Bizə yazın

Baku

-°C

USD

-

Kəndçisi Ramiz Mehdiyevin nəsil şəcərəsini açıqladı - İlk dəfə 

Hadisə 26 Noyabr 2025, 10:52

98

Prezident Administrasiyasının sabiq rəhbəri, dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamları ilə ev həbsinə məhkum edilən Ramiz Mehdiyevin nəsil şəcərəsi ilk dəfə açıqlanıb.

CityPost.az  xəbər verir ki, bu barədə onun kəndçisi, sabiq deputat Fərəməz Novruzoğlu yazıb.

O bildirib ki, Ramiz Mehdiyevin erməni qarışığı olması barədə yayılan iddialara görə bu faktları təqdim etməyi lazım bilib:

“Ramiz Mehdiyevin etnik mənşəyi ilə bağlı bildiyim və həqiqəti əks etdirən faktları diqqətinə çatdırıram.

Ramiz Mehdiyevin anasının adı Gövhərdir. Əslən Naxçıvan şəhərindəndir. 1930-cu illərdə hər yerdə olduğu kimi, Şərurda, eləcə də bizim kənddə - Qarxunda kolxoz quruluşuna keçildi.

Kollektivləşmənin tələblərindən biri də o idi ki, hamı, hətta körpə uşaq sahibi qadın vətəndaşlar səhərdən-axşama kolxoz tarlalarında kətmən vurmalıdır. Bəs gənc anaların uşaqlarına kim baxsın? Kommunist rejimi problemi həll etmək üçün bir neçə kəndin birləşdiyi kolxozun mərkəzi mülkündə uşaq bağçaları təşkil edirdi. Qarxun kəndində də uşaq bağçası təşkil edilir. Kənddə oxumuş qadın olmadığı üçün bağçanı idarə edəcək müdirə Naxçıvan şəhərindən gətirilir. Həmin qadın Ramiz Mehdiyevin anası Gövhər xanım olur. Və bu yolla o xanım Ənvər Mehdiyevlə tanış olub evlənir, onların izdivacından Ramiz Mehdiyev doğulur.

Ramiz Mehdiyevin atası Ənvər Mehdiyev isə köklü qarxunludur”.

F.Novruzoğlu vurğulayıb ki, Ramiz Mehdiyevin ulu əcdadları Qarxun kəndinin sakinləri olub:

“Şərur mahalının 1831 və 1843-cü illər, eləcə də Şərur-Dərələyəz mahalının 1873-cü il kameral təsvirlərindən onun 9-cu qurşaqdan ulu əcdadını müəyyən etmək olur. 1831-ci il kameral təsvirindən görürük ki, o tarixdə bizim kəndimizdə 28 ailədə birləşən 148 sakin olub. Həmin 28 ailənin dördü mənim ulu babam Molla Cəfər və onun dörd oğlunun ailələridir. İki ailə isə Ramiz Mehdiyevin ulu əcdadları ilə bağlıdır:

- Kərbəlayı İbrahim;

- Kərbəlayı Məmmədvəli.

Bizi maraqlandıran ikinci oğuldur - Məmmədvəli, çünki Ramiz Mehdiyev o xətdən gəlir.

1831-ci ildə Məmmədvəlinin 70 yaşı olub, yəni hardasa 1760-cı illərdə anadan olub. Bu hesabla kameral təsvirdə Məmmədvəlinin atası kimi adı keçən Mehdixanı 1730 təvəllüd göstərə bilərik. Beləliklə, Mehdiyevin ulu əcdadlarının 300 illik tarixi bizə məlum olur.

Kameral təsvir materiallarına əsaslanaraq, Ramiz müəllimin Mehdixan və Kərbəlayı Məmmədvəlidən sonrakı nəsil şəcərəsi belə davam edir:

- Məmmədvəlinin iki oğlu olub: Bayram Yüzbaşı və Məhəmməd Sultan;

- Bayram Yüzbaşının İsmayıl, Sadıx, Sail və Abbasqulu adlı 4 oğlu olub. Abbasquludan Abbasovlar tayfası törəyib, bu gün də çox böyük tayfadır və sonradan Ramiz Mehdiyevə gələn xətdən qız almaqla qohumluq əlaqələrini təzələyiblər;

- Məmmədvəlinin digər oğlu Məhəmməd Sultanın 3 oğlu olub: Şirəli, Nəcəfqulu və Hüseynqulu;

- Hüseynqulu 1829-cu ildə anadan olub, çünki kameral təsvir tərtib olunanda iki yaşında imiş. Onun oğlu Mehdi (soyadları burdan gəlir), Mehdinin oğlu Hüseynquludur. Hüseynqulunun 3 oğlu, Çiçək adlı bir də qızı olur. Çiçək nəslin digər qanadı olan Abbasovlardan biri ilə evlənir, 4 oğlu olur - Abbas, Maqsud, Hüseyn və Əli. Təkcə Abbasın 8 oğlu var - Əsəd, Aydın, Qorxmaz, Oqtay, Hafiz, Firuz, Səfər və Nizam. Digər qardaşların da hər birinin 5-6 oğlu var, onların hər birinin övladları, nəvələri var.

Çiçəyin böyük qardaşı Həsənin 3 oğlu var:

Hüseynqulu, Xanlar və Arif. Hüseynqulunun da 3 oğlu var: Telman, Nəriman və Mərdan. Xanlar və Arifin də oğul övladları var.

Ramiz Mehdiyevin doğmaca əmisi oğlanları olan bu üç qardaş - Hüseynqulu, Xanlar və Arif mənim müəllimim olublar. Hüseynqulunun oğlu Nəriman isə sinif yoldaşım olub.

Həsənin digər iki qardaşı Ənvər və Cümşüddür. Ənvər Mehdiyev Ramiz Mehdiyevin atasıdır.

Mən çox istərdim ki, Mehdiyevin yaxın qohumları Xanlar müəllimin, Arif müəllimin və onun oğlunun şəkilini bu yazının altına atsınlar. Onları Ramiz Mehdiyevdən ayırmaq olmur.

Yəni deməyim o ki, Ramiz Mehdiyev əsla erməni kökənli deyil”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda SSRİ bayrağı qaldıranlar həbs edildi - Foto 

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.CityPost.az  xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər - Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq...

26 Noyabr 2025, 10:30

Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb 

Paytaxtda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb.CityPost.az DİN-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

25 Noyabr 2025, 16:31

İran vətəndaşlarından narkotik alan şəxslər tutulub 

BNMİ-nin növbəti əməliyyatı zamanı 10 kq narkotik vasitə və 2600 ədəd psixotrop tərkibli həb aşkarlanıbDİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Abşeron və Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar.CityPost.az  DİN-ə istinadən xəbər verir ki, onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.Faktlarla bağlı cinayət işi...

25 Noyabr 2025, 12:06

Arvadını işə apararkən maşınla 2 qadını vurub öldürmüşdü - Bu cəza verildi 

Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.Bildirilib ki, hadisə ötən ilin dekabrın 21-i saat 06 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.S.Süleymanov dostuna məxsus “Kia Rio” markalı avtomobillə həyat yoldaşını işə apararkən 2 qadını vurub.Nəticədə 31 yaşlı Pikə Ağarzayeva və onun həmyaşıdı Gülcahan Quliyeva aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.Məhkəmədə mərhumların ailə üzvləri sürücüyə ən ağır cəzanın verilməsini tələb ediblər.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da əlavə 5 il ərzində məhdudlaşdırılıb....

24 Noyabr 2025, 16:19

Moskvaya dron hücumu olub 

Moskvaya PUA hücumu olub.Bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.O, Ukrayna pilotsuz uçuş aparatınım Moskvaya yaxınlaşarkən vurulduğunu bildirib.Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Rosaviasiya Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin enişi və uçuşun mədudiyyət qoyduğunu açıqlayıb.

24 Noyabr 2025, 15:53

Şirvanda sexdə meyit tapılıb 

Şirvanda sexdə meyit aşkar edilib.Hadisə Şirvan şəhərində yerləşən qapı-pencərə sexində baş verib. Şirvan sakini, 1994-cü il təvəllüdlü Nuruşov Şəmistan Gündüz oğlunun meyiti icarəyə götürdüyü sexdə aşkar edilib.Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

24 Noyabr 2025, 11:50