Bizə yazın

Baku

-°C

USD

-

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Cəmiyyət 29 Sentyabr 2026, 17:00

537

Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib.

Citypost.az  xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib.

Bildirilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verə bilər.

Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji bölgə olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi və onun çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yol əlaqəsinin təmin olunmasına imkan yaradacaq. Buradan keçəcək dəmir yolu xəttinin isə Naxçıvanı Türkiyə ilə birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi nəzərdə tutulur. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin daha da artması üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqətə çatdırılıb. Ordubad rayonunda Tivi və Ordubad su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvanın enerji potensialının gələcəkdə Cəbrayıl elektrik qovşağı ilə əlaqələndirilməsi, istehsal olunan enerjinin Türkiyəyə ixracı və daha geniş enerji bazarlarına çıxarılması imkanları vurğulanıb.

Nümayəndə heyətinin tərkibində yer alan Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti həyata keçirilməsi nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunub. O, layihələrin maliyyələşdirilməsi istiqamətində bank tərəfindən təqdim olunan imkanları, o cümlədən güzəştli kreditlərin rolunu diqqətə çatdırıb.

Adrien Kirali səfərin əhəmiyyətini vurğulayıb, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib. Qarşıdakı illərdə Avropa Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bizim neftimiz var, amma biz gələcəyimizi yalnız neft üzərində qurmuruq - Ceyhun Məmmədov 

Bu çıxışda cənab prezidentin bildirmək istədiyi məqamlar var idi. Azərbaycan artıq sadəcə neft-qaz satan ölkə yox, regionun əsas tranzit, rəqəmsal və enerji qovşağı olmaq strategiyasını icra edir.Prezident çıxışında mühüm mesajlar verdi.İnvestorlar bu gün Azərbaycana inanmalıdır. Çünki ölkənin xarici borcu minimumdur və valyuta ehtiyatları bu borcu dəfələrlə bağlayır. Manatın məzənnəsi sabitdir. Bu o deməkdir ki, dövlət kənar maliyyə şoklarından asılı deyil. 30 il əvvəl imzalanmış neft müqavilələri belə öz qüvvəsində qalmaqdadır. Bu, investor üçün ən vacib olan hüquqi zəmanət deməkdir.Neft-qaz var, amma gələcəyə başqa tərəflərdən də baxmaq lazımdır. Neft və qaz hələ uzun müddət əsas gəlir mənbəyi olaraq qalacaq.  Azərbaycan qazı elektrik stansiyalarında yandırmaq...

29 Sentyabr 2026, 17:22

Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı Hacıbaba Babayev sentyabrın 29-da kollektivə təqdim olunub.Citypost.az xəbər verir ki, mərasim Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutub.Təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.H.Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.Qeyd edək k, H.Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 28-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub....

29 Sentyabr 2026, 17:15

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 29-da vətəndaşların növbəti qəbulunu keçirib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

29 Sentyabr 2026, 17:05

Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosudan məlumat verilib.Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.4, dərinliyi isə 25 km olub. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

29 Sentyabr 2026, 16:15

Dövlət Xidməti Xətainin abidəsinin postamenti üzərindəki yazını araşdırır 

Şah İsmayl Xətainin abidəsinin postamentinin üzərindəki lövhədəki yazının əlavə edilməsi məsələsi araşdırılır.Bu barədə Citypost.az-a cavab olaraq, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Qeyd olunub ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb."Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və...

29 Sentyabr 2026, 16:00

Oktyabr ayının hava proqnozu açıqlanıb 

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.Oktyabr ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-19°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 13-18°C, gündüzlər 18-23°C, bəzi günlərdə 25-27°C...

29 Sentyabr 2026, 15:48