Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
Hadisə 06 Yanvar 2025, 20:46
9658
Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.
“Qafqazinfo”nun məlumatına görə, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb.
Həmçinin oxuyun
Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.
Onu da əlavə edək ki, Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İşlədiyi evdən 30 min manatlıq oğurluq etdi
İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.DİN-dən Citypost.az-a verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır....
08 Aprel 2026, 13:02
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb
Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırıb.APA-nın əldə etdiyi məlumata görə, Xəzər rayonu ərazisində voleybol oyunu zamanı Mühammədhəsən Bağırzadə münaqişə yaradaraq Buzovna qəsəbə sakini olan qıza yumruqla xəsarət yetirib.Hadisə ilə bağlı xəsarət alan şəxsin ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.Faktla bağlı polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.Qeyd edək ki, Taleh Bağırzadə 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. O, dövlət çevrilişinə cəhd, terrorçuluq cinayətlərində ittiham olunub....
08 Aprel 2026, 12:18
9 yaşlı uşaq gölməçəyə düşərək boğuldu
Qobustanda azyaşlı gölməçəyə düşərək boğulub.Modern.az xəbər verir ki, Qobustan rayonu ərazisində yerləşən qış otlaq sahəsində yaşayan, 2017-ci il təvəllüdlü H.H. həmin qış otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə ehtiyatsızlıqdan yıxılaraq orada boğularaq ölüb.Faktla bağlı araşdırma aparılır.
08 Aprel 2026, 09:38
Füzulidə 15 kiloqram marixuana aşkarlanıb
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın həyata keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman Nəsirov və Elşad Məhərrəmov saxlanılıblar.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, onlara məxsus nəqliyyat vasitəsindən 15 kiloqram marixuana və 2970 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır....
08 Aprel 2026, 09:00
ADPU-nun I kurs tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin Fizika müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Esmira Elxan qızı İsyeva dünyasını dəyişib.Citypost.az xəbər verir ki, bu barədə universitetin Mətbuat xidmətindən bildirilib.Pedaqoji Universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti adından mərhumun yaxınlarına başsağlığı verilib.Esmira İsyeva "AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.Allah rəhmət eləsin!
07 Aprel 2026, 14:18
Qaradağda 70 kq narkotik aşkarlandı
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.Daxili İşlər Nazirliyindən Citypost.az verilən məlumata görə, rayon ərazisində keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov saxlanılıblar.Onlardan ümumilikdə 70 kiloqram 875 qram tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılanlar şəxslərin müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində...
07 Aprel 2026, 12:48