Bizə yazın

Baku

-°C

USD

-

Ötən il 935 zal nəzarətçisi bazadan çıxarılıb 

Cəmiyyət 04 Fevral 2026, 16:33

215

2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərə görə çıxarılıb.

Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və zal nəzarətçiləri ilə görüşdə məlumat verilib.

Bildirilib ki, onlardan 286 nəfəri birbaşa imtahanla bağlıdır. Belə ki, 346 nəfər imtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə siyahıdan çıxarılıb. Sosial məzuniyyətdə olan nəzarətçilərin sayı 122 nəfər təşkil edib. Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyi və ya köçürməyə şərait yaratdığına görə, o cümlədən sual kitabçalarının və cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yumulması kimi hallara görə imtahan rəhbəri tərəfindən qeyri-qənaətbəxş qiymətləndirilən 159 nəfər bazadan uzaqlaşdırılıb.

Bundan başqa, cavab kartını, cavab vərəqini, sual kitabçasını və ya yazı işi vərəqini səhv verdiyinə görə 14 nəfər, imtahan iştirakçısının imtahan zalından cavab kartını, cavab vərəqini və ya yazı işi vərəqini çıxarmasına yol verdiyinə görə isə 10 nəfər nəzarətçi siyahıdan çıxarılıb. İmtahan zalında telefon aşkarlandığı və ya nəzarətçinin özü ilə imtahan binasına telefon keçirdiyi hallara görə 6 nəfər bazadan uzaqlaşdırılıb.

Eyni zamanda, imtahan zalını lazımi qaydada idarə edə bilmədiyinə və imtahan zamanı iştirakçılarla söhbət etdiyinə görə 42 nəzarətçi bazadan çıxarılıb. Sənədlərlə iş bacarığı və prosedur qaydalarına dair məlumatı zəif olan, cavab vərəqini sual kitabçası zərfinə qoyan, cavab vərəqini vaxtında təhvil almayan, sual kitabçasını iştirakçıya vaxtından əvvəl verən, iştirakçını səhv yerdə əyləşdirən, iştirakçıları vaxtından əvvəl buraxan və ya imtahan zamanı zaldan çıxan nəzarətçilərin sayı 16 nəfər olub.

Həmçinin, etik davranış qaydalarını pozduğuna görə 14 nəfər, nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyinə görə isə 25 nəfər siyahıdan çıxarılıb. Müqavilə bağlanmadığına və ya mövcud müqaviləyə xitam verildiyinə görə 23 nəfər, işdən çıxdığına və ya təqaüdə getdiyinə görə isə 114 nəfər bazadan silinib. Digər səbəblər – səhhətinin imkan verməməsi, vəfat etməsi, ölkə xaricində olması, hərbi xidmətdə olması, ailə vəziyyətinin imkan verməməsi, direktor təyin edilməsi və ya dövlət qulluqçusu olması ilə əlaqədar olaraq 44 nəfər nəzarətçi siyahıdan çıxarılıb.

Eyni zamanda vurğulanıb ki, 2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 476 nəfərdən ibarət olub. Onlardan 4600 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 29,7%-i). Ötən il respublika üzrə 14 120 nəzarətçi ortalama dörd dəfə olmaqla imtahanlara cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin 89,2 %-nin fəaliyyəti əla, 5,8 %-nin yaxşı, 1,9 %-nin kafi, 0,5 %-nin isə qeyri-kafi qiymətləndirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb 

Ölkə ərazisində epizootik sabitliyin və ictimai sağlamlığın təmin olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin "Azərbaycan Respublikasının 2026-cı il üçün epizootiya əleyhinə Tədbirlər Planı"na uyğun olaraq Respublika ərazisində iri və xırdabuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri həyata keçirilir.Cityposta.az xəbər verir ki, peyvənd vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələbləri və “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir. Peyvəndləmə tədbirlərindən sonra ərazilər məcburi dezinfeksiya olunur.Aqrar Xidmətlər Agentliyi dabaq və qarayara xəstəliklərinə qarşı aparılan profilaktiki tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərini rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinə vaxtında müraciət...

04 Fevral 2026, 17:30

Masallıda narkomanlığa qarşı maarifləndirici aksiya təşkil olunub 

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Masallı Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya keçirib.Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.Bildirilib ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”,"Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni əyani vəsaitlər paylanılıb.Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər...

04 Fevral 2026, 17:14

Vəkil Salman Qasımovun adı pul qalmaqalında hallanır  

Tərtər rayonu,Qazyan kənd sakini Şamxan Cəfərli Alış oğlu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırova və Citypost.az-a müraciət ünvanlayıb.Müraciətdə deyilir: “Bildirirəm ki,  hüquqi  yardıma  ehtiyacım  yarandığı  zaman,Sumqayıt şəhərində fəaliyyət göstərən   vəkil  Qasımov Salman Elman  oğlu ilə görüşdüm. Bankda yaranmış problemlə  bağlı  hüquqi yardım  göstərəcəyi  vədi  ilə məndən  Sumqayıt şəhərində yerləşən vəkil ofisində 1000 manat  pul  götürdü. Müqavilə  bağlanacağını desə də  etibarnamə ilə hər şeyi həll edəcəyinə söz verdi.Mənə  heç  bir  müqavilə  təqdim etmədi. Daha  sonra  mən işimlə bağlı ona müraciət etsəm də heç bir hüquqi yardım göstərmədi. Verdiyim pulu geri tələb etdikdə  mənimlə  çox kobud davrandı və heç kimdən qorxmadığını bildirdi.Xahiş edirəm ki, məsələ...

04 Fevral 2026, 16:40

Tibb Universitetinə yarım milyon xərclənəcək 

Azərbaycan Tibb Universitetində (ATU) əsaslı təmir işlərinə başlanılır.Citypost.az bu barədə universitetdən məlumat əldə edib.Belə ki, təmir işlərinin universitetin Tədris İdman Kompleksinin sanitar qovşaqlarında və təhsil müəssisəsinin damında aparılması nəzərdə tutulur.Təmir işlərinə sərf ediləcək məbləğin 486 min 160 manat olması proqnozlaşdırılıb. (İqtisadiyyat.az)

04 Fevral 2026, 16:35

Azərbaycanın ən hündür binası olacaq 

"Sea Breeze" kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan Cipriani Tower inşa olunacaq.Citypost.az xəbər verir ki, yeni qüllə Xəzər dənizi sahilindəki "Halfmoon" adasında yerləşəcək.Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. Binanın layihəsi dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb.Qeyd edək ki, hazırda Azərbaycanda ən hündür bina Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli binadır. Sözügedən bina inşa edildikdən sonra "Flame Towers" (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olmuşdu. (medianews.az)...

04 Fevral 2026, 16:28

Dəhşət: 6 il gizlədilən qız divanın içindən xilas edildi

Hindistanda bir evdə divanın yük bölməsində kilidli vəziyyətdə 13 yaşlı bir qız tapılıb. Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, uşaq son 6 il ərzində zorla ev işlərində işlədilib və azadlığı məhdudlaşdırılıb.Xilas zamanı qızın uzun müddət qapalı və ağır şəraitdə saxlandığı üzə çıxıb. Sağlıq yoxlamalarından sonra uşaq koruma altına alınıb və psixoloji dəstək prosesi başlanıb.Hadisə ilə bağlı sorumlulara qarşı uşağın qaçırılması, zorla işlədilməsi və istismarı ilə bağlı genişmiqyaslı araşdırma aparılır.Əli...

04 Fevral 2026, 15:15