Asena İbrahim Tatlıseslə 25 illik küsülülüyün səbəbini açıqladı
Sənət aləmi 04 Fevral 2026, 15:53
203
Müğənni və rəqqasə Asena “İbo Show” proqramında İbrahim Tatlıseslə 25 illik küsülülüyünə son qoyduqdan sonra ilk dəfə açıqlama verib. O, barışmanın əsas səbəbinin “daxili yüklərdən azad olmaq və hesabları bağlamaq” olduğunu bildirib.
Citypost.az Türkiyə mətbuata istinadən xəbər verir ki, Asena jurnalistlərə verdiyi açıqlamada Tatlıseslə eyni proqramda yer almasının şəxsi bir qərar olduğunu vurğulayaraq, “Heç kimlə incikliyim yoxdur, heç kimlə də yarışım yoxdur” deyib.
Sənətçi yaxın vaxtlarda yeni layihələrin olacağını, tamaşaçıları üçün sürprizlər hazırladığını da qeyd edib. O, “hazırda çox həyəcanlı və xoşbəxtəm” sözləri ilə əhvalını ifadə edib.
Asena, proqramdan sonra sosial şəbəkələrdə yayılan videolara güldüyünü, xüsusilə gənc nəslin göstərdiyi maraqdan məmnun qaldığını da əlavə edib.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədəniyyət naziri Yusif Seyxovu təbrik edib
Mədəniyyət naziri Adil Kərimli tanınmış ssenarist, rejissor və Əməkdar mədəniyyət işçisi Yusif Seyxovu doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, Adil Kərimli Yusif Seyxovun mədəniyyət sahəsindəki xidmətlərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Məlumat üçün bildirək ki, ötən gün Yusif Şeyxovun 75 yaşı tamam olmuşdur. Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. O, 23 saylı orta məktəbi bitirdikdən sonra Neft-Kimya İnstitutunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.Yusif Şeyxov kinoya 13 yaşında — “Sehrli xalat” filmində pioner Eldar rolunu canlandırmaqla gəlib. Sonrakı illərdə “Azərbaycanfilm” kinostudiyasında, Dövlət Kinematoqrafiya Komitəsində, eləcə də “Azərkinoprokat” və “Azərkinovideo” qurumlarında...
04 Fevral 2026, 13:25
Toğrul Qasımov “İlin Gənci” mükafatına layiq görülüb
Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təsisçiliyi ilə keçirilən “İlin Gənci” mükafatlandırma mərasimi 2026-cı il üçün “Gənclər Paytaxtı” elan olunmuş Goranboy şəhərində baş tutub. Tədbir “Gənclər Paytaxtı” layihəsinin rəsmi açılışı çərçivəsində təşkil edilib.Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin Gənci” mükafatları gənclər siyasətinin həyata keçirilməsində fəallığı və nümunəvi fəaliyyəti ilə seçilən gənclərə təqdim olunub.Mükafata layiq görülənlər sırasında Toğrul Qasımov da yer alıb. O, mədəniyyət və incəsənət sahəsində həyata keçirdiyi layihələr, gənclərin yaradıcılıq potensialının inkişafına verdiyi töhfələr və aktiv ictimai fəaliyyəti ilə seçilərək Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatı ilə təltif olunub. Toğrul Qasımov hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət...
04 Fevral 2026, 09:00
Recep İvedik 8 harada yayımlanacaq?
Türkiyənin sevilən komediya aktyoru Şahan Gökbakarın müəllifi və baş rol ifaçısı olduğu məşhur “Recep İvedik” film seriyasının 8-ci hissəsinin çəkiləcəyi rəsmi şəkildə açıqlanıb. 2008-ci ildə ilk filmi nümayiş olunan və illər ərzində geniş tamaşaçı kütləsi qazanan layihə yeni film ilə davam edəcək.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Recep İvedik 8” kinoteatrlarda deyil, Disney Plus platformasında yayımlanacaq. Filmin süjeti və aktyor heyəti ilə bağlı detallar hələlik açıqlanmayıb.Yeni filmin yayımlanacağı platformanın bəlli olması serialın pərəstişkarları arasında maraq doğurub....
03 Fevral 2026, 16:47
Tanınmış aktyor çayxanaya buraxılmadı
Türkiyənin tanınmış aktyoru Ahmet Mümtaz Taylan İstanbulun Tarlabaşı bölgəsində çay içmək istədiyi çayxanaya buraxılmayıb. Hadisə aktyorun yanında olan dostu və çəkiliş heyəti ilə birlikdə çay içmək təklifi verdiyi an baş verib.Citypost.az Türkiyə mətbuatına istindən xəbər verir ki, çayxana sahibləri kameraların söndürülməsini tələb edib və “kameraları bağlayın, gəlməyin” deyərək Taylanın içəri daxil olmasına icazə verməyiblər. Gözlənilməz cavab sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.Qeyd edək ki, Ahmet Mümtaz Taylan tamaşaçıya xüsusilə “Kızılcık Şerbeti” serialında canlandırdığı Apo obrazı ilə tanışdır. Yaşanan hadisədən sonra aktyorun şəxsiyyəti və yaradıcılığına maraq artıb.Turan...
03 Fevral 2026, 16:40
Mehriban Xanlarova teatra yenidən qayıdacaqmı? – Əməkdar artist danışdı
Ötən həftə Mədəniyyət Nazirliyinin qərarları ilə dövlət teatrlarının struktur və ştat cədvəlləri yenilənib, nəticədə bədii rəhbər və baş rejissor da daxil olmaqla bir sıra vəzifələr ləğv edilib. Bu dəyişikliklər fonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasında yer alıb.Qeyd edək ki, Mehriban Ələkbərzadə ilə yaşadığı problemlər səbəbindən Əməkdar artist Mehriban Xanlarova ötən ilin noyabrında etiraz olaraq teatrdan ayrılmışdı. Hazırda aktrisanın yenidən qayıdışı sosial şəbəkələrdə müzakirə olunur.Məsələ ilə bağlı müxbirimiz Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb. Aktrisa teatra mümkün qayıdışı barədə sualı cavablandırarkən bildirib:“Bununla bağlı tam bir söz deyə bilmərəm. Məsələ...
03 Fevral 2026, 10:42
Xalq artisti xəstəxanaya yerləşdirildi
Xalq artisti, teatr və kino aktyoru Məzahir Süleymanov xəstəxanaya yerləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Xalq artistinin özü məlumat verib.“Ötən gün vəziyyətimdə müəyyən dəyişiklik oldu, təzyiqim yüksəlmişdi. Bu gün isə hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”, – deyə Məzahir Süleymanov bildirib.Əli
03 Fevral 2026, 10:04