Bizə yazın

Baku

-°C

USD

-

Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir 

Dünya 13 Dekabr 2025, 23:47

1424

Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.

Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.

Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.

Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.

“Əgər genişmiqyaslı ümumi atəşkəs və sülh sazişi mümkün deyilsə, heç olmasa enerji obyektlərinin hədəf alınmaması və Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı məhdud razılaşma əldə edək”, — deyə Türkiyə xarici işlər naziri bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğan: İrana hücum beynəlxalq hüququn pozulmasıdır 

Türkiyə ABŞ və İsrailin İrana hücumu nəticəsində yaşanan savaşın dayandırılması üçün səy göstərir.CityPost.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiya üzvləri ilə iftar proqramında çıxışı zamanı deyib."İran xalqının dərdinə şərikik. Savaşı dayandırmaq üçün diplomatik təmasları davam etdiririk" , - Ərdoğan bildirib və vurğulayıb ki, İrana qarşı hücumlar beynəlxalq hüququn pozulmasıdır."Hücumlarda İranın dini lideri Əli Xamenei, mülki və hərbi məsul şəxslər, günahsız uşaqlar həyatını itirib" , - Ərdoğan deyib və İran xalqına başsağlığı verib.Türkiyə Prezidenti çıxışının davamında İranın Fars körfəzi ölkələrinə hücumuna da münasibət bildirib və atəşkəsin əldə olunmasının vacibliyini qabardıb....

02 Mart 2026, 21:41

Donald Tramp: Tezliklə İrana daha güclü zərbələr endiriləcək 

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətində olduğunu bəyan edərək ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bildirib.Citypost.az  xəbər verir ki, Ağ Ev rəhbəri bunu CNN-ə açıqlayıb."Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir", - Tramp deyib.O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: "Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq".Tramp həmçinin bəyan edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil."Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq", - o vurğulayıb.O ki...

02 Mart 2026, 20:17

Xameneinin arvadı da öldü

İranın mərhum Ali dini Lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocastə Bağırzadə öldürülüb. Citypost.az xəbər verir ki, bu barədə İran mediası yazıb. Bağırzadə İsrail və Amerikanın Xameneinin ofisinə hücumlarından sonra komaya düşmüşdü. Həkimlər onun həyatını xilas edə bilməyib. 

02 Mart 2026, 17:38

İran Qətəri vurdu, Avropada qaz bahalaşdı

Avropa bazarında qazın qiyməti bahalaşıb.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Qətərin maye qaz istehsalını dayandırmasıdır.Nəticədə Avropa bazarında min kubmetr qazın qiyməti 500 dolları keçib.Hazırda Niderland bazarında 1 min kubmetr maye qaz, təxminən, 515 dollardır. 

02 Mart 2026, 17:31

İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb 

İsrailin Livana hücumlarında Hizbullahın kəşfiyyat qərargahının rəisi öldürülüb.APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.Qeyd edilib ki, tən gecə Livanın paytaxtı Beyruta endirilən aviazərbələrdə Hizbullahın kəşfiyyat qərargahının rəisi Hüseyn Makled öldürülüb.

02 Mart 2026, 17:16

İranın müdafiə naziri vəzifələrini icra edən şəxs təyin olunub 

General Seyyid Məcid İbn Əl-Rza İranın müdafiə nazirinin vəzifələrini müvəqqəti icra edən təyin edilib.APA Təsnimə istinadən xəbər verir ki, bununla bağlı İran prezidenti Məsud Pezeşkian əmr imzalayıb.Qeyd edək ki, İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə İsrail və ABŞ-ın hava zərbələri nəticəsində ölüb.

02 Mart 2026, 15:08