Bizə yazın

Baku

-°C

USD

-

2025 dünyada ən isti üçüncü il OLDU

Dünya 14 Yanvar 2026, 12:48

179

Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin (ECMWF) nəzdində fəaliyyət göstərən Copernicus İqlim Dəyişiklikləri Xidməti (C3S) 2025-ci ildə qlobal temperatur göstəriciləri ilə bağlı hesabatını açıqlayıb.

Citypost xəbər verir ki, hesabata görə, ötən il Yer kürəsində orta səth temperaturu 14,97 dərəcə təşkil edib. Bu göstərici sənaye öncəsi dövrün orta səviyyəsindən 1,47 dərəcə yüksək olub. Bununla da 2025-ci il qlobal quru səthi temperaturu baxımından qeydə alınmış ən isti üçüncü il kimi tarixə düşüb.

Qeyd edək ki, ən isti il 2024-cü il olub və həmin il temperatur artımı 1,6 dərəcəyə çatıb. İkinci ən isti il isə 2023-cü il olub – 1,48 dərəcə.

Copernicus-un hesablamalarına əsasən, hazırda qlobal istiləşmə səviyyəsi sənaye öncəsi dövrə nisbətən təxminən 1,4 dərəcə yüksəkdir. Mövcud istiləşmə tempi Paris Sazişində müəyyən edilən 1,5 dərəcə həddinin 2030-cu ilə qədər, gözləniləndən təxminən 10 il əvvəl aşılma riskini artırır.

Məlumata görə, son 11 il dünyada qeydə alınmış ən isti illər olub. 2023–2025 dövrü isə qlobal temperatur artımının ilk dəfə üç il ardıcıl olaraq 1,5 dərəcə həddini aşdığı dövr kimi qeydə alınıb.

2025-ci il hava temperaturuna görə dünyanın ən isti ikinci, dəniz səthinin temperaturuna görə isə 20,73 dərəcə ilə ən isti üçüncü ili olub. Antarktida tarixinin ən isti ilini, Arktika isə ikinci ən isti ilini yaşayıb.

Kaliforniyada yerləşən Berkeley Earth tədqiqat mərkəzi də 2025-ci ilin 1850-ci ildən bəri qeydə alınan ən isti üçüncü il olduğunu təsdiqləyib.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən 2025-ci il ərzində dünyanın bir çox bölgəsində güclü istilər, Avropa, Asiya və Şimali Amerikada şiddətli fırtınalar, İspaniya, Kanada və Cənubi Kaliforniyada genişmiqyaslı meşə yanğınları müşahidə olunub.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranda vurulacaq hədəflər bəlli oldu

   “Nüvə Silahına qarşı İran Birliyi” Təşkilatı (United Against Nuclear Iran) 50 hədəfi əhatə edən dosye hazırlayaraq, yanvarın 13-də təhlükəsizlik iclasından əvvəl Ağ Evə təqdim edib.Bu barədə “Deyli Meyl” məlumat yayıb.Sənədə etirazların zorakı şəkildə yatırılmasının əsas mərkəzi kimi tanınan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sərallah” Qərargahının dəqiq koordinatları da daxildir.Bu qərargah faktiki olaraq hərbi komandanlıq mərkəzi rolunu oynayır və polis qüvvələrinin əməliyyat nəzarətini öz əlində cəmləşdirir....

14 Yanvar 2026, 10:12

Fərəh Pəhləvidən İran ordusuna - Çağırış

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı, hazırda ABŞ-də mühacirətdə yaşayan Fərəh Pəhləvi İran xalqına müraciət edib.CityPost.az  xəbər verir ki, o, müraciətində tezliklə İranın azadlığının qeyd olunacağına inamını ifadə edib.“Bu günlərdə göstərdiyiniz cəsarət, vətənpərvərlik və fədakarlıq dünyanın hər yerindəki insanların hörmətini qazanıb və müxtəlif ölkələrdə milyonlarla insan sizə dəstək olduqlarını bildirib. Bilirəm ki, səsinizi eşitmək qorxusundan qaranlığa qərq olanlar xarici dünya ilə ünsiyyət kanallarınızı kəsiblər. Mesajınız bu cür hərəkətlərlə susdurula biləcək hər şeydən daha ucadır.Qətiyyətlə inanıram ki, etirazlarınızın epik səhnələri gec-tez senzura divarını aşacaq və bu günlərdə etdiyiniz işlərin əsl ölçüləri bütün dünyada daha böyük heyrət və heyranlığa səbəb...

14 Yanvar 2026, 09:55

Kanada vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb 

Kanada İrandakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tövsiyələrini yeniləyib.CityPost.az  xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.Hökumət vətəndaşları Ermənistan və ya Türkiyə ilə quru sərhədləri vasitəsilə İranı dərhal tərk etməyə çağırıb.

14 Yanvar 2026, 08:43

Çində robot yol polisləri fəaliyyətə başlayıb 

Çinin Anhuy əyalətinin Uhu şəhərində “ağıllı robot” yol polisləri xidmətə başlayıb.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, robot polislər şəhərin qaynar küçələrində yol hərəkətinin idarə olunmasında iştirak edir.Xüsusi rütbələri də olan robotlar həmkarları polislərlə birgə xidmət aparır. Robot yol polisi kiçik mobil platformaya bərkidilib ki, bu da ona təyin olunmuş yerə hərəkət etməyə, bütün istiqamətlərdən nəqliyyatın hərəkətini idarə etməyə imkan verir.Uhu yol polisi idarəsinin zabiti Cian Cihao bildirib ki, nəqliyyatın intellektual idarəetmə sisteminə qoşulan robot polislər həmkarları ilə sıx əməkdaşlıq edərək yol hərəkətini avtonom şəkildə istiqamətləndirə bilir. O, mühərriksiz nəqliyyat vasitələrinin qayda pozuntularını da müəyyən etməyi bacarır....

13 Yanvar 2026, 18:05

F-35 panikası Afinanı həyəcanlandırdı: Ankara qarşısında B planı hazırlandı  

Türkiyəyə mümkün F-35 döyüş təyyarələrinin satışı Yunanıstanda narahatlıq yaradıb. Citypost.az   Türkiyənin nüfuzlu “Sabah” qəzetinə istinadən xəbər verir ki, Yunan mediası Metrosport xəbər verib ki, “F-35-lərlə bağlı Türkiyəyə qarşı B planı” başlıqlı yazıda, Türkiyənin F-35 proqramına yenidən qoşulma ehtimalının Afinada ciddi qayğı doğurduğu bildirilib.Xəbərdə qeyd olunur ki, belə bir inkişaf Ege və Şərqi Aralıq dənizindəki güc tarazlığını sarsıda bilər. Yunan ekspertlər Afinanın vaxt itirmədən hərəkət etməli, alternativ addımlardan ibarət “B planı” hazırlamalı və Vaşinqtona konkret təhlükəsizlik zəmanətləri üçün təzyiq göstərməli olduğunu vurğulayıb.Əli...

13 Yanvar 2026, 13:42

Çin Trampın 25% -lik rüsumuna qarşı “zəruri bütün tədbirləri” görəcəyini bildirib

Çin, ABŞ Prezidenti Donald Trampın İrana ticarət edənlərə qarşı rüsum tətbiq etməsi ilə bağlı olaraq, “legitim hüquqlarını və maraqlarını qorumaq üçün zəruri bütün tədbirləri görəcəyini” açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Trampın bazar ertəsi günü elan etdiyi 25%-lik rüsum “dərhal qüvvəyə minir” və İran hökumətinə qarşı etiraz aksiyalarının yatırılmasına cavab olaraq tətbiq olunur. Çin isə İranın ən böyük ticarət tərəfdaşıdır.Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi X sosial media platformasında bildirib: “Rüsumların təyinatdan asılı olmayaraq tətbiqi ilə bağlı Çin mövqeyi aydındır və dəyişməzdir.Rüsum müharibələrinin və ticarət müharibələrinin qalibi yoxdur, zorakılıq və təzyiq problemləri həll edə bilməz. Proteksionizm isə bütün tərəflərin maraqlarına zərər...

13 Yanvar 2026, 13:35