İmam Hüseynin qiyamı niyə haqlı idi? Tural İrfandan AÇIQLAMA
Cəmiyyət 25 İyun 2026, 08:09
464
Əziz dostlar, Kərbəla faciəsinin yad edildiyi ərəfədə meydana çıxan suallara aydınlıq gətirməyə, tarixə güzgü tutmağa bir növ məcbur oluruq. Qeyd edim ki, Yezid Quranın tələbinə uyğun olaraq seçilmiş, bütün müsəlmanların beyətini qazanmış qanuni xəlifə deyildi. O İslam xilafətinə qanunsuz olaraq gətirilən təcrübəsiz, yararsız, avara bir adam idi. Onu xüsusi adamlar müqəvva kimi gətirmişdilər ki, öz maddi maraqlarını, şəxsi ambisiyalarını rahat həyata keçirə bilsinlər. Əgər Yezid qanuni seçilmiş, çoxluğun səsini qazanmış xəlifə olsa idi istənilən şəxsin ona qarşı üsyanı qiyam hesab olunar və haqsız sayılardı. Çünki qanuni rəhbərə qarşı üsyan cinayətdir. Lakin İmam Hüseynin Yezidə qarşı çıxması cinayət yox əksinə fəzilət hesab olundu. Ona görə ki, Yezid qanuni xəlifə deyildi, xilafət taxtını qəsb etmiş, şəxsi mirasa çevirmiş ləyaqətsiz bir qəsbkar idi. Minlərlə Peyğəmbər səhabəsinin hələ həyatda olduğu bir zamanda belə bir adamın müsəlmanların başına keçib pozğun həyat sürməsi, istədiyi cinayəti törətməsi əhalidə özlərinə qanuni xəlifə seçmək ehtiyacı yaratmışdı.
Atası Müaviyyə isə qanuni xəlifə olan Əliyə qarşı çıxmışdı. Bir valinin, canişinin qanuni seçilmiş dövlət başçısına qarşı çıxması qiyam və üsyandır. Məhz buna görə də Əli Müaviyyəyə qarşı savaşdı. Vəfatından sonra müsəlmanların çoxluğu Həsəni xəlifə seçdilər. Təbii ki, seçkidə yalnız Əlinin nəzarətində olan İslam bölgələrinin təmsilçiləri iştirak edirdi. Müaviyyə separatçı rejim qurub Şamda xilafəti parçaladığı üçün onun nəzarətində olan əhali Həsənə beyət edə bilməzdi. Həsənin isə sonda xilafəti Müaviyyəyə dövr etməsi ikincinin xəlifəliyinin qanuni olması demək deyildi, bir məcburiyyət və vətəndaş müharibəsinin qarşısını almaq üçündü. Ona görə də müqavilədə bəndlərdən biri Müaviyyədən sonra xilafəti Həsən sağ olsa ona, həyatda olmasa Hüseynə dövr etməsini nəzərdə tuturdu. Ancaq Müaviyyə bu müqavilənin müddəalarına əməl etmədi.
Əməvilərin xilafəti qanunsuz qəsb etməsinə ən böyük sadə sübut Yezidin oğlu 2-ci Müaviyyənin atasının ölümündən sonra taxta çıxarılması zamanı oxuduğu xütbə və xilafətdən imtina etməsidir. Əhli sünnə mənbələri:
İbn Həcər əl-Heysəmi "Əs-Səvaqiul-Muhriqə" (الصواعق المحرقة) əsərində bu xütbəni bütövlükdə nəql edir. O, 2-ci Müaviyənin saleh bir gənc olduğunu, xilafətə gəldikdən sonra minbərə çıxaraq: "Babam Müaviyə xilafəti ona ən layiq olan şəxslə (Əli ilə) münaqişə edərək qəsb etdi... Sonra atam Yezid bu işi öhdəsinə götürdü, lakin o da buna layiq deyildi və Peyğəmbərin qız nəvəsi ilə müharibə etdi..." dediyini yazır.
Tarixçi Əbu Cəfər əl-Yəqubi "Tarixi-Yəqubi" (تاريخ اليعقوبي) əsərində bu hadisəni ətraflı təsvir edir. O, 2-ci Müaviyənin xalqın qarşısında babasını və atasını tənqid edərək xilafəti tərk etdiyini və Əbu Süfyan ailəsinin xilafətdən yetərincə günah qazandığını dediyini qeyd edir.
Mütəhhər ibn Tahir əl-Məqdisi "Əl-Bəd vat-Tarix" (البدء والتاريخ) kitabında xəlifənin minbərdə babasının haqqa qarşı çıxdığını və atasının pis əməllərindən bəhs etdiyini, "Sizin xilafətinizin məsuliyyətini daşıyaraq Allaha qovuşmaq istəmirəm" dediyini nəql edir.
Kəmaləddin əl-Dəmirinin "Həyatul-Həyavanul-Kubra" (حياة الحيوان الكبرى) kitabının xilafət tarixinə həsr olunmuş hissəsində 2-ci Müaviyənin xütbəsi geniş şəkildə verilir. Burada onun Əlinin fəzilətlərini dilə gətirdiyi və babasının onunla haqsız yerə savaşdığını etiraf etdiyi yazılır.
Şiə Mənbələri:
Şiə tarix və kəlam kitabları bu xütbəni Əməvilər sülaləsinin öz daxilindən gələn ən böyük etiraf kimi qiymətləndirir və geniş yer ayırır:
İbn Şəhr Aşub "Mənaqibi Ali-Əbi Talib" (مناقب آل أبي طالب), Şeyx Abbas əl-Qummi "Səfinətul-Bihar" (سفينة البحار), Əllamə Məclisi "Biharul-Ənvar" (بحار الأنوار) kitablarında da bu xütbə təsdiq olunur. Bu mənbələrdə 2-ci Müaviyənin xütbəsində "Qəlbimdə İmam Əlinin sevgisi var" dediyi və bu çıxışından sonra Əməvi sarayı tərəfindən zəhərlənərək və ya diri-diri basdırılaraq öldürüldüyü qeyd olunur. İslam tarixçiləri (məsələn, İbn Kəsir və əl-Zəhəbi) onun xilafətdən imtina etməsini və çox qısa müddət (təxminən 20-40 gün və ya bir neçə ay) xəlifə olduğunu təsdiqləyirlər. Lakin xütbənin kəskinlik dərəcəsi mövzusunda sünni və şiə rəvayətləri arasında bəzi ifadə fərqlilikləri mövcuddur. Bəzi Əməvi tərəfdarı tarixçilər onun xütbə oxumadan, sadəcə xəstəlik və ya zəiflik səbəbindən çəkildiyini iddia etsələr də, yuxarıda qeyd olunan klassik mənbələr xütbənin baş verdiyini açıq şəkildə sənədləşdirmişdir.
Faktiki olaraq 2-ci Müaviyyədən sonra xilafət Süfyani Əməvilərdən Mərvani Əməvilərə keçmişdir.
Ümumiyyətlə Yezidin atası Müaviyyə 2-ci xəlifə Ömər zamanında Şama vali təyin edilmiş, sonrakı xəlifə, qohumu Osmanın dövründə də yerində qalıb daha da möhkəmlənmişdir. Osmana qarşı baş vermiş qiyamların yatırılmasına əsla dəstək verməmiş, əksinə üsyançılar tərəfindən xəlifənin öldürülməsinə zəmin hazırlamışdır ki, özünə yol açılsın. Nəticədə planlaşdırdığı kimi də olmuş, xəlifə Osman öldürülmüş, sonra onun yerinə seçilən Əlinin də xilafətini Müaviyyə qəbul etməmişdir. Beləcə İslam ümmətinin ümumi nizamını pozub, xilafəti iki yerə parçalamış, xilafəti səltənətə çevirmişdir.
Müaviyyə xilafətinin ilk illərində Azərbaycandan illik xərac olaraq təqribən 4 - 4.5 milyon dirhəm civarında vergi alırdı. Şimali Azərbaycanda isə Cavanşirlə razılıq əldə etdikdən sonra vassalı olaraq cizyə vergisi alırdı.
Yəni, Müaviyyənin Peyğəmbəri görməsi və onun qayını olması, İslamı qəbul etdiyini deməsi, bir neçə dəfə katiblik vəzifəsini icra etməsi onun günahsız və tənqidə layiq əməllərdən münəzzəh olmasına dəlalət etmir. Peyğəmbər səhabələri olub ki, gedib Həbəşistanda İslamdan imtina ediblər. Vəhy katibi səhabə olub ki, mürtəd olub yenidən müşriklərin yanına qayıdıb. Yəni, səhabə olmaq məsum və günahsız olmaq demək deyil. Fəzilətli səhabələrin yaxşı işlərini xatırladıb örnək almaqla yanaşı xətakar səhabələrin də günahlarını, nöqsanlarını xatırlayıb o kimi əməllərdən uzaq olmalıyıq.
Xüsusən Yezid səhabə də deyil, Peyğəmbəri görməyib. Əlişir Nəvai Yezidə lənət oxuyarkən ona deyirlər ki, bəlkə Yezid tövbə edibmiş, bəlkə Allah onu bağışlayacaq. Şair cavab verib ki, o boyda cinayətə görə Allah Yezidi bağışlayarsa demək məni də lənət oxuduğuma görə əfv edər. Cinayətin ağırlığına baxmayaraq söyüş, təhqir, böhtan İslam ənənəsində, şəriətdə günah və haram sayılır. Lakin zalıma lənət və bəd dua ənənəsi var. Bəziləri ehtimal edir ki, Yezid sonra peşman olub tövbə edə bilər. Lakin bununla bağlı heç bir mənbədə fakt yoxdur, bu sadəcə ehtimaldır. Əgər Yezid qanuni seçilmiş xəlifə olmuş olsaydı belə, sözü gedən cinayət əməli İslam qaydalarına görə onun xilafətdən əzl edilməsini, yəni istefaya getməsini vacib edirdi. Fəqət o taxtı tərk etməmiş, əksinə Mədinədə əhaliyə qarşı daha amansız cinayətlər törədərək hətta Peyğəmbərin səhabələrinin bakirə qızlarını 3 gün ərzində zorlatmışdır. Bu hadisədən sonra minlərlə atası məlum olmayan uşaq dünyaya gəlmişdir. Beləliklə Yezidin cinayəti və qanunsuz xəlifə olması dirayətdir, yəni, qəti sübut olunmuş faktdır. Lakin tövbə etməsi, peşman olması isə rəvayətdir. Əslində heç rəvayət də deyil, ehtimaldır. Bu ehtimal da əsassızdır. Çünki Yezid Kərbəla cinayətini törədənləri nəinki cəzalandırdı, əksinə onları təqdir və təltif etdi. Məsələn, Kufə valisi Übeydullah ibn Ziyadın baş kəsmək təcrübəsinin çox olduğuna görə onun səlahiyyətini bir qədər də artırıb Bəsrənin valiliyini də ona verdi...
Tarixi faktları, dini meyarları da bir kənara qoysaq, mənəvi, əxlaqi yöndən Yezid kimi lənət, nifrət obyekti olan, İblisdən sonra ikinci mənfi obraz kimi xatırlanan birini müdafiə etməyə, təmizə çıxarmağa cəhd etmək əsla müsəlman ədalətinə, etikasına uyğun deyil. Tarixdə İmam Hüseyn ədalət, cəsarət, qeyrət, Yezid isə nifrət və lənət obrazı olaraq qalacaqdır.
Tural İrfan
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Eldəniz Əmirov: Bankların təhlükəsizliyə yatırdığı vəsait müştəri etimadına investisiyadır
İqtisadçı Eldəniz Əmirov bank sektorunda etimad amilinin həlledici əhəmiyyət daşıdığını bildirib.Citypost.az ekspert qeyd edib ki, baş verən bu kimi hadisələr təkcə ayrı-ayrı banklara deyil, bütövlükdə bank sisteminə olan inama mənfi təsir göstərir."İllərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir, lakin onu yenidən bərpa etmək uzun illər tələb edə bilər", – deyə iqtisadçı vurğulayıb.E. Əmirovun sözlərinə görə, banklar təhlükəsizlik sistemlərinin gücləndirilməsinə, proqram təminatının mütəmadi yenilənməsinə, müasir texniki infrastrukturun qurulmasına və peşəkar mütəxəssislərin cəlb edilməsinə daha çox vəsait ayırmalıdırlar.İqtisadçı hesab edir ki, bu istiqamətdə çəkilən xərclər əlavə yük deyil, müştərilərin etimadının qorunmasına yönəlmiş mühüm investisiyadır.Yeganə...
25 İyun 2026, 10:34
Mərdəkanda 3 gün əvvəl dənizdə batanlardan sonuncu şəxsin meyiti tapılıb
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.Bu barədə Citypost.az FHN-in Mətbuat xidmətindən bildirilib.Qeyd edək ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən iki qardaş - 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu, bundan başqa, 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.Dördüncü şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilirdi.Mərdəkandənizdə batan...
25 İyun 2026, 09:58
Bu gün Lənkəranın bəzi ərazilərində qaz olmayacaq
Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M.Ə.Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....
25 İyun 2026, 09:33
Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyanda idman zonaları istifadəyə verilib
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.Bu barədə Citypost.az-a Gənclər və İdman Nazirliyindən bildirilib.Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. F.Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.Xatırladaq ki, indiyədək Bakıda və müxtəlif rayonlarda 17 "Sağlam məhəllə" layihəsi icra edilib....
25 İyun 2026, 09:16
Bakının bir sıra ərazilərində işıq olmayacaq
İyunun 25-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək İzmir, Qızıl Şərq, Eldar Ağayev, Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Əzim Əzimzadə, Mehdi Abbasov küçələrinin bəzi hissələrini əhatə edəcək.Sabah eləcə də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri həyata keçiriləcək. Beləliklə, saat...
25 İyun 2026, 09:06
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Citypost.az xəbər verir ki, iyunun 25-də Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngli və Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə adıçəkilən bölgələrə ümumilikdə 58 ailə (237 nəfər) köçürülüb.Ağdərə rayonunun 3 yaşayış məntəqəsinə, 30 ailə (129 nəfər) köçürülüb ki, onlardan 4-ü (23 nəfər) Vəngli kəndinə (cəmi köçürülüb: 145 ailə (576 nəfər)), 13-ü (53 nəfər) Çıldıran kəndinə...
25 İyun 2026, 08:18