Laçında qardaşı tərəfindən öldürülən müğənni vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Hadisə 13 Avqust 2025, 11:18
3112
Ötən gün Laçında qardaşı tərəfindən öldürülən Səfər Quliyev vəzifəli şəxs olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, 07.12.1967-ci il təvəllüdlü Səfər Əsgər oğlu Quliyev Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının Laçın rayon komitəsinin sədri vəzifəsində çalışırmış.
Laçın rayonunun Qozlu kənd inzibati ərazi dairəsinin Fingə kəndində daimi qeydiyyatda olan S.Quliyev müvəqqəti olaraq Ağcabədi rayonunun Şərəfxanlı kəndində məskunlaşırmış.
Mərhum ailəli olub, 2 qızı və 2 oğlu var.
Həmçinin oxuyun
Qeyd edək ki, Səfər Laçınlı kimi tanınan müğənni və iş adamı ötən gün qardaşı Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki 552 ailəlik qəsəbədə məskunlaşmış, 1973-cü il təvəllüdlü Xasay Əsgər oğlu Quliyev tərəfindən Laçın rayonunun Fingə kəndi ərazisində aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə öldürüb.
S.Quliyevin nəşi yaşadığı Ağcabədi rayon Şərəfxanlı kəndinə gətirilib, dəfni üçün hazırlıq işləri görülür.
Faktla bağlı araşdırma davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edilib
Dövlət Gömrük Komitəsinin Kollegiyası “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qərar imzalayıb.Qərara əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri onlara korrupsiya ilə bağlı təklif edilən qanunsuz üstünlüklər, maddi və qeyri-maddi nemətlər, imtiyaz və güzəştlərlə bağlı məlumatı artıq yalnız bilavasitə rəhbərlərinə deyil, Komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalar üzrə məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) təqdim etməlidirlər....
18 May 2026, 13:45
Lahıc yolunda qayalar yolun ortasına düşdü
İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb
16 May 2026, 08:37
Bakıda məktəbdə şagirdlər arasında DAVA - hüquq-mühafizə orqanları araşdırma aparır
Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.271 nömrəli tam orta ümumtəhsil məktəbindən APA-ya verilən məlumata görə, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.Bildirilib ki, videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.“Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.Elm və...
15 May 2026, 14:05
Ermənistanda Paşinyanı “xain” adlandıran bloqerə cinayət işi açılıb
Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanı “xain” adlandıran bloqer Artak Avetisyan barəsində cinayət işi açıb və onun həbsi üçün məhkəməyə müraciət edib.Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.Məlumatına görə, Avetisyan mayın 12-də informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək nifrət, ayrı-seçkilik və düşmənçilik yaradan açıqlamalar verib.Bildirilib ki, bloqer həmin fikirləri “Facebook” sosial şəbəkəsində yayımladığı videoda səsləndirib.Komitənin açıqlamasında qeyd olunub ki, Avetisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə ittiham irəli sürülüb.Maddə ictimai şəkildə nifrətin, ayrı-seçkiliyin və düşmənçiliyin yayılmasına görə 3 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutur....
14 May 2026, 21:22
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyndən Citypost.az daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....
14 May 2026, 14:25
Qubada iki avtomobil toqquşub
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində baş verib.Belə ki, iki “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.İlkin məlumata görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.
12 May 2026, 10:03