Azərbaycan millisi birinci olub
İdman 28 Sentyabr 2026, 08:00
370
Sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində Azərbaycan milli komandası uğurlu çıxış edib.
Citypost.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan Azərbaycan milli komandasının üç üzvü Dünya Seriyasının final mərhələsində qızıl medal qazanıb. Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Rübail İbrahimli (70 kq) və Sahib Dadaşov (80 kq) isə bürünc medala sahib çıxıblar. Komanda sıralamasında 90 xal toplayan Azərbaycan millisi Dünya Seriyasının final mərhələsini birinci pillədə başa vurub.
Dünya Seriyasının 5 mərhələsində toplanan xalların yekun nəticələrinə əsasən, dünya çempionları da müəyyənləşib. Beləliklə, Vüsal Əliyev (80 kq) karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb. Bu il çimərlik güləşində debüt edən Əşrəf Aşırov isə 90 kq-da eyni uğura imza atıb. Rübail İbrahimli 70, Sahib Dadaşov 80, Camal Feyziyev isə +90 kq-da dünya üçüncüsü ünvanını əldə ediblər. 2 qızıl və 3 bürünc medal qazanan millimiz komanda hesabında tarixində ilk dəfə dünya çempionu olub.
Həmçinin oxuyun
Dünya Güləş Birliyi (UWW) komandamızın mövsüm boyunca uğurlu çıxışına biganə qalmayıb. Belə ki, ali qurum Oyan Nəzərianini çimərlik güləşində ilin ən yaxşı məşqçisi seçib. Bununla bağlı UWW-nin Çimərlik Güləşi Komitəsinin prezidenti Pedro Silva xüsusi mükafatı mütəxəssisə təqdim edib.
Qeyd edək ki, yarışda I-S dərəcəli hakim Asif Şirəliyev ədaləti qoruyub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Formula 1": Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi olub
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.Citypost.az "Mersedes" pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb.O, 51 dövrəlik mübarizənin yekununda qalib olub. Beləliklə, Rassell karyerasında ilk dəfə Bakıdakı yarışda titula sahib çıxıb."Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
26 Sentyabr 2026, 16:43
“Formula 2”nin qalibləri mükafatlandırılıb
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başa çatıb.Citypost.az xəbər verir ki, yürüşə saat 11:00-da start verilib."İnvicta Racing"dən Rafael Kamara birinci yeri tutub. "Campos Racing"dən Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann üçüncü olub.İlk üç pillənin sahibinə mükafatlar təqdim edilib.Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.
26 Sentyabr 2026, 12:58
Formula 1 Azərbaycan Qran-Prisi bu gün başa çatacaq
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.Citypost.az xəbər verir ki, saat 11:00-da Formula 2 pilotları ikinci əsas yarışda qüvvələrini sınayacaqlar. Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Yarış saat 15:00-da sbaşlayacaq və 17:00-dək davam edəcək.
26 Sentyabr 2026, 08:55
"Xankəndi" baş məşqçisi Zaur Hacıyevlə yolları ayırıb
"Xankəndi" komandası baş məşqçisi Zaur Hacıyevlə yollarını ayırıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən bildirilib.Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam verilib.
25 Sentyabr 2026, 17:20
"LANDAU Lions" məşqçilər korpusuna Səbuhi Hacıyevi cəlb edib
"LANDAU Lions" komandası məşqçilər korpusunu idman həkimi Səbuhi Hacıyevlə gücləndirib.Citypost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Uzun illərdir müxtəlif federasiya, klublar və idmançılarla çalışan mütəxəssis eyni zamanda Azərbaycan millisinin də həkimidir.
25 Sentyabr 2026, 17:00
Formula 2 üzrə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı keçirilib.Citypost.az xəbər verir ki, yarışı "Dams Lukas Oil" komandası qazanıb.Dino Beqanoviç bütün rəqiblərini geridə qoyub.Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
25 Sentyabr 2026, 10:22