Vərəsəlik hüququ kimlərə verilə bilər?
Hüquq 28 Noyabr 2025, 13:54
357
İnsan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları Qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəsinə keçir. Lakin, təcrübə göstərir ki, miras məsələsi bir çox hallarda anlaşmazlıq və mübahisələrə səbəb olur. Kim vərəsə sahibi sayılır?
Pay necə bölüşdürülməlidir? Kim hansı əmlaka iddia edə bilər? Bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Şəms Mirzəyeva Citypost.az-ın suallarını cavablandırıb:
"Mülki Qanunvericiliyə görə vərəsəlik hüququ 2 formada yaranır.
Vəsiyyət və qanun üzrə. Əgər dünyasını dəyişmiş şəxs vəsiyyət etməyibsə miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə ölənin övladları, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə etmiş olurlar. Onlar mövcud olduqda digər qohumların mirasa çıxışı mümkünsüz olur. Birinci növbə olmadıqda, ikinci növbə qardaş, bacılar, nənə, babalar və onların övladları miras hüququ qazana bilərlər, Ümumiyyətlə, vərəsəlik hüququ,onun tətbiqi çətin və eyni zamanda mübahisəli sahədir. Vərəsəlik yalnız miras qalmış əmlakın kimə keçməsi ilə məhdudlaşmır. Vərəsələr ölüm faktını təsdiq edən sənədlərlə birlikdə notariusa müraciət etməlidirlər. Mirası qəbul etmiş şəxs dünyasını dəyişənin təkcə maddi nemətlərini deyil, həm də eyni zamanda onun borcları varsa, miras qəbul eləyən zaman borclarını da qəbul etmiş olur. Bu o deməkdir ki, yəni ölən şəxsin hər hansı digər şəxslərə borcları varsa və ölənin hər hansı əmlakı qalıbsa vərəsə mütənasib olaraq onun borclarını da qəbul etmiş olur.
Həmçinin oxuyun
Konstitusiya Məhkəməsinin vərəsəliyə dair son qərarından sonra əvvəlki 6 aylıq məhdudiyyət müddəti artıq tətbiq olunmur. Son dəyişikliyə əsasən vərəsəlik şəhadətnaməsi verilən zaman vərəsəlik üçün müraciət etməyən şəxslərin də hüquqları təmin ediləcək. Belə ki, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməyən digər şəxslərin də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərilir”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kürdəmirdə canavarlar daha bir kəndə hücum edib, 13 baş qoyun tələf olub
Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.Hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu....
25 Noyabr 2025, 15:05
Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə...
29 Sentyabr 2025, 10:59
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır. CityPost.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.Dəyişikliyə əsasən, kollegiya üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanları hesab ediləcək. Sənəddə vurğulanır ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.Qüvvədə olan qanuna görə isə Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın orqanı sayılır....
16 Sentyabr 2025, 10:23
Ali Məhkəmə "Tərtər işi"ndə təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib
"Tərtər işi" ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.CityPost.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb.Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.Daha sonra onların barəsində olan hökmü Bakı Apellyasiya Məhkəməsi də dəyişdirmədən saxlayıb.Qeyd edək...
05 Sentyabr 2025, 13:40
Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib
Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır.CityPost.az xəbər verir ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.Eyni...
30 İyul 2025, 10:23
Qusara yeni prokuror təyin olundu
Qusar rayon prokuroru Elxan Abdrəhmanov vəzifəsindən azad olunub.CityPost.az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.Baş prokurorun digər Əmri ilə Ceyhun Mirzəyev Qusar rayon prokuroru vəzifəsinə təyin edilib.Qeyd edək ki, xəbəri ilk olaraq Bizim.media saytı yayıb.
18 İyul 2025, 10:45