Bizə yazın

Baku

-°C

USD

-

"Real"ın futbolçusu Eder Militao əməliyyat olunub 

İdman 28 Aprel 2026, 17:51

311

İspaniyanın "Real" klubunun futbolçusu Eder Militao əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşlı braziliyalı müdafiəçi sol ayağından cərrahi müdaxiləyə ehtiyac duyub.

O, yaxın günlərdə reabilitasiyaya başlayacaq.

Xatırladaq ki, Eder Militao cari mövsüm İspaniya La Liqasında 16 oyunda 2 qolla yadda qalıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Fənərbağça"da növbəti prezident seçkilərinin tarixi açıqlanıb 

Türkiyənin "Fənərbağça" klubunda növbəti prezident seçkilərinin tarixi müəyyənləşib."Report" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin hazırkı rəhbəri Sadəttin Saran klubun mətbuat xidmətinə açıqlamasında bildirib.O, seçkilərin iyunun 6-7-də olacağını vurğulayıb.Xatırladaq ki, Sadəttin Saran 2025-ci ilin sentyabrından "Fənərbağça"nın prezidentidir.

28 Aprel 2026, 17:56

“Liv Bona Dea Arena”  stadion yenilənir

Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da təbii ot örtüyünün yenilənməsi məqsədilə genişmiqyaslı renovasiya işlərinə start verilib.Bu barədə Citypost.az-a AFFA-dan məlumat verilib.Bildirilib ki, aparılan işlər UEFA-nın “Hat-Trick” layihəsi çərçivəsində həyata keçirilir və stadionun infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir. Layihə çərçivəsində meydanın keyfiyyətinin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və oyun şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

27 Aprel 2026, 17:42

Tanınmış vəkil:Bir-birinizi qıranca, girib, futbol qaydalarını oxuya bilərsiniz

Nə Sabah, nə də Qarabağ azərkeşiyəm. Mən Neftçiyə azərkeşlik edirəm. Bugünkü oyunda mübahisəli penalti epizodu barədə deyim ki, orada penalti epizodu yox idi.Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) "Oyun Qaydaları" kitabında Maddə 12-də deyilir ki, əllə oynama qayda pozuntularını müəyyən etmək məqsədilə, qolun yuxarı sərhədi qoltuqaltının alt səviyyəsi ilə eyni xətdə hesab olunur. Oyunçunun əlinin qolunun topla hər təması qayda pozuntusu deyil.Qaydalara əsasən, əgər top qüvvətli zərbə ilə vurulubsa və oyunçunun əli həqiqətən təbii vəziyyətdədirsə (bədənin yanında), bu halda məsafədən asılı olmayaraq penalti sayılmır. Müasir futbol qaydalarında ən vacib amil qolun bədəni süni şəkildə böyüdüb-böyütməməsidir. Oyunçunun qolu bədəninə bitişikdirsə və ya həmin...

24 Aprel 2026, 11:29

Xanım jurnalist: Futbolda sağlam rəqabət olmalıdır

Mən bəzi futbol azarkeşlərini anlamıram. Siz hər il eyni komandanın - “Qarabağ”ın çempion olmasını istəyirsiniz? Başqa klub çempion olmamalıdır? ÇL-ə vəsiqə qazanmamalıdır?ÇL-də mübarizəyə kökləndilər bu il, daxildə hansısa proseslər gedir, ya nədir, bilmirəm. Hamımız “Qarabağ”ın ölkə adına tarix yazmağına sevinirdik. İndi sıra başqa klublarda olmamalıdırmı? Ya adının yükünə görə ancaq onu görmək istəyirsiniz? Özüm “ölkəni təmsil etmək” yazmadım, çünki klub turnirlərində bu anlam yoxdur. Hər klub öz şəhərini, azarkeşlərini - özünü təmsil edir. Heç təsəvvür edə bilirsiniz ki, İspaniyadan “Atletik Bilbao” klubu sırf Bask ölkəsinin onlardan qopmaması üçün və dünyada İspaniyanın tərkibi kimi tanınması üçün dəstək alsın və ÇL-də çıxış edəndə “Real”, “Barselona”,...

24 Aprel 2026, 11:16

Arda Gülər zədələnib, mövsümün sonunadək oynamayacaq 

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Arda Gülər zədələnib.Citypost.az xəbər verir ki, klubun tibbi heyəti tərəfindən aparılan müayinələrin nəticəsinə əsasən, Türkiyə millisinin üzvünün sağ ayağında budun arxa hissəsində yerləşən biseps femoris əzələsində zədə qeydə alınıb.Oyunçunun vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.İtaliyalı insayder Fabrizio Romano isə yarımmüdafiəçinin mövsümün qalan hissəsini buraxacağına dair iddia irəli sürüb. Onun sözlərinə görə, 21 yaşlı futbolçu 2026-cı il dünya çempionatına hazır olmaq üçün müalicə və bərpa prosesinə üstünlük verəcək. (AZƏRTAC)...

23 Aprel 2026, 17:12

"Aston Villa" Morqan Rocersi heyətdə saxlamağı planlaşdırır 

İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Morqan Rocersin böyük ehtimalla komandada qalacağı gözlənilir."Report" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır.Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi", "Liverpul", "Mançester Yunayted" və Madrid "Real"ı yer alır. Lakin yarımmüdafiəçinin hazırkı klubu ilə yola davam edəcəyi bildirilir.M.Rocersin "aslanlar"la müqavilə müddəti 2031-ci ilə qədərdir.Qeyd edək ki, o, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 48 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb....

23 Aprel 2026, 13:54