Bizə yazın

Baku

-°C

USD

-

Səfər Mehdiyev DGK əməkdaşlarının pensiya hüququnu necə pozub?

Hüquq 24 Oktyabr 2024, 20:47

5733

Qaynarinfo-nun məlumatına görə, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 


Həmid Ağalarov iş üzrə hakim təyin edilib. Nəzakət Qazıbəyovun iddiası inzibati orqanların hərəkətsizliyi ilə əlaqədardır. 

İşin detallarına gəlincə, mübahisə pensiya təminatı ilə bağlıdır. Nəzakət Qazıbəyova DGK-nın keçmiş sədri Səfər Mehdiyevin dövründə təqaüdə göndərilib. Lakin o, pensiyasının düzgün hesablanmadığını iddia edir. 

Nəzakət Qazıbəyova və onunla birlikdə təqaüdə göndərilən digər əməkdaşlar hətta bununla bağlı ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciətdən məlum olur ki, onlar dövlət qulluğunun xüsusi kateqoriyasına aid olduqlarından 20 təqvim ilinin tamamında pensiya hüquqları yaranıb. Lakin Nəzakət Qazıbəyova və digərləri bu hüquqdan yararlanmayaraq gömrük orqanlarında fəaliyyətlərini davam etdiriblər. 2019-cu ildə həmin vaxt DGK-nın sədri olan Səfər Mehdiyev onlara heç bir xəbərdarlıq etmədən gömrük orqanlarında fəaliyyətlərinə xitam verərək və təqaüdə göndərib.  


Müraciət müəllifləri bildirib ki, DGK tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə göndərilən pensiya haqqında məlumat vərəqəsində işlədikləri dövrlərdə aldıqları digər əlavələr əksini tapmayıb və onlara az pensiya hesablanıb. 

Nəzakət Qazıbəyova bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. Digərlərinin də məhkəməyə müraciət etdikləri bildirilir. 

Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri olub. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vərəsəlik hüququ kimlərə verilə bilər?  

İnsan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları Qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəsinə keçir. Lakin, təcrübə göstərir ki, miras məsələsi bir çox hallarda  anlaşmazlıq və mübahisələrə səbəb olur. Kim vərəsə sahibi sayılır? Pay necə bölüşdürülməlidir? Kim hansı əmlaka iddia edə bilər? Bu kimi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Şəms Mirzəyeva Citypost.az-ın suallarını cavablandırıb: "Mülki Qanunvericiliyə görə vərəsəlik hüququ  2 formada yaranır. Vəsiyyət və qanun üzrə. Əgər dünyasını dəyişmiş şəxs vəsiyyət etməyibsə miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə ölənin övladları, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə etmiş olurlar....

28 Noyabr 2025, 13:54

Kürdəmirdə canavarlar daha bir kəndə hücum edib, 13 baş qoyun tələf olub 

Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.Hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu....

25 Noyabr 2025, 15:05

Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək 

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək.Bu barədə   Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Baş prokuror Kamran Əliyev oktyabrın 3-də saat 10:00-da Səbail rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Səbail rayon sakinlərinin qəbulunu keçirəcək.Vətəndaşlar qəbulla bağlı Səbail rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə...

29 Sentyabr 2025, 10:59

Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır 

Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır. CityPost.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.Dəyişikliyə əsasən, kollegiya üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanları hesab ediləcək. Sənəddə vurğulanır ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.Qüvvədə olan qanuna görə isə Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın orqanı sayılır....

16 Sentyabr 2025, 10:23

Ali Məhkəmə "Tərtər işi"ndə təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib 

"Tərtər işi" ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.CityPost.az-ın  məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb.Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.Daha sonra onların barəsində olan hökmü Bakı Apellyasiya Məhkəməsi də dəyişdirmədən saxlayıb.Qeyd edək...

05 Sentyabr 2025, 13:40

Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib 

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır.CityPost.az    xəbər verir ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.Eyni...

30 İyul 2025, 10:23