Bizə yazın

Baku

-°C

USD

-

İnternetdə əxlaqsız paylaşım edən 6 nəfər məsuliyyətə cəlb edildi”

Hadisə 23 Fevral 2026, 17:59

204

Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır.

Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur:

"Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

- ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

- əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

- insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub.

Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik.

Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 53 yaşlı kişi qətlə yetirilib

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.Bu barədə "Report"a Xəzər rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub....

23 Fevral 2026, 13:12

Sədərəkdə İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.İdarədən APA-nın yerli bürosuna verilən məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub."X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.Faktla bağlı aradırma aparılır....

23 Fevral 2026, 10:20

Şəmkirdə qadını maşın vurdu

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

23 Fevral 2026, 10:17

Azərbaycanda ⁠cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

Azərbaycanda fevralın 20-də ⁠cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

21 Fevral 2026, 14:45

18 yaşlı sürücü ölüb

Bakıda motosikleti səkiyə vuran 18 yaşlı sürücü ölüb.Paytaxtın Suraxanı rayonunda baş verib.Məlumata görə, rayonun Zığ qəsəbəsinin ərazisində hərəkətdə olan 2008-ci il təvəllüdlü Məhəmməd Ovçuyev idarə etdiyi “Minsk” markalı motosikleti səkiyə vurub.M.Ovçuyev hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

21 Fevral 2026, 14:10

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı

Xalq artisti İlhamə Quliyevanın 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmiş bacısı qızı Nigar Həsənova sərbəst buraxılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.Nigarın vəkili İlqar Rüstəmov saytımıza açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib.Hakim Faiq Qəniyev Xətai Rayon Məhkəməsinin həbs qərarının qüvvəyə minməsinə əsas görməyib. Nigar Həsənova məhkəmə zalında həbsdən azad edilib.Vəkil əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır, ortada böyük cinayət yoxdur. Hakim də indiki qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki,...

21 Fevral 2026, 10:50