Bizə yazın

Baku

-°C

USD

-

Yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır 

Hadisə 12 May 2026, 09:20

594

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qubada iki avtomobil toqquşub 

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində baş verib.Belə ki, iki “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.İlkin məlumata görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.

12 May 2026, 10:03

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Citypost.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

12 May 2026, 09:52

Tramp İranla atəşkəsə münasibət bildirib 

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun sülh təklifinə yeni cavabına şübhə ilə yanaşır.CityPost.az  xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ və İran arasında atəşkəs hazırda tükdən asılıdır."O, inanılmaz dərəcədə zəifdir (Atəşkəs - Qeyd). Deyərdim ki, hazırda ən zəif nöqtəsindədir. Bu cəfəngiyatı oxuduqdan sonra. Deyərdim ki, İrandakı atəşkəs süni nəfəs aparatına bağlıdır",- deyə Tramp bildirib....

11 May 2026, 22:39

Kürdəmirdə avtomobil anidən yanıb 

Kürdəmirdə hərəkətdə olan avtomobil anidən yanıb."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, yanğın hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsində qeydə alınıb.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Fakt araşdırılır.

11 May 2026, 18:57

İki gün ərzində polis əməkdaşları 25 kiloqram narkotiki dövriyyədən çıxarıb 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir....

11 May 2026, 18:01

Su sayğacları oğurlayan şəxs saxlanıldı 

Abşeron rayonu Qobu qəsəbəsində yerləşən iki evdən oğurluq edilib. DİN mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkənlərin həyətinə daxil olaraq oradan su sayğacları, mühərriklər və digər qiymətli əşyaları talayıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Salahlı saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı avadanlıqları satdığı məlum olub.Araşdırmalar aparılır.

11 May 2026, 17:20