Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR
Cəmiyyət 28 İyun 2026, 13:25
365
Son illər Azərbaycanda maaşların artırılması ilə bağlı qərarlar qəbul edilsə də, əhalinin böyük hissəsi hesab edir ki, gəlirlərin artım tempi bahalaşmanı tam kompensasiya etmir. Xüsusilə ərzaq, kommunal xidmətlər və digər gündəlik xərclərin bahalaşması fonunda əməkhaqlarının yenidən artırılması məsələsi tez-tez gündəmə gəlir.
Mövcud iqtisadi göstəricilər fonunda Azərbaycanda yaxın dövrdə minimum əməkhaqqının artırılması real görünürmü?
CityPost.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova 2026-cı il üçün büdcə sənədlərində minimum əməkhaqqının 400 manat səviyyəsində saxlanılması nəzərdə tutulduğunu bildirib:
"Bu da yaxın perspektivdə artımın planlaşdırılmadığını göstərir. Lakin, qanunvericilik minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, iqtisadi şərait, inflyasiya və xüsusilə, gündəlik xərclərin bahalaşması fonunda hökumət ildə bir neçə dəfə artım barədə qərar verə bilər. Fikrimcə, mövcud inflyasiya və yaşayış xərclərinin dinamikası onu göstərir ki, minimum əməkhaqqına ildə bir dəfə deyil, ən azı iki dəfə yenidən baxılması daha məqsədəuyğun olardı”.
İqtisadçı bildirib ki, qiymətlər il ərzində davamlı dəyişdiyi halda, əməkhaqqının yalnız bir dəfə artırılması əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etmir:
"Əməkhaqqının inflyasiya göstəricilərinə uyğun olaraq hər altı aydan bir indeksləşdirilməsi sosial baxımdan daha ədalətli yanaşma hesab edilə bilər. Əks halda nominal maaş artsa da, real gəlirlər azalmaqda davam edir. Son illərə baxsaq, minimum əməkhaqqı müəyyən dövrlərdə 15-20 faiz artırılsa da, eyni müddətdə bir sıra əsas istehlak malları və xidmətlər üzrə qiymət artımı daha yüksək olub.
Həmçinin oxuyun
Məsələn, minimum əməkhaqqı hazırda 400 manatdır. İllik inflyasiyanı ən az 5 faiz götürsək, ilin ortasına qədər bu maaşın real alıcılıq qabiliyyəti təxminən 20 manat azalmış olacaq. Hələ ərzaq inflyasiyası ümumi inflyasiyadan daha yüksəkdir. Məsələn, ərzaq inflyasiyası ən az 7-8% səviyyəsində olarsa, aşağı gəlirli ailələrin faktiki itkiləri daha da artacaq”.
Vüsalə Əhmədovanın sözlərinə görə, minimum əməkhaqqının hər altı aydan bir indeksləşdirilməsi daha effektiv mexanizmdir:
"Məsələn, 400 manatlıq minimum əməkhaqqı ilin əvvəlində 10 faiz artırılaraq 440 manata, ilin ikinci yarısında isə inflyasiyanın davam etməsi nəzərə alınaraq əlavə 10-12 faiz artırılaraq təxminən 485-500 manata çatdırıla bilər. Bundan əlavə, Azərbaycanda minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti təxminən 36 faiz təşkil edir. Halbuki Avropa ölkələrinin əksəriyyətində bu göstərici 45-50 faiz intervalındadır. Fransa, Portuqaliya, Sloveniya kimi ölkələrdə hətta 50 faizdən yuxarıdır”.
İqtisadçı bildirib ki, AB ölkələrində minimum əməkhaqqı daha yüksək sosial müdafiə təmin edir:
"Avropa İttifaqının Minimum Əməkhaqqı Direktivi”ndə konkret faiz müəyyən edilməsə də, minimum əməkhaqqının adekvatlığı qiymətləndirilərkən, minimum əməkhaqqının orta əməkhaqqının təxminən 50 faizinə və ya median əməkhaqqının 60 faizinə yaxın olması kimi istinad göstəricilərindən istifadə etmək tövsiyə edilir. Bu, aşağı gəlirli əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından mühüm hesab olunur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah çimərliklərdə hava küləkli olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22 dərəcə isti olacaq.
28 İyun 2026, 13:33
SMM mütəxəssisi Şahin Qafarov KİMDİR?
Bakı, Azərbaycan — Rəqəmsal dünyada öz adını yazdırmış Şahin Qafarov Xalid oğlu, bu gün yalnız Azərbaycanda deyil, 7 SNQ ölkəsini əhatə edən geniş bir coğrafiyada tanınan SMM (Social Media Marketing) mütəxəssisi kimi fəaliyyət göstərir.Kimdir Şahin Qafarov?29 aprel 1992-ci ildə Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsində dünyaya gələn Şahin Qafarov, əsli etibarilə Gəncəli bir ailəyə mənsub olsa da, bütün həyatını paytaxt Bakıda yaşayıb. 273 saylı orta məktəbi bitirdikdən sonra AzMİU Kollecini uğurla tamamlayan Şahin, akademik biliklərini praktiki sahədə — rəqəmsal marketinqdə tətbiq etmək yolunu seçdi.SMM Sahəsindəki FəaliyyətiSosial media marketinqinin hər aspektini dərindən bilən Şahin Qafarov, xüsusilə TikTok platformasında qazandığı uğurlarla diqqət...
27 İyun 2026, 17:40
Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan Ordusunu 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, səfirlik bu barədə "X" sosial media hesabında yazıb."Qardaş Azərbaycanın şanlı Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayırıq", - paylaşımda qeyd olunub.
26 İyun 2026, 17:26
DİN: İtkin düşən 6 nəfər tapılıb
İtkin düşən 6 nəfər tapılıb.DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
26 İyun 2026, 16:45
DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
Gürcüstanın Tbilisi şəhərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Gürcüstanın Sosial Xidmət Agentliyinin (SXA) direktoru Giorgi Çanturia ilə görüşüb.Bu barədə Citypost.az-a DSMF-dən məlumat verilib.Bildirilib ki, görüşdə DSMF ilə SXA arasında 2024-cü ildə Tbilisidə imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, eləcə də sözügedən memorandumun tətbiqinə dair 2025-ci ildə Bakı şəhərində imzalanmış Tədbirlər Planının əhəmiyyəti vurğulanıb.Bununla yanaşı, pensiya-sığorta sahəsində təcrübə mübadiləsi, xidmətlərin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə birgə fəaliyyətin davam etdirilməsinin sosial müdafiə sistemlərinin daha səmərəli təşkilinə töhfə verə biləcəyi bildirilib.Daha sonra Zəka Mirzəyev son iki ildə Azərbaycanda sosial sığorta və pensiya sahəsində aparılan islahatlar, sosial xidmətlərin rəqəmsallaşdırılması və proaktiv...
26 İyun 2026, 16:30
Müdafiə Nazirliyinin hərbçilərinə ali hərbi rütbələr təqdim edilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı...
26 İyun 2026, 16:15