Kürdəmirdə canavarlar daha bir kəndə hücum edib, 13 baş qoyun tələf olub
Hüquq 25 Noyabr 2025, 15:05
1742
Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.
Hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.
Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.
Həmçinin oxuyun
Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.
Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vergi ödəyicilərinin hüquqları pozulur - AÇIQLAMA
“Vergi orqanlarının kameral vergi yoxlamaları zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunub-olunmaması mütləq araşdırılmalıdır”.CityPost.az xəbər verir ki, bu sözləri hüquqşünas Aqşin İsgəndərov deyib. O bildirib ki, vergi ödəyicisi barədə əlavə verginin hesablanması ilə bağlı kameral qərar qəbul edilməzdən əvvəl vergi ödəyicisinin inzibati icraat hüquqları təmin edilməli, ona yoxlamanın nəticələri (uyğunsuzluqlar) barədə məlumat məktubu göndərilməli, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada izahatların və müvafiq sənədlərin təqdim edilməsi üçün kifayət qədər vaxt verilməlidir.Hüquqşünas onu da əlavə edib ki, təcrübədə isə bəzən vergi orqanları qanunvericiliyin bu tələblərinə əməl etmir. Nəticədə vergi orqanları tərəfindən hesablanmış əlavə vergi məbləqləri ilə bağlı qəbul edilən qərarlar məhkəmələr tərəfindən ləğv olunur. Aytac Ali...
09 Yanvar 2026, 11:41
“WhatsApp” yazışmaları sübut sayılır - DİQQƏT
Dostuna borc verən, amma pulunu geri ala bilməyən şəxslərin sayı artır.CityPost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, borcun qaytarılmaması hallarında yazılı müqavilənin olmaması iddianın mümkünsüz olması demək deyil.Belə ki, tərəflər arasında rəsmi müqavilə bağlanmasa belə, “WhatsApp” və digər messencerlərdə aparılan yazışmalar sübut kimi istifadə oluna bilər. Belə ki, bu yazışmalar əqdin tərəfləri üçün sirr hesab edilmir və mahiyyət etibarilə tərəflər arasındakı hüquqi münasibətləri əks etdirən rəsmi razılaşma kimi qiymətləndirilir.Qeyd edək ki, borcun məbləği, verilmə vaxtı və qaytarılma öhdəliyi yazışmalarda aydın şəkildə əksini tapırsa, həmin materiallar məhkəməyə sübut kimi təqdim edilə bilər. Bu halda borc verən şəxs hüquqlarını məhkəmə qaydasında tələb etmək imkanına malikdir. Aytac Ali...
08 Yanvar 2026, 15:14
Boşanmaq istəyən şəxslərin nəzərinə: 10 yaşdan yuxarı övladınız varsa bunu mütləq bilməlisiniz!
Boşanma zamanı uşaq kimdə qalmalıdır?CityPost.az xəbər verir ki, bununla bağlı yaranan suallara hüquqşünas Aqşin İsgəndərov aydınlıq gətirib. Onun sözlərinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır:“BMT Baş Məclisinin 1959-cu il 20 növbə tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsisinə görə, uşaq yalnız istisna hallarda anasından alınabilir. İstisna hallara, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olması daxildir. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoholizm və ya digər xəstəliklərdən əziyyət çəkməsi, uşağa qarşı qəddar rəftar göstərməsi, ona psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarına zidd hərəkətlər etməsi və s. hallardır.Belə hallarda uşaq atasının yanında saxlanıla bilər”.Hüquqşünas vurğulayıb ki, 10 yaşını tamam etmiş uşaqların valideynlərdən...
08 Yanvar 2026, 13:04
Vərəsəlik hüququ kimlərə verilə bilər?
İnsan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları Qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəsinə keçir. Lakin, təcrübə göstərir ki, miras məsələsi bir çox hallarda anlaşmazlıq və mübahisələrə səbəb olur. Kim vərəsə sahibi sayılır? Pay necə bölüşdürülməlidir? Kim hansı əmlaka iddia edə bilər? Bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Şəms Mirzəyeva Citypost.az-ın suallarını cavablandırıb: "Mülki Qanunvericiliyə görə vərəsəlik hüququ 2 formada yaranır. Vəsiyyət və qanun üzrə. Əgər dünyasını dəyişmiş şəxs vəsiyyət etməyibsə miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə ölənin övladları, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə etmiş olurlar....
28 Noyabr 2025, 13:54
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə...
29 Sentyabr 2025, 10:59
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır. CityPost.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.Dəyişikliyə əsasən, kollegiya üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanları hesab ediləcək. Sənəddə vurğulanır ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.Qüvvədə olan qanuna görə isə Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın orqanı sayılır....
16 Sentyabr 2025, 10:23