"Qarpız" yükündə gizlədilən külli miqdarda narkotik aşkar edilib
Hadisə 04 Fevral 2026, 16:01
204
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Citypost.az Komitəyə istinadən xəbər verir ki, narkotik vasitə "Cənub-Astara" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.
Həmçinin oxuyun
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Atasını qətlə yetirən yeniyetmə qız TUTULDU
Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb.Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir....
04 Fevral 2026, 15:57
64 yaşlı kişi dəm qazından ölüb
Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.Citypost.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır. (APA)
04 Fevral 2026, 13:51
Bakıda güclü külək 19 ağacı sındırıb
Fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:"Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir".
04 Fevral 2026, 10:43
Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb
Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb.DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar.Gecə saatlarında qara maska ilə mağazaya daxil olan adıçəkilən şəxslər oradan 1500 manatdan artıq pulu ələ keçirərək öz aralarında bölüblər.Bundan əlavə, R.İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib....
04 Fevral 2026, 10:06
Tovuzda qadını maşın vuraraq öldürüb
Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az-ın məlumatına görə,hadisə rayonun mərkəzi küçələrinin birində baş verib.Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-ci il təvəllüdlü M.Süleymanovanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır....
04 Fevral 2026, 09:24
24 yaşlı futbolçu bıçaqlanıb
Gəncədə bıçaqlanma hadisəsi baş verib.“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.Faktla bağlı araşdırma aparılır.***“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada futbolçunun vəziyyətinin ağır olduğu bildirilib: “Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi bəlli deyil. Hələ ki bu barədə məlumat yoxdur. Futbolçumuzun vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur”....
03 Fevral 2026, 09:12