Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Cəmiyyət 25 May 2026, 16:46
362
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.
Citypost.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib .
İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.
Həmçinin oxuyun
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.
Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gürcüstanın Azərbaycan ilə sərhəd zonasında yeni milli park yaradılacaq
Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Azərbaycan ilə həmsərhəd zonada “Tsiv-Qombori Milli Parkının yaradılması haqqında” qanun layihəsini dəstəkləyib.AZƏRTAC xəbər verir ki, komitənin iclasında ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia "Tsiv-Qombori Qorunan Təbiət Ərazilərinin Yaradılması və İdarəedilməsi haqqında" qanun layihəsini, eləcə də ona əlavə olunmuş "Gürcüstan İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini ilk dinləmədə təqdim edib.Qanun layihəsinə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati sərhədləri daxilində 21,761 hektar ərazidə Tsiv-Qombori Milli Parkı yaradılacaq.Bildirilib ki, layihədə, həmçinin Siqnaxi Təbiət Qoruğunun və Tsiv-Qombori Qoruq Landşaftının yaradılmasını da nəzərdə tutulur.Qeyd olunub ki, Tsiv-Qombori Milli Parkının yaradılması regionda...
25 May 2026, 17:33
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı təsdiq edilib
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edilibCitypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
25 May 2026, 17:15
Ramis Hümmətova hökm oxundu
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il müddətə azadlıqdan məhrum edilib.Ramis Hümmətovun himayəsində azyaşlı övladı olduğu üçün övladının 14 yaşındək cəzanın icrası təxirə salınıb.Həmçinin zərərçəkmişlərə vurulan 132000, 2300, 7 000 manat olan maddi ziyan təmin edilib.Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub. Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluğa görə məhkum olunub.Təqsirləndirilən...
25 May 2026, 17:11
Çin lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Hörmətli cənab Prezident.Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Bizim birgə planlaşdırmamız və rəhbərliyimiz ilə Çin-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksəlib, müxtəlif sahələrdə əməkdaşlıq böyük nəticələr verib. Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyədə ikitərəfli əlaqələrin dinamikasının gücləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.Dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram”....
25 May 2026, 17:08
Valideynlər üçün narkomaniya ilə bağlı maarifləndirici tədbir təşkil olunub
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.Bu barədə Citypost.az-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin və şəhər prokurorunun əməkdaşları çıxış ediblər. Çıxış edənlər narkotik asılılığı problemində ailələrin rolu,...
25 May 2026, 17:06
Azərbaycan Gürcüstandan avtomobil idxalını 49 % azaldıb
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycana 50,2 milyon ABŞ dolları dəyərində 1 min 458 ədəd avtomobil ixrac edib."Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 49 % azdır.Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.Bu ilin ilk 4 ayı ərzində Gürcüstan xarici ölkələrə 537,4 milyon ABŞ dolları dəyərində 20 min 994 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 29 % və 29 % azdır.Hesabat dövründə Gürcüstandan Qırğızıstana 261,7 milyon ABŞ dolları dəyərində 6 min 420 ədəd,...
25 May 2026, 17:00