Bizə yazın

Baku

-°C

USD

-

"Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub 

İdman 29 Sentyabr 2026, 14:07

495

Misli Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşib.

Citypost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun "Qarabağ" - "Neftçi" oyunu oktyabrın 17-də keçiriləcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası

I dövrə, VIII tur

16 oktyabr (cümə)

15:00. "Şamaxı" – "Şəfa"

Şamaxı şəhər stadionu

19:00. "Sumqayıt" – "Araz-Naxçıvan"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17 oktyabr (şənbə)

16:00. "Qəbələ" – "Sabah"

Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" – "Neftçi"

Tofiq Bəhramov adına Respublika stadionu

18 oktyabr (bazar)

16:00. "Turan Tovuz" – "İmişli"

Tovuz şəhər stadionu

18:30. "Kəpəz" – "Zirə"

Gəncə stadionu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Xankəndi”nin baş məşqçisi dəyişdi

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Xankəndi" komandasında baş məşqçi təyinatı gerçəkləşib.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.Röyal Nəcəfovla müqavilə imzalanıb.Anlaşmaya əsasən, mütəxəssis 2026/2027 mövsümün sonunadək bu vəzifəni icra edəcək. R.Nəcəfov bu postda Zaur Hacıyevi əvəzləyib.

29 Sentyabr 2026, 10:55

Azərbaycan kikboksçuları dünya çempionatında 16 medal qazanıblar

Azərbaycan kikboksçuları İtaliyanın Jesolo bölgəsində keçirilmiş WAKO versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında uğurlu çıxış ediblər.Citypost.az xəbər verir ki, komanda üzvləri 79 ölkənin iştirak etdiyi yarışda 16 medal qazanıblar.Mükafatlardan 10-u qızıl, 4-ü gümüş, 2-si bürünc əyarlıdır.Gənclərdən Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal qazanıb.Yeniyetmələrdən Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yığmaya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenta Eduard Məmmədov başçılıq edib.Hakimlərimizdən Aydın Koç Ağabəyov və...

28 Sentyabr 2026, 16:43

Azərbaycan millisi birinci olub

Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.Citypost.az  xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan Azərbaycan milli komandasının üç üzvü Dünya Seriyasının final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib çıxıblar. Komanda sıralamasında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən,...

28 Sentyabr 2026, 08:00

"Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.Citypost.az  "Mersedes" pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb.O, 51 dövrəlik mübarizənin yekununda qalib olub. Beləliklə, Rassell karyerasında ilk dəfə Bakıdakı yarışda titula sahib çıxıb."Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

26 Sentyabr 2026, 16:43

“Formula 2”nin qalibləri mükafatlandırılıb

"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb.Citypost.az  xəbər verir ki, yürüşə saat 11:00-da start verilib."İnvicta Racing"dən Rafael Kamara birinci yeri tutub. "Campos Racing"dən Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.İlk üç pillənin sahibinə mükafatlar təqdim edilib.Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.

26 Sentyabr 2026, 12:58

Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.Citypost.az  xəbər verir ki, saat 11:00-da Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Yarış saat 15:00-da sbaşlayacaq və 17:00-dək davam edəcək. 

26 Sentyabr 2026, 08:55