Bizə yazın

Baku

-°C

USD

-

Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb

Hadisə 03 Fevral 2025, 11:42

3252

Milli Məclisin sabiq deputatı Eldəniz Səlimov azadlığa çıxıb.

Citypost.az  xəbər verir ki, E. Səlimovun bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

Məlumata görə, Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimov Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib, sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurub.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Daxili İşlər Nazirliyi Baş Prokurorluğa təqdimat göndərib. Baş Prokurorluq 2021-ci ilin iyulun 30-da deputatın polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddiası ilə bağlı cinayət işi başladıb və daha sonra deputatın toxunulmazlığının ləğvi ilə bağlı parlamentə təqdimat göndərib.

2021-ci il avqustun 2-də parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

Parlamentin 2021-ci il avqustun 3-də fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.

2021-ci ilin dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

1976-cı ilin noyabrın 2-də Xaçmaz rayonunda anadan olan Eldəniz Səlimov Milli Məclisin V və VI çağırış deputatı olub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azyaşlını yolu keçərkən maşın vurdu

Gəncədə ağır qəza baş verib.CityPost.az  xəbər verir ki,yolu keçmək istəyən azyaşlını maşın vurub.Hadisə Gəncə şəhəri, 1-ci mikrarayonda baş verib.2019-cu il təvəllüdlü Ə.A.N qızınını avtomobil vurub.Azyaşlının vəziyyəti ağır olduğu üçün Bakıya təxliyyə edilib.Yaralı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub.Vəziyyəti kafidir.Müşərrəfxanım

14 Noyabr 2025, 14:07

Şərurlu İsfəndiyarın vəkili cəzalandırıla bilər

O,məhkəməyə yalan məlumat verib."Şərur MTK"nın sahibi İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesində maraqlı və təzadlı anlar yaşanıb.Onun vəkili Ülvi Nəsibli deyib. müvəkkilinin səhhətində problem olduğunu,məhkəmə prosesi uzandığı üçün müalicə almağa görə İsfəndiyar Axundovun ölkə xaricinə gedə bilmədiyindən gileylənib.Maraqlı və ziddiyyətli olan isə odur ki,İsfəndiyar Axundovun səhhətində problem olmasından özünün xəbəri yoxdur.Belə ki,prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxlayan “Qafqazinfo”ya İsfəndiyar Axundov deyib:"Əşi,səhhətimdə problem yoxdur,yaxşıyam.Xaricə, zada getmək istəmirəm.Vəkilim nə deyibsə,onun özündən soruşun".Müvəkkili barədə proses iştirakçılarına və hakimə həqiqəti əks etdirməyən məlumat verən vəkilləri  hər hansı cəza gözləyirmi?CityPost.az məsələnin hüquqi tərəfini araşdırıb.Azərbaycan Vəkillər Kollegiyasının...

14 Noyabr 2025, 13:13

Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb 

Dövlət sirrini yaymaqda təqsirləndirilən Vüsal Allahverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb.Citypost.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 25-nə təyin edilib.Qeyd edək ki, Vüsal Allahverdiyevə Cinayət Məcəlləsinin 284.1-ci (Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda) maddəsi ilə yekun ittiham irəli sürülüb....

14 Noyabr 2025, 10:30

Cəlilabadda 9 ildir itkin kimi axtarılan qadının qətlə yetirildiyi məlum olub

Baş Prokurorluq 9 il əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsinin müəyyən olunması barədə məlumat yayıb.Baş Prokurorluğun Mətbuat xidmətindən   verilən məlumata görə, ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.Həyata keçirilən tədbirlərin davamı olaraq, Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2016-cı ilin aprel ayında itkin düşmüş Cəlilabad rayonu, Göytəpə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qəsdən öldürülməsi müəyyən edilib.İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Elnur Eynullayevin aralarında yaranmış mübahisə zamanı Xəyalə Xəlilovanı...

13 Noyabr 2025, 16:13

Ağacları qurudub,sonra kəsirlər - Suraxanıdan ŞİKAYƏT

Suraxanı Rayonu ərazisində yaşıllıqlar  baxımsızlıq ucbatından təhülkəli ilə üzləşib.Bu barədə CityPost.az-a müraciət edən bir qrup sakin bildirib.Sakinlərin bildirdiyinə görə,Surxayanı rayonu,Yeni Günəşli,”D masssivi” adlandırılan ərazidə yaşıllıqlar baxımsızlıq nəticəsində məhv olur.Onların  dediklərinə görə,ərazidə yerləşən ağaclar lazımı qaydada sulanmadığı üçün kütləvi şəkildə quruma baş verir.Bu isə ərazidə yaşayanları  narahat edir.Ərazidə yaşayan sakinlərin dediklərinə görə,son vaxtlar ağaclar kütləvi şəkildə quruduğundan onlar kəsilir və nəticədə yaşıllıq məhv olur.Həmin ərazidən görüntüləri təqdim edirik:Hazırladı: Fuad...

12 Noyabr 2025, 15:15

DİN kibercinayətkarlıq halları ilə bağlı çağırış edib 

"Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var".CityPost.az  xəbər verir bu barədə DİN-in müraciətində deyilir."Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa,...

11 Noyabr 2025, 11:44