Oktyabr ayının hava proqnozu açıqlanıb
Cəmiyyət 29 Sentyabr 2026, 15:48
477
Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 25-27°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C isti, gündüzlər 23-28°C, bəzi günlərdə 30-33°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 19-32 mm) gözlənilir.
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 9-13°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 5-10°C, gündüzlər 13-18°C, bəzi günlərdə 23-25°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm).
Həmçinin oxuyun
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9°C, gündüzlər 12-17°C, bəzi günlərdə 19-24°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 53-56 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 15-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17°C, gündüzlər 19-24°C, bəzi günlərdə 26-28°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-36 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 13-16°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 9-14°C, gündüzlər 17-22°C, bəzi günlərdə 25-28°C isti, dağlarda gecələr 2-7°C isti, gündüzlər 7-12°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 33-126 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 17-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 19-24°C, bəzi günlərdə 26-29°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-46 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 15-18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 26°C isti, dağlarda gecələr 5-10°C isti, gündüzlər 12-17°C isti, bəzi günlərdə 20-24°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 96-274 mm).
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lənkəran rayonunda zəlzələ olub
Lənkəran rayonunda zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib.Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
29 Sentyabr 2026, 16:15
Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır
Şah İsmayl Xətainin abidəsinin postamentinin üzərindəki lövhədəki yazının əlavə edilməsi məsələsi araşdırılır.Bu barədə Citypost.az-a cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Qeyd olunub ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb."Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və...
29 Sentyabr 2026, 16:00
Pərviz Heydərov vəfat etdi
Azərbaycanın tanınmış iqtisadçı-eksperti Pərviz Heydərov vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Oxu.az-a iqtisadçı-ekspertin yaxınları məlumat veriblər.Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbi ilə dünyasını dəyişib.Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.
29 Sentyabr 2026, 15:37
Qubad İbadoğlu müalicə üçün Almaniyaya getdi
İqtisadçı alim Qubad İbadoğlu bu gün səhər saatlarında Azərbaycanı tərk edərək Almaniyaya gedib.Citypost.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat verib.Onun sözlərinə görə, İbadoğlu müayinə və müalicə olunmaq üçün Almaniyaya uçub.Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. O, əvvəlcə mütəşəkkil qrup tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya yayılmasında ittiham olunub.Daha sonra ona dini ekstremist materiallarla bağlı ittiham irəli sürülüb. İbadoğlu ittihamları qəbul etməyib. 2024-cü il aprelin 22-də onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı seçilib. Buna səbəb onun səhhətində yaranan ciddi problemlər olub....
29 Sentyabr 2026, 15:24
FHN DSX-nin Sahil Mühafizəsində təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və DSX-nin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.Təlimin keçirilməsində məqsəd DSX Sahil Mühafizəsinin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin,...
29 Sentyabr 2026, 15:14
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 7-də Şəki rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-dən Citypost.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı oktyabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı oktyabrın 7-də 08:00-da DİN Daxili Qoşunların Şəki şəhərində...
29 Sentyabr 2026, 15:09