Nərgiz Cəlilova general xanımı imiş - FAKTLAR
Tv-də baş verənlər 14 Dekabr 2025, 12:12
2452
Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib.
Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.
Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim münasibəti dərin dostluğa çevrilir. Onlar birlikdə bir neçə mahnı da ifa edirlər. O, müsahibələrinin birində bu barədə belə deyir:
"Komissiyanın üzvləri arasında Xalq artisti Rafiq Hüseynov da var idi. Mənə elə gəlir ki, Rafiq Hüseynov olmasaydı, mən də olmazdım. İllər ötdükcə o, ailəvi can dostuma çevrildi. Qızı Leyli dünyaya gələndə ilk mənə zəng elədi və dedi ki, Nara, birinci sənə zəng edirəm, xala olmusan. O, mənim can dostum idi, baxmayaraq ki, yaş fərqimiz var idi, ustadım idi".
15 ilə qədər Az TV-də çalışan diktor 1998-ci ildə doğma televiziyasından ayrılmalı olur. Sonrakı illərdə isə ABA, Space və Lider kanallarında fəaliyyətini davam etdirir.
***
Nərgiz Cəlilova ali təhsil aldığı illərdə tələbə yoldaşı ilə eşq yaşayır. Ailə qurmaq qərarına gələn cütlüyün yolları sonradan kədərli şəkildə ayrılır. Cəlilova öz müsahibələrində xatırlayır:
"Qərar verdik ki, dördüncü kursda nişanlanaq, bitirəndən sonra isə evlənək. Onu bir gün tələbə düşərgəsinə göndərdilər. Oradan qayıdanda onda dəyişiklik gördüm, artıq o münasibətləri davam etdirə bilmədik və ayrıldıq. Acılı ayrılıq yaşadım, amma o zaman bu tələb olunurdu.
***
Televiziyada çalışmağa başladığım illərdə bir gün mənə zəng gəldi. Bu zəng həmin tələbə yoldaşımdan idi. Etiraf edirəm ki, ayrıldığımız illər ərzində səbirsizliklə onun zəngini gözləyirdim. Zəngində bildirdi ki, mənimlə görüşmək istəyir. Görüşdük və mənə evlilik təklifi etdi. Əvvəlcə razılaşdım, adət-ənənələrə uyğun olaraq elçi gəldilər. Bir neçə gün keçdikdən sonra hiss etdim ki, daha əvvəlki duyğuları yaşaya bilmirəm. Bunu ona izah etdim, biz razılaşdıq və ayrıldıq. Daha sonra o, ailə qurdu və Amerikaya köçdü.
Həmçinin oxuyun
25 il sonra həmin insandan mənə yenidən zəng gəldi. Onda mən də, o da öz həyat yoldaşlarımızdan ayrılmışdıq. İkimiz də subay idik. 25 ildən sonra o, yenə də evlilik təklif etdi. Təbii ki, qəbul etmədim. Çünki axar suya ikinci dəfə girmək olmaz. Bu mənim xasiyyətimdir. Bir neçə il keçdikdən sonra o, ikinci dəfə evləndi, mən isə hələ də təkəm. Hərdən fikirləşirəm ki, ilk məhəbbətim məni rahat buraxmadı".
***
Beləliklə ilk məhəbbəti ilə heç cür qovuşa bilməyən diktor Rusiyanın ədliyyə orqanlarında işləyən ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov adlı insanla ailə qurur. Bu evlilikdən onların Nərmin adlı qızları dünyaya gəlir. Qızının on yaşı olanda, aparıcı həyat yoldaşından ayrılaraq qızı ilə birgə yaşamaq qərarına gəlir.
Diktorun ən çox sevdiyi idman növü tennisdir. Tennis sevgisi haqqında o, belə deyir:
"Ən çox sevdiyim idman növü tennisdir. Əgər 25 yaşım olsaydı, mütləq tennislə peşəkar məşğul olardım. Təsəvvür edə bilməzsiniz, mən oyunları necə izləyirəm. Hətta baxanda qışqırıram. Yaxşı ki, evdə tək yaşayıram. Heç kim səsimdən qorxmur".
O, 2009-cu ildə Xəzər TV kanalında "Pəncərə", 2015-ci ildə isə AZ TV-də "Sevilənlər" adlı verilişin aparıcısı olub. Müxtəlif TV layihələrdə uğurla iştirak edib. Tələbələr və ardıcıllarını yetişdirib.
Nərgiz Cəlilovanın qızı Nərmin bir neçə il əvvəl uyğur vətəndaşı ilə ailə quraraq Çinə köçür. 62 yaşlı diktorun bir nəvəsi də var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hərbi ekspert: “Maksim Şevçenkonun bilik səviyyəsi düşündürücüdür”
Hərbi ekspert Tərlan Eyvazov rusiyalı jurnalist Maksim Şevçenkonun çıxışı ilə bağlı sərt fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, Şevçenkonun region, din, mədəniyyət və tarixlə bağlı geniş məlumatlı olması diqqət çəkir və bu, bəzi hallarda yerli insanların bu mövzularda yetərincə məlumatlı olmaması ilə müqayisədə utancverici görünür.Ekspert qeyd edib ki, cəmiyyət daxilində bəzən elementar dini və mədəni anlayışlar ətrafında belə yanlış yanaşmalar müşahidə olunur. O, sosial şəbəkələrdə bir iranlı türk generalın çıxışı zamanı “bismillah” ifadəsinə görə əsassız iradların bildirilməsini buna nümunə kimi göstərib.T.Eyvazov vurğulayıb ki, bu kimi hallar maariflənmənin və düzgün məlumatlanmanın vacibliyini bir daha ortaya qoyur. Onun sözlərinə görə,...
09 Aprel 2026, 10:50
Dəm qazından boğulub ölən Lətafətin - Fotosu
Xəbər verdiyimiz kimi, Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.cityPost.az xəbər verir ki, Qoltuq qəsəbəsi sakini olan 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib.
15 Mart 2026, 10:31
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar- Video
Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.“Qafqazinfo” xəbər verir ki, onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər. Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar....
20 Fevral 2026, 00:27
Deputat ixtisarlardan narahatdır - VİDEO
Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa ölkədə müxtəlif dövlət qurumlarında aparılan kütləvi ixtisarlarla bağlı narahatlığını ifadə edib.CityPost.az xəbər verir ki,deputat bildirib ki, hazırda metroda, Xəzər Dəniz Gəmiçiliyində və digər sahələrdə, o cümlədən kommunal sektorda xeyli sayda işçi ixtisar olunur.Onun sözlərinə görə, büdcəyə düşən yükün azaldılması məqsədilə müəyyən problemlərin həlli başa düşüləndir, lakin bu prosesin nəticəsində yüzlərlə insanın işsiz qalması ciddi sosial risklər yaradır.Fazil Mustafa qeyd edib ki, işdən azad olunan şəxslər ya alternativ iş yerləri ilə təmin edilməli, ya da sosial müavinətlərlə dəstəklənməlidir.Lakin müavinətlərin verilməsində də müəyyən məhdudiyyətlərin olduğunu xatırladan deputat vurğulayıb ki, bu məsələ kompleks və...
04 Fevral 2026, 16:53
Məmurun əri həmin videosuna görə üzr istədi
İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.CityPost.az xəbər verir ki, o bu barədə videoaçıqlama yayıb.“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam da, həmişə Allaha inanmışam. Mənəvi dəyərlərə hörmət edirəm. İşlətdiyim ifadələr spirtli içkinin təsiri altında olub. Din əhlindən üzr istəyirəm”, - deyə o söyləyib.Qeyd edək ki, H.Eyvazovun eyni zamanda Füzuli RİH-də sürücü işlədiyi deyilsə də, qurumdan onun uzun müddətdir Rayon İcra Hakimiyyətində çalışmadığı bildirilib. İcra başçısının ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova isə həyat yoldaşının gündəm olan videosundan sonra işdən ayrılmaq...
19 Yanvar 2026, 17:53
Polis onu belə həbs etdi -VİDEO
Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb. Ondan 5 kiloqram 700 qram marixuana aşkarlanıb.O.Müslümov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir....
16 Yanvar 2026, 14:12