Bizə yazın

Baku

-°C

USD

-

Son iki gündə güclü külək Bakıda 78 ağacı sındırıb

Cəmiyyət 05 Fevral 2026, 09:19

213

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb.

Bu barədə  Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda 40 ağacın budaqlarının qırılması qeydə alınıb.

Birliyin növbətçi briqadaları sınan ağaclar və qırılan budaqları götürərək ərazini təmizləyiblər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış  cərrah vəfat etdi 

Bakıda həkim-cərrah Könül Sultanova vəfat edib.Citypost.az xəbər verir ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 15 saylı şəhər poliklinikasında işləyirdi.Mərhum 62 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. (Modern.az)

05 Fevral 2026, 10:13

Dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmaqda təqsirləndirilən Aqil Aslanov və Ceyhun İsmayılovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən, Aqil Aslanov 17 il, Ceyhun İsmayılov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.Qeyd edək ki, DTX tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.Narkotik vasitələrin...

05 Fevral 2026, 09:59

Xocasəndə qanunsuz tikili SÖKÜLDÜ

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xocasən qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb....

05 Fevral 2026, 09:46

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.CityPost.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;4. Babək prospekti, mərkəz istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov...

05 Fevral 2026, 09:20

İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda... 

Yanvarın 30-u gecə saatlarında Qazax şəhəri Bakı küçəsində “Kia Sorento” markalı avtomobilin yol kənarındakı hasara çırpılaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az  Unikal-a istinadən xəbər verir ki, avtomobildə sürücü ilə yanaşı sərnişin qismində Qazax Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışan, sərxoş vəziyyətdə olan Axundov Süleyman Asif oğlu da olub.Həmin gün sosial şəbəkələrdə sözügedən avtoqəzanı əks etdirən videogörüntülər yayılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, S. Axundov baş vermiş hadisəni gizlədərək qəza barədə Rayon İcra Hakimiyyətinə hər hansı məlumat verməyib.“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən etik davranış qaydalarını kobud şəkildə pozduğu üçün S. Axundov dövlət qulluğunda...

05 Fevral 2026, 00:10

Bir sıra yollarda sürət həddi endirilib, "sürüşkən yol" işarəsi aktivləşdirilib 

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi endirilib, bütün portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.CityPost.az  xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Qeyd olunub ki, hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib."Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş...

04 Fevral 2026, 22:34