Bizə yazın

Baku

-°C

USD

-

FHN DSX-nin Sahil Mühafizəsində təlim keçirib 

Cəmiyyət 29 Sentyabr 2026, 15:14

317

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin birgə təşkilatçılığı ilə təlim keçirilib.

Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən təlimə FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin və DSX-nin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd DSX Sahil Mühafizəsinin şəxsi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, onların sualları cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Sahil Mühafizəsinin əməkdaşları tərəfindən şərti yanğına ilkin müdaxilə edilib, FHN-in yanğından mühafizə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərviz Heydərov vəfat etdi 

Azərbaycanın tanınmış iqtisadçı-eksperti Pərviz Heydərov vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Oxu.az-a iqtisadçı-ekspertin yaxınları məlumat veriblər.Pərviz Heydərov 54 yaşında pnevmoniya səbəbi ilə dünyasını dəyişib.Qeyd edək ki, Pərviz Heydərov uzun illər ərzində Azərbaycanda iqtisadi proseslər, maliyyə və sosial-iqtisadi məsələlərlə bağlı açıqlamaları və analitik şərhləri ilə tanınıb.

29 Sentyabr 2026, 15:37

Qubad İbadoğlu müalicə üçün Almaniyaya getdi 

İqtisadçı alim Qubad İbadoğlu bu gün səhər saatlarında Azərbaycanı tərk edərək Almaniyaya gedib.Citypost.az xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova məlumat verib.Onun sözlərinə görə, İbadoğlu müayinə və müalicə olunmaq üçün Almaniyaya uçub.Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. O, əvvəlcə mütəşəkkil qrup tərəfindən saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi və ya yayılmasında ittiham olunub.Daha sonra ona dini ekstremist materiallarla bağlı ittiham irəli sürülüb. İbadoğlu ittihamları qəbul etməyib. 2024-cü il aprelin 22-də onun barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı seçilib. Buna səbəb onun səhhətində yaranan ciddi problemlər olub....

29 Sentyabr 2026, 15:24

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 7-də Şəki rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.DİN-dən Citypost.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı oktyabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı oktyabrın 7-də 08:00-da DİN Daxili Qoşunların Şəki şəhərində...

29 Sentyabr 2026, 15:09

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar 

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub.Citypost.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.Onun sözlərinə görə, S.Mehbalı bu il Jumeirahdakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşyalarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir....

29 Sentyabr 2026, 14:49

İlham Əliyev Məsud Pezeşkiana zəng edib 

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Dövlət başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayıb.İran Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.Telefon danışığı zamanı dövlət başçıları Bişkekdə keçirilmiş son görüşlərini və həmin görüşdə müzakirə olunan məsələləri məmnunluqla xatırlayıblar.Azərbaycan hökuməti nümayəndə heyətinin hazırda İranda səfərdə olduğu və səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər üzrə müzakirələrin aparıldığı qeyd edilib....

29 Sentyabr 2026, 14:29

“Roşka”ya cəza istənilib 

Polis tərəfindən saxlanılan “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Rövşən Süleymanovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma,...

29 Sentyabr 2026, 14:14