Şərurlu İsfəndiyar arvadlarından danışdı
Tv-də baş verənlər 14 Dekabr 2025, 13:31
418
“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.
CityPost.az xəbər verir ki, o, Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında iki həyat yoldaşının olduğunu açıqlayıb.
“Bir dəfə yeməyə gedəndə bir qadından xoşum gəldi. Elə orada getdim, salamlaşdım. Dedim, mən bu qadını alacağam. Ara qarışdı, durub getdilər. Sonra onun qalınca getdim. Axtardım, tapdım. Öyrəndim ki, “Semoşka”da (KTM) həkim işləyir. Üç ay dalınca gedəndən sonra razılığa gəldik. Getdim atası ilə razılaşmağa. O da dərman atıb razılıq verdi. Ondan onun 27, mənim isə 50-dən çox yaşım vardı”, - o qeyd edib.
Həmçinin oxuyun
İ.Axundov əlavə edib ki, o qadından bir oğlu var:
“Birinci həyat yoldaşımdan boşanmamışam. İkisi də şah kimi yaşayır. Pul çox şeyi həll edir. İkisi də xoşbəxtdir, deyirlər ki, sənin ayağına dəyən bizim ürəyimizə dəyir. Bu qədər mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nərgiz Cəlilova general xanımı imiş - FAKTLAR
Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakıda dünyaya gəlib.Ailədə iki bacı, bir qardaş olublar. Orta məktəbdə oxuduğu illərdə musiqi təhsili almağa başlayır. On illik musiqi təhsilini başa vurur. İncəsənətə həddindən artıq meylli olduğundan hamı düşünür ki, o, musiqi sahəsinə yönələcək. Amma gözlənilənin əksinə olaraq Nərgiz 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunur.Akademiyanı bitirəndən sonra televiziyada müsabiqə olduğunu eşidir və ora qatılmaq qərarına gəlir. Müsabiqədəki komissiyanın tərkibində məşhur diktor Rafiq Hüseynov da olur. Bir neçə mərhələni uğurla keçən Nərgiz yaxşı nəticə əldə edərək, müsabiqədən tam formada keçərək 1983-cü ildə Azərbaycan televiziyasında çalışmağa başlayır. Sonralar Rafiq Hüseynovla Nərgizin ustam müəllim...
14 Dekabr 2025, 12:12
DTX Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşıb
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşıb.CityPost.az həmin videonu təqdim edir:
12 Dekabr 2025, 11:32
Azərbaycanın səfiri ermənicə danışdı -VİDEO
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən tədbir zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb.CityPost.az xəbər verir ki, bununla bağlı görüntüləri “Sputnik Ermənistan” yayıb. Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyən səfir çıxışına ingilis dilində davam edib. N.Ağayevin sözlərinə görə, regionda bir neçə il əvvəl təsəvvür edilməsi çətin olan böyük dəyişikliklər baş verir: “Bu, münasibətlərimizdə nail olduğumuz ən sabit və dinc dövrdür. Biz övladlarımızın, nəvələrimizin bu ağrılı və uzunmüddətli münaqişəni miras almayacağına nail olmuşuq. Ümid edirəm ki, onlar daim sülh şəraitində yaşayacaq və əlbəttə ki, Azərbaycan sülh gündəliyinin təşəbbüskarı olub”.Səfir, həmçinin Vaşinqton razılaşmalarının tam şəkildə həyata...
10 Dekabr 2025, 13:04
Bakıda 13 yaşlı qızın müəmmalı ölümü: Məktəblinin telefonunda gördükləri ailəni şoka saldı
Paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.Hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.Məlumata görə, 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Daha sonra mərhumun telefonunda gördükləri ailəyə daha bir şok yaşadıb."Gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə baxdığı müəyyən edilib. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib", - mərhumun atası bildirib.Daha ətraflı Baku TV-nin süjetində:...
02 Dekabr 2025, 20:26
Paytaxtın bəzi mərkəzi küçələrində söküntü işlərinə başlanıldı
Paytaxtın Yasamal rayonunda, metronun "Nizami" stansiyasının yuxarı küçələrində söküntü işlərinə başlanılıb. CityPost.az xəbər verir ki, söküntü işləri gecə saatlarında aparılır. Söküntü plan üzrə Zülfü Adıgözəlov küçəsində aparılır. Eyni zamanda Şamil Əzizbəyov və digər yaxın küçələri də əhatə edəcək. Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb. Həmin söküntüdən görüntüləri təqdim edirik:
30 Noyabr 2025, 22:38
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Bakının Xətai rayonunda talama cinayəti baş verib.CityPost.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir....
28 Noyabr 2025, 17:39