“Roşka”ya cəza istənilib
Cəmiyyət 29 Sentyabr 2026, 14:14
458
Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Həmçinin oxuyun
Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə inzibati qaydada həbs edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.Onun sözlərinə görə, S.Mehbalı bu il Jumeirahdakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir....
29 Sentyabr 2026, 14:49
İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.Azərbaycan hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib....
29 Sentyabr 2026, 14:29
Bakının bəzi küçələrində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq olunacaq.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Məlumata əsasən, Binəqədi rayonu üzrə: Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində; Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.Bildirilib ki, Nərimanov rayonu üzrə isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi məqsədilə ayırıcı zolağın bir hissəsi ləğv ediləcək. Bununla əlaqədar ərazidə...
29 Sentyabr 2026, 13:35
Heç vaxt ailə qurmayan Azad Mirzəcanzadə... - Onun haqqında nələr bilirik?
Bu gün Azərbaycanın görkəmli alimi professor Azad Mirzəcanzadənin doğum günüdür.Dağ kimisən, zirvələri qarlısan, Bax özünə, gör necə vüqarlısan!...Onu sevənlər arasında sağlığındaykən belə bir rəvayət dolaşıb: “Azad müəllimə yaxın düşərsən, yandırar, uzaq düşərsən, dondurar”. O, neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı - böyük bəstəkarımız Üzeyir Hacıbəylinin... Dünyaşöhrətli alim, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, bir sıra ölkələrin elmlər akademiyalarının həqiqi üzvü, fəxri neftçi, fəxri qaz sənayesi işçisi, iki dəfə Dövlət, üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, Əməkdar Elm və Texnika xadimi Azad Mirzəcanzadə.Bu gün xatirə...
29 Sentyabr 2026, 12:57
Sabah Bakıda yağış yağacaq
Sentyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-25° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-na keçən gecə bəzi şərq rayonlarında yağıntıların...
29 Sentyabr 2026, 12:45
Firuzə Məmmədlinin sözün yaddaşına çevrilən ömrü haqqında düşüncələrim - Sayman ARUZ
Dəyərlərimizi və dəyərlilərimizi unutmayaq. Azərbaycan poeziyasının uzun və mürəkkəb tarixində elə şairlər var ki, onların yaradıcılığını yalnız müəyyən bir ədəbi nəslin və ya dövrün kontekstində izah etmək mümkün deyil. Onların yaradıcılığı zamanın ayrı-ayrı mərhələlərindən keçərək öz daxili bütövlüyünü qoruyur, dəyişən estetik zövqlərə baxmayaraq poetik fərdiliyini itirmir. Belə sənətkarların əsərlərində yalnız müəllifin şəxsi həyatı deyil, yaşadığı dövrün mənəvi atmosferi, insan münasibətləri, ictimai yaddaşı və milli düşüncəsi də öz əksini tapır.Firuzə Məmmədlinin yaradıcılığına bu rakursdan yanaşdıqda onun Azərbaycan poeziyasındakı yeri daha aydın görünür. O, yalnız şair deyil, eyni zamanda dilçi alim, ədəbiyyatşünas, müəllim, tərcüməçi, publisist və uzun illər Azərbaycan Yazıçılar Birliyində ədəbi-ictimai fəaliyyət...
29 Sentyabr 2026, 12:30