Bizə yazın

Baku

-°C

USD

-

Heç vaxt ailə qurmayan Azad Mirzəcanzadə... - Onun haqqında nələr bilirik? 

Cəmiyyət 29 Sentyabr 2026, 12:57

469

Bu gün Azərbaycanın görkəmli alimi  professor Azad Mirzəcanzadənin doğum günüdür.

Dağ kimisən, zirvələri qarlısan, 

Bax özünə, gör necə vüqarlısan!...

Onu sevənlər arasında sağlığındaykən belə bir rəvayət dolaşıb: “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”. 

O, neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - böyük bəstəkarımız Üzeyir Hacıbəylinin...  

Dünyaşöhrətli alim, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, bir sıra ölkələrin elmlər akademiyalarının həqiqi üzvü, fəxri neftçi, fəxri qaz sənayesi işçisi, iki dəfə Dövlət, üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, Əməkdar Elm və Texnika xadimi Azad Mirzəcanzadə.

Bu gün xatirə gününü qeyd etdiyimiz dəyərli alimimiz Azad Mirzəcanzadə 23 yaşında elmlər namizədi, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü olub. Təkcə bunları qeyd etmək kifayətdir ki, Azad  Mirzəcanzadənin nə qədər qeyri-adi istedada malik elm fədaisi olduğunu görək.

Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

QISA ARAYIŞ:

Görkəmli alim, böyük müəllim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alaraq, dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.

Xatirələrdən:

* Həmişə ürəyində işıq gəzdirirdi sanki...

* O, masasının yığılmasını sevməzdi. 

Hətta Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi... Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi.

* A.Mirzəcanzadə üçün orta təhsil insan həyatında xüsusi yer tutduğundan onun təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb.

Qeyd edək ki, Azad müəllimin pedaqoji fəaliyyətində xüsusi orijinallıq və özünəməxsus mühazirə oxumaq üslubu olub. Riyazi və fiziki məsələləri o qədər sadə dillə, ədəbiyyatdan, incəsənətdən və fəlsəfədən misallar çəkərək izah edib ki, qarşısındakı ən savadsız tələbə belə onun mühazirələrindən nəsə götürüb. Tələbələrinin sevimlisi olan qəhrəmanımızın dediyi bu fikri indi də onun tanıyanlar unutmayıb. “Şagird birinci müəllimini, sonra onun fənnini sevir”.

Tələbələrinin yoluna daim işıq tutan dahi fenomenin “istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri də onu tanıyanlar arasında deyimə çevrilib.

* Hamının tanıdığı məşhur diktor Rafiq Həşimov da A.Mirzəcanzadənin şəxsən evinə gəlib-getdiyi tələbələrdən olub:

* Neft mütəxəssisi olsa da, onun musiqimizə, folklorumuza baxışları yüksək milli koloriti ilə fərqlənirdi. Tez-tez xalq mahnılarımızı zümzümə edir, şerlər söyləyərdi.

* Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və "selyodka" idi.

* Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - Üzeyir Hacıbəylinin...

* Həmişə güzgüyə baxanda deyərmiş: "Çox xoşbəxtəm ki, anama bənzəyirəm".

O həmişə deyərdi: "Mənim kumirim anamdır".

* Nə bacısı, nə də özü heç vaxt ailə həyatı qurmayıb. Ona görə onların ailəsinin davamçısı yoxdur.

Bacısı İradə xanımla aralarında sirli bir bağ olub. Bir-birinə həddindən artıq bağlı olan bacı-qardaşın taleyi də bənzər olub. Hər ikisi 78 yaşında dünyasını dəyişib. 

* Ən maraqlı cəhət odur ki, Azad müəllim bacısının ölümündən iki il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün - iyulun 17-də vəfat edib.

* O belə düşünürdü: "Həyatda heç nə düz xətt üzrə gedə bilməz. Enişlər var, yoxuşlar var. Heç nə nə düz xətt, nə də artan xətt üzrə gedə bilər. İnsan yüksəlişdədi və onun pik nöqtəsinə çatanda özünü hazırlamalıdı ki, ordan sərt şəkildə enməsin. Elə etsin ki, çox zərər çəkməsin və sonradan özünə gələ bilsin”.

* Həmişə belə deyərdi: “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.

Məkanı cənnət olsun.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq 

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Məlumata əsasən, Binəqədi rayonu üzrə: Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində; Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.Bildirilib ki, Nərimanov rayonu üzrə isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə...

29 Sentyabr 2026, 13:35

Sabah Bakıda yağış yağacaq

Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların...

29 Sentyabr 2026, 12:45

Firuzə Məmmədlinin sözün yaddaşına çevrilən ömrü haqqında düşüncələrim - Sayman ARUZ 

Dəyərlərimizi və dəyərlilərimizi unutmayaq. Azərbaycan poeziyasının uzun və mürəkkəb tarixində elə şairlər var ki, onların yaradıcılığını yalnız müəyyən bir ədəbi nəslin və ya dövrün kontekstində izah etmək mümkün deyil. Onların yaradıcılığı zamanın ayrı-ayrı mərhələlərindən keçərək öz daxili bütövlüyünü qoruyur, dəyişən estetik zövqlərə baxmayaraq poetik fərdiliyini itirmir. Belə sənətkarların əsərlərində yalnız müəllifin şəxsi həyatı deyil, yaşadığı dövrün mənəvi atmosferi, insan münasibətləri, ictimai yaddaşı və milli düşüncəsi də öz əksini tapır.Firuzə Məmmədlinin yaradıcılığına bu rakursdan yanaşdıqda onun Azərbaycan poeziyasındakı yeri daha aydın görünür. O, yalnız şair deyil, eyni zamanda dilçi alim, ədəbiyyatşünas, müəllim, tərcüməçi, publisist və uzun illər Azərbaycan Yazıçılar Birliyində ədəbi-ictimai fəaliyyət...

29 Sentyabr 2026, 12:30

Çiçək kimi solub getsək, yaxşıdır...

Bu dünyanın o üzündə nə varsa, Burdakının yalanından yaxşıdır. Seçə-seçə, sevə-sevə gəlmişik, Naxışlar da yanlışlardan yaxşıdır. Biz göylərdə durna kimi süzürdük,Yarpaq-yarpaq bir cərgədə düzüldük. Sevinmədik, hər yalana üzüldük,Çiçək kimi solub getsək, yaxşıdır.Etibar yox nə gələnə, gedənə.Əzəl gündən inanma sən gülənə.Karvan keçir, o da baxmır hürənə,Ölüb getsək o dünya da yaxşıdır.   Ramidə Yaqubqızı

29 Sentyabr 2026, 12:29

İlham Əliyev FIFA-nın prezidentini qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi.Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.Canni İnfantino qəbula...

29 Sentyabr 2026, 12:20

AZAL-ın təşkilatçılığı ilə keçirilən lotereyanın qalibləri açıqlanıb 

"Azərbaycan Hava Yolları" (AZAL) QSC və "Sea Breeze"in birgə təşkilatçılığı ilə "Səma və dəniz" lotereyasının tirajı keçirilib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, tədbir çərçivəsində tərəfdaşlar layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edərək birgə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.İyulun 8-dən sentyabrın 8-dək davam edən lotereya çərçivəsində ümumilikdə 100 qalib müəyyən olunub. Tiraj həmçinin "Facebook" üzərindən canlı yayımlanıb və izləyicilər qaliblərin müəyyənləşməsi prosesini izləmək imkanı əldə ediblər.Tirajın nəticələrinə əsasən, aşağıdakı kateqoriyalar üzrə qaliblər müəyyən olunub: 50 qalibin hər biri - 20 000 uçuş mili; 6 qalibin hər biri - 50 000 uçuş mili; 10 qalibin hər biri - "ABB–AZAL Miles...

29 Sentyabr 2026, 12:09