Qəbul imtahanlarında “köməklik” göstərən şəxslərə hökm oxundu
Cəmiyyət 25 May 2026, 16:06
274
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Citypost.az xəbər verir ki, bu gün Gəncə şəhər Məhkəməsində hakim Liza Xanməmməovanın sərdirliyi ilə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ayxan Məmmədov və Murad Məmmədova azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
Həmçinin oxuyun
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abutriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən İslam Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Ayxan Məmmədov və Murad Məmmədov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilib.Oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.Citypost.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib .İclasda Yayım Şurasının üzvləri, namizədlər və Audiovizual Şuranın təmsilçiləri müşahidəçi qismində iştirak edib. Müsabiqə 11 nəfər iddiaçı arasında aparılıb.Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor...
25 May 2026, 16:46
Kosmik hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.Rəsədxanadan Citypost.az-a bildirilib ki, Günəşin fəallığı zəifləyib, əsasən C sinif alışmalar baş verib. Tac kütlə atılmaları müşahidə olunub. Günəşin səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 86 ləkə və tac dəlikləri müşahidə olunur. Mürəkkəb maqnit qütbləşməsinə malik ləkə qeydə alınmayıb.Günəş küləyinin maksimal sürəti saniyədə 655 kilometrədək artıb.Mayın 25-dən 31-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də...
25 May 2026, 16:41
Ölkə başçısı:Biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik
"Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim".APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib."Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır....
25 May 2026, 16:20
Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxunub
DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilmiş, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.APA-nın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Azər Bağırov 16 il 06 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.Azər Bağırovun necə ifşa olunduğunun...
25 May 2026, 16:19
Azərbaycan lideri:Bizim dünya miqyasında çox yüksək reputasiyamız var
Bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır.Citypost.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.“Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər”, - deyə dövlətimizin başçısı əlavə edib....
25 May 2026, 16:18
İlham Əliyev:Bizim böyük ixrac potensialımız yaradılmışdır
"Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir".Citypost.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib."Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur....
25 May 2026, 16:16