Bizə yazın

Baku

-°C

USD

-

Qarabağ suvarma kanalı yenidən qurulur 

Cəmiyyət 04 Fevral 2026, 14:43

176

Azərbaycan Prezidentinin imzaladığı “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.

Bu barədə Citypost.az Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Məlumata görə, iclasda İşçi qrupunun rəhbəri Rafiq Aslanov çıxış edərək bildirib ki, ölkənin ən böyük magistral suvarma kanalı olan Qarabağ suvarma kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun ümumilikdə 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir. O, həmçinin Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürülməsi hesabına müvafiq əkin sahələrinin su təminatına dəstək göstərildiyini, lakin, kanal torpaq məcralı olduğundan, onun istismarında çətinliklər yaranması ilə yanaşı, həm də ildə təxminən 300 milyon m³ su itkisi yaranması səbəbindən vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklər yarandığını bildirib.

O, həmçinin, Sərəncamın icrası çərçivəsində Qarabağ suvarma kanalının yenidən qurulmasının podratçı təşkilatlar tərəfindən uğurla icra olunduğunu, icra prosesində yaranan məsələlərin İşçi qrupunun üzvləri ilə birgə operativ şəkildə həll edildiyini diqqətə çatdıraraq, kanalın yenidən qurulması üzrə layihə-smeta sənədlərinin yekunlaşdıraraq, onun tikintisinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış layihə sənədlərinin cari vəziyyəti barədə təqdimat keçirilib. Təqdimatda Qarabağ suvarma kanalının 26 km-lik 1-ci hissəsinin layihə-smeta sənədlərinin yekunlaşmaq üzrə olduğu bildirilərək, Qarabağ, Mil və Muğan düzlərində aqrar-sənaye komplekslərinin inkişaf perspektivləri nəzərə alınmaqla layihənin mümkün variantlarının araşdırılmasının tamamlandığı vurğulanıb.

İşçi qrupunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə yanaşı təmsil olunan Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mingəçevir və Yevlax şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayonlarının icra hakimiyyətlərinin nümayəndələri də iclasda çıxış edərək layihənin vaxtında və peşəkar şəkildə hazırlandığını bildirərək öz rəy və təkliflərini səsləndiriblər.

Sonda İşçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının birinci mərhələsi, yəni 26 kilometrlik hissənin bu ilin birinci yarısında yekunlaşdırılması və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması nəzərdə tutulmuşdur. Ümumilikdə Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Birinci mərhələ üzrə tikinti işlərinə isə 2026-cı ilin ikinci yarısında başlanılması nəzərdə tutulur. Tikintinin başa çatdırılması ilə kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, həm də ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dəhşət: 6 il gizlədilən qız divanın içindən xilas edildi

Hindistanda bir evdə divanın yük bölməsində kilidli vəziyyətdə 13 yaşlı bir qız tapılıb. Citypost.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, uşaq son 6 il ərzində zorla ev işlərində işlədilib və azadlığı məhdudlaşdırılıb.Xilas zamanı qızın uzun müddət qapalı və ağır şəraitdə saxlandığı üzə çıxıb. Sağlıq yoxlamalarından sonra uşaq koruma altına alınıb və psixoloji dəstək prosesi başlanıb.Hadisə ilə bağlı sorumlulara qarşı uşağın qaçırılması, zorla işlədilməsi və istismarı ilə bağlı genişmiqyaslı araşdırma aparılır.Əli...

04 Fevral 2026, 15:15

“Öküz kimi bağırır"– Qabil Hüseynli efirdə sərt danışdı  

Sabiq dövlət müşaviri və politoloq Qabil Hüseynli MediaTürk TV-nin efirində son zamanlar bəzi aparıcıların davranışlarını tənqid edib. Citypost.az xəbər sözlərinə görə, bəzi aparıcılıların diqqət çəkmək üçün etdikləri hərəkətlər qəbuledilməzdir:“Bir peyda olub, son zamanlar belə gur səsi var və davranışları diqqəti cəlb edir. Növbəti verilişlərimizdə onların fəaliyyətlərinin arxasında duran mexanizmi açıb ortaya qoyacağam. Mən məcburam bunu deməyə. Adam oğlusan, insansan, atan sənə tərbiyə verib. Mən inanmıram ki, onun atası ona bu tərbiyəni verib. O, burada gəlib öyrənib ki, müəyyən hərəkətlərlə məşhurlaşmaq və ətrafına tamaşaçı kütləsi toplamaq olar,” – deyə Qabil Hüseynli bildirib.Turan...

04 Fevral 2026, 15:04

Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub 

m10 platforması istifadəçilərin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet hesab edir. Daim stabil və etibarlı xidmət göstərməyə, istifadəçilərin əməliyyatlarının təhlükəsizliyini qorumağa və məlumatların tam məxfiliyini təmin etməyə yönəlib.Citypost.az xəbər verir ki, Fevralın 3-də m10 platformasında xarici mənşəli "merchant"lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınıb. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulub.Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Araşdırma başa çatdıqdan sonra nəticələrə uyğun olaraq müvafiq tədbirlər görüləcək.Qeyd olunan səbəblə əlaqədar m10 tətbiqinin fəaliyyətində müvəqqəti fasilə yaranıb, lakin hazırda bütün əməliyyatlar tam bərpa olunub.Yaranmış narahatlığa görə...

04 Fevral 2026, 14:45

Şaxta və qar təhlükəsi: sürücülər üçün yollarda artan risklər

Hazırda ölkə ərazisində müşahidə olunan şaxtalı və qarlı hava şəraiti sürücülər üçün ciddi risklər yaradır. Belə günlərdə yol hərəkəti adi vaxtlarla müqayisədə daha təhlükəli olur və sükan arxasında olan hər kəsdən maksimum diqqət və məsuliyyət tələb edir. Qar örtüyü və buzlanma yolun sürüşkənliyini artırır, bu isə avtomobilin idarə olunmasını çətinləşdirir və qəza riskini xeyli yüksəldir.Citypost.az-ın məlumatına görə, şaxtalı havada ilk növbədə avtomobilin texniki vəziyyəti ön plana çıxır. Qış təkərləri olmayan nəqliyyat vasitələri buzlu yollarda faktiki olaraq nəzarətsiz qala bilər. Akkumulyatorun zəif olması isə soyuq havada avtomobilin işə düşməməsi ilə nəticələnə bilər. Şüşəsilənlərin, işıqlandırma sisteminin və şüşəyuyan mayenin qış şərtlərinə uyğun...

04 Fevral 2026, 14:39

Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə Milli Məclisə daxil olub 

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub.Citypost.az xəbər verir ki, sənəd parlamentin Regional məsələlər komitəsinin fevralın 9-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.Qeyd edək ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi əvvəlki il üzrə görülmüş işlər haqqında, o cümlədən bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Bu hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır.Ədliyyə Nazirliyi isə bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu məqsədlə Ədliyyə Nazirliyi hər il Milli Məclisə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin...

04 Fevral 2026, 14:32

40 villa alan Ümid Abuzərlinin kriminal aləmlə əlaqələri üzə çıxdı    -   O,kriminal avtoritet "Fırtına Həsən"in yaxın qohumu imiş  

“Biz heç bir qanunsuz işlə məşğul olmuruq. Nə ediriksə, hamısı möhtərəm cənab Prezidentimizin siyasətini dəstəkləmək məqsədi daşıyır və bundan sonra da dəstəkləyəcəyik”.Bunu Rumıniyada 40 villa aldığı deyilən Salyan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli Demokrat.az-a açıqlamasında bildirib.“Ailəmizin bu gün sahib olduğu hər nə varsa, hamısını bu hökumətə və cənab Prezidentimizə borcluyuq. Mən artıq 25 ildir Rumıniyada yaşayıram və hər zaman dövlətimizin yanında olmuşuq”, - o əlavə edib.Qeyd edək ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, Ümid Abuzərli tərəfindən yaradılmış şirkət 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alınıb.Ü.Abuzərlinin yaratdığı “Memaar Capital” şirkəti Rumıniyanın...

04 Fevral 2026, 13:51