65 yaşa çatdıqdan sonra pensiya kapitalı aylıq ödənişə əlavə olunurmu?
Hərbi 30 İyun 2026, 09:28
879
İkinci qrup əlilliyi olan və uzun illərdir ömürlük pensiya alan vətəndaşların ən çox ünvanladıqları suallardan biri də pensiya kapitalının sonradan aylıq ödənişlərə necə təsir etməsi ilə bağlıdır. Xüsusilə əmək fəaliyyətini davam etdirən, rəsmi şəkildə işləyən və fərdi hesabında müəyyən məbləğdə pensiya kapitalı toplanan şəxslər bu vəsaitin gələcəkdə pensiyalarına əlavə olunub-olunmayacağını öyrənmək istəyirlər.
Citypost.az-ın məlumatına görə, hüquq mütəxəssislərinin sözlərinə görə, əgər vətəndaşa əlilliyə görə əmək pensiyası təyin olunubsa və həmin müddətdə onun fərdi hesabında pensiya kapitalı formalaşıbsa, bu kapital sonrakı mərhələdə pensiya məbləğinin artmasına təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, Azərbaycan qanunvericiliyinə əsasən əmək pensiyaları üç əsas növə bölünür: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası.
Vətəndaş eyni vaxtda bu pensiyaların hamısını almaq hüququna malik deyil və yalnız bir növ üzrə təminat əldə edə bilər.Əgər vətəndaşa əvvəllər, məsələn, əlilliyə görə 320 manat məbləğində pensiya təyin olunubsa və sonradan 65 yaş həddinə çataraq yaşa görə əmək pensiyası hüququ qazanıbsa, bu halda ona daha sərfəli olan pensiya növü müəyyən edilir. Hazırda tətbiq edilən qaydalara əsasən, sistem avtomatik şəkildə vətəndaş üçün daha yüksək məbləğli pensiya variantını seçərək təyin edir.
Bununla yanaşı, vətəndaşın əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı da nəzərə alınmalıdır. Məsələn, fərdi hesabda 26 min 500 manat pensiya kapitalı formalaşıbsa, həmin vəsaitin pensiya hesablamalarına təsiri araşdırılmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq aylıq ödənişlərdə artım baş verməlidir.
Hüquqşünasların fikrincə, əgər vətəndaş pensiya kapitalının nəzərə alınmadığını və ya pensiya məbləğinin dəyişmədiyini düşünürsə, bu halda aidiyyəti dövlət qurumlarına müraciət etməsi vacibdir.
Həmçinin oxuyun
Mütəxəssislər ilk növbədə DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi tövsiyə edirlər. Həmin müraciət əsasında vətəndaşın fərdi hesabındakı kapital yenidən araşdırıla, pensiya məbləği təkrar hesablana və əlavə artımın tətbiqi ilə bağlı qərar qəbul oluna bilər.
Qeyd olunur ki, pensiya kapitalı vətəndaşın gələcək sosial təminatının əsas elementlərindən biridir və onun düzgün hesablanması hər bir şəxsin qanuni hüququdur. Buna görə də vətəndaşlar öz fərdi hesablarında toplanan vəsaitləri mütəmadi izləməli, hər hansı uyğunsuzluq aşkar etdikdə isə rəsmi qaydada yenidən hesablama tələb etməlidirlər.
Mütəxəssislər vurğulayırlar ki, yaşa görə pensiya hüququ əldə olunduqdan sonra fərdi pensiya kapitalının nəzərə alınması nəticəsində aylıq ödənişlərdə artım baş verə bilər və bu hüquq qanunvericiliklə qorunur. Əgər belə artım həyata keçirilməyibsə, vətəndaşın yenidən hesablanma tələbi ilə müraciət etməsi tamamilə qanuni və əsaslı addım hesab olunur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 29 sentyabr - 3 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - MN-dən bildirilib....
29 Sentyabr 2025, 10:50
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.CityPost.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlar Hacıyev Rizvan Qara oğlu, Əliyev Sumbat Nüdrət oğlu və Kərimov Natiq Zeynal oğludur. R.Hacıyevin nəşinin qalıqları sabah saat 13.00-da Kürdəmir rayonu Qocalı kənd qəbiristanlığında, S.Əliyev saat 14.00-da Füzuli rayonu Aşağı Kürdmahmudlu kənd qəbiristanlığında, N.Kərimovun qalıqları isə saat 16.00-da Qax rayonu Oncallı kənd qəbiristanlığında dəfn olunacaq....
28 Avqust 2025, 10:34
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 25-29 avqust tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq"....
25 Avqust 2025, 10:28
Praqa Ukrayna Silahlı Qüvvələrinə bir milyon mərmi ötürdü
Çexiya Çex Sursat Təşəbbüsü çərçivəsində bu il Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük edib. CityPost.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.Fiala qeyd edib ki, 2024-cü ilin sonuna qədər təşəbbüs çərçivəsində 1,5 milyondan çox mərmi toplanaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün çatdırılıb.Çexiya təşəbbüsü 2024-cü ilin aprelində başlayıb və anonim olaraq üçüncü ölkələrdə artilleriya mərmilərinin alınmasını, sonradan Ukraynaya çatdırılmasını nəzərdə tutur. İlk belə partiya ötən ilin iyununda gətirilib. Bundan əvvəl Çexiya prezidenti Petr Pavel 2025-ci ildə bu proqram çərçivəsində ən azı 1,8 milyon mərmi çatdırılmasının planlaşdırıldığını bildirmişdi.Nigar...
14 Avqust 2025, 14:22
Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olunub
Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.CityPost.az xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.
14 Avqust 2025, 11:36
Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...
12 İyul 2025, 00:02