə də zaman-zaman dünyaya hidayət verənlər göndərilir. Yəni doğru yol göstərənlər! Onlar da düz dağlar kimi həm uca, həm də dərin olurlar. Tanrının bizlərə həqiqəti, milli yaddaşımızı, zəngin mənəviyyatımızı və mədəniyyətimizi, mentalitetimizin möhtəşəmliyini xatırlatmaq üçün göndərdiyi adamın adı da elə...
24 İyun 2026, 11:16
Kitabı "süni", naziri "orijinal" olan məmləkət
Dünyanın harasında rəqəmsal bir yenilik, süni bir intellekt peyda olursa, bizim hökumətin texnokrat qanadı dərhal qollarını çırmayıb qaçır qabağa. Elə bilirlər ki, dünyanı ağuşuna alan bu texnoloji dalğa məhz bunların canını qurtarmaq üçün icad olunub. Təhsil nazirimiz Emin Əmrullayev də sağ olsun, qayıdıb ki, bəs bəsdirin pulunuzu kitaba, dərsliyə, vərəqə xərclədiniz, onsuz da 3 ildən sonra kitaba ehtiyac qalmayacaq, süni intellekt gəlib hər şeyi əvəz edəcək, lap elə Dilçilik İnstitutunu da bağlaya bilərik, onun da funksiyasını bir dənə alqoritm həll edəcək. Adamın lap ürəyi dağlanır. Elə bilirsən nazir təhsil sistemindəki problemlərdən yox, hansısa elmi-fantastik Hollivud filminin premyerasından danışır. Yəni məktəblərin...
23 İyun 2026, 12:10
Söz sənətinin vurğunu, ədəbiyyatın gözətçisi
60 İllik Yubileyi MünasibətiləƏsəd CahangirSöz sənətinin vurğunu, ədəbiyyatın gözətçisiAltmış il — bir ömrün şəfəq vaxtıdır. İnsan bu illər içərisində ya öz ruhu ilə üz-üzə qalır, ya da sözün sehrli aləmindəki sonsuz dənizə qərq olur. Əsəd Cahangir ikinci yolu seçdi: ömrünü Sözə bağladı, qəlbini ədəbiyyata açdı, hər gecəsini düşüncənin alov saçan ocağında keçirdi.O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Tənqidçi, esseist, şair, ədəbiyyatşünas — bu titulların heç biri tək başına onu tam anlatmaz. Əsəd Cahangir, hər şeydən əvvəl, Sözün sadiq qulluqçusudur.Yaradıcılıq yolu"Söz"dən "Səs"ə, "Səs"dən ƏbədiyyətəƏsəd Cahangirin yaradıcılıq dünyasına daxil olduqda ilk qarşılaşdığınız şey intellektual dərinlikdir. Onun "Söz" essesilə başlayan...
22 İyun 2026, 12:57