Bizə yazın

Baku

-°C

USD

-

Xanım titulunun yaranması - Zaur Əliyev  yazır...

Maraqlı 20 Aprel 2026, 11:05

406

Xanım titulunun yaranması 

Bu titulun ilk dəfə Çingiz xan tərəfindən sevdiyi və ilk həyat yoldaşı Börtə ilə bağlı olduğu iddia edirlər. Əslində isə Xanım-Xatun- titulu onun digər həyat yoldaşı Xulan ilə bağlı olub. 

İndi isə ətraflı :1184-cü ildə Çingiz xanın ailəsinin düşməni olan merkitlə  gənc xanımı Börtəni, o hələ yeni evləndiyi bir vaxtda qaçırmışdılar. Merkitlər tərəfindən bu, sadəcə gecikmiş bir qisas idi. Çünki vaxtilə Temuçinin atası Yesugey də eyni addımı atmışdı – o, Çingiz xanın anası Olunu öz nişanlısı, tanınmış merkit döyüşçüsü Çiledunun yanına gedərkən yoldaca qaçırmışdı.

Çingiz xan dostu, qan qardaşı Camuxa ilə birləşib sevdiyi qadını xilas edir, lakin o gündən merkitlər ilə daimi düşmənçilik edir.

Qarşı tərəf bu düşmənçiliyə son vermək üçün  1204-cü Merkit qəbilə birliyinin liderlərindən biri olan Dayr-Usun Xulan adlı qızını Çingiz xana ərə verir

"O, bizim düşmənimizdir", - deyə Xulan qorxurdu ki, Çingiz xan Börtənin intiqamı olaraq ona əzab və işgəncə verəcəklər, əsla da Xanın hərəmində söz sahibi ola bilməyəcək

Xulanın qorxularına baxmayaraq, Çingiz ona qarşı mehriban idi və O,  Çingiz xanın arvadları arasında həmişə hərbi yürüşlərdə onu müşayiət edən yeganə qadın idi. Çingiz xanın sevgisini o qədər qazanmış idi ki, qısa zaman sonra  Xulan, Xanım sevimli Bortesundən  sonra ikinci güc sahibinə çevrildi.

Bir gün Çingiz xan bütün ona tabe olan tayfaları və ailələri dəvət edir. Qurultay zamanı çadra Xulan ilə daxil olan Çingiz xan sağında onu əyləşdirir və elan edir: 

- "Mən Xanlar Xanı Çingiz Xan, hamınızın xanıyam" - deyir və sonra arvadını göstərərək;

- "Bu da mənim XANIMDIR" deyir.

Rəvayətə görə də, Xanım sözü də məhz buradan gəlmişdir..

Bu  hadisədən sonra Börtə ilə Xulana şəxsi hərbi dəstə saxlamaq imkanları verilir

Prof.Dr. Zaur Aliyev

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Balinaların “narkotik istifadə etməsi” iddiası nə dərəcədə doğrudur? 

Son vaxtlar sosial şəbəkələrdə geniş yayılan iddialardan biri də bəzi dəniz canlılarının, o cümlədən balinaların zəhərli balıqlardan istifadə edərək “trans vəziyyətə düşməsi” ilə bağlıdır.Citypost.az-ın məlumatına görə, iddialara görə, okeanda yaşayan balinalar fuqu balığı ilə qarşılaşdıqda onu ehtiyatla dişləyir və bu zaman balıqdan ifraz olunan tetrodotoksin maddəsinin təsiri ilə “sərxoş və ya yarı trans” vəziyyətə düşür.Lakin dəniz biologiyası üzrə aparılan araşdırmalar bu iddiaları təsdiqləmir. Mütəxəssislərin fikrincə, fuqu balığında olan tetrodotoksin çox güclü neyrotoksindir və kiçik dozalarda belə ciddi iflic və ölüm riski yarada bilər. Buna görə də, bu maddənin “şüurlu şəkildə istifadə edilməsi” elmi baxımdan əsaslandırılmayıb.Alimlər bildirirlər ki, bəzi dəniz heyvanlarının...

17 Aprel 2026, 12:43

Göz yaşları haradan yaranır və niyə ağlayanda burun axır?  

Göz yaşlarının yalnız göz qapağında görünən kiçik dəliklərdən əmələ gəldiyi düşüncəsi doğru deyil. Əslində bu dəliklər göz yaşı yaratmır, sadəcə onun axmasını təmin edən təbii kanaldır.Citypost.az-ın məlumatına görə, göz yaşları Göz yaşı vəzisi tərəfindən istehsal olunur. Bu vəz qandan su, duzlar və qoruyucu fermentləri süzərək göz səthini qoruyan şəffaf maye təbəqə – göz yaşı əmələ gətirir.Yaranan göz yaşı göz səthini qoruyur və artıq hissəsi göz qapaqlarındakı kiçik dəliklər vasitəsilə axar sisteminə yönəlir. Daha sonra bu maye Göz yaşı kanalı ilə burun boşluğuna ötürülür.Normal halda göz yaşı miqdarı az olduğu üçün bu proses hiss olunmur və burunda axıntı yaranmır. Lakin ağlama...

10 Aprel 2026, 11:35

Abşeron altında gizli tunel - Maraqlı FAKT

Abşeron Yarımadasının altında guya gizli tunellərin olması ilə bağlı müxtəlif iddialar və şəhər əfsanələri uzun illərdir dolaşır.Citypost.az-ın məlumatına görə, bəzi keçmiş tikinti işçilərinin söylədiklərinə görə, Sovet dövründə yeraltı beton keçidlər inşa olunub və bu sistem strateji obyektləri bir-biri ilə birləşdirib. Lakin bu iddiaları təsdiqləyən rəsmi sənəd və ya açıq xəritə mövcud deyil.Rəvayətlərə görə, bəzi tikinti işləri zamanı yerin altında metal qapılara rast gəlindiyi, daha sonra isə həmin ərazilərin bağlandığı iddia olunur. Eyni zamanda, bəzi nöqtələrdə torpağa vurduqda boşluq səsi eşidildiyini deyənlər də var.Bununla belə, mütəxəssislər bu cür məlumatların çox zaman təsdiqlənməmiş şayiələr və şəhər mifləri olduğunu bildirirlər. Abşeronun mürəkkəb geoloji...

09 Aprel 2026, 11:44

Quranda qeyd olunan cənnət bulaqları – mənəvi nemətlərin simvolu  

Qurani-Kərimdə cənnət əhlinə vəd edilən nemətlər arasında müxtəlif bulaq və çaylar xüsusi şəkildə təsvir olunur. Bu təsvirlər həm maddi ləzzəti, həm də ruhi rahatlığı ifadə edən simvolik məna daşıyır.Citypost.az-ın məlumatına görə, ən məşhur nemətlərdən biri Kövsər sayılır. Quranda bu, Peyğəmbər Məhəmməd (s.ə.s) üçün verilən xüsusi bir nemət kimi qeyd olunur və “bol xeyir” mənasında izah edilir.Digər bir nemət Səlsəbil adlanır. Quranda bu bulağın suyu çox rahat içilən, saf və ləzzətli bir içki kimi təsvir edilir.Həmçinin Təsnim cənnətin ən yüksək məqamlarında yerləşən xüsusi bir bulaq kimi qeyd olunur və yalnız Allaha yaxın bəndələr üçün olduğu bildirilir.Bundan başqa Kafur sərinlik və xoş...

08 Aprel 2026, 11:32

Çəyirtkə hücumları – təbiətin ən dağıdıcı bioloji hadisələrindən biri  

Tarix boyu çəyirtkə sürüləri insanlıq üçün ən ciddi təbii fəlakətlərdən biri kimi qeydə alınıb. Söhbət tək-tək həşəratlardan yox, milyonlarla, hətta milyardlarla fərdin eyni anda hərəkət etdiyi nəhəng sürülərdən gedir.Citypost.az xəbər verir ki, ən təhlükəli növlərdən biri Schistocerca gregaria – səhra çəyirtkəsidir. Bu növ normal şəraitdə tək yaşayır və nisbətən zərərsiz görünür. Lakin əlverişli iqlim şəraiti, xüsusilə güclü yağışlardan sonra yaranan bol bitki örtüyü onların sürətlə çoxalmasına səbəb olur.Populyasiya sıxlığı artdıqda bu çəyirtkələrin davranışı tamamilə dəyişir. Onlar rənglərini tündləşdirir, qanadları güclənir və kütləvi şəkildə hərəkət etməyə başlayırlar. Bu proses elmdə “qreqarlaşma” (gregarization) adlanır. Beləliklə, fərdi yaşayan həşəratlar nəhəng dağıdıcı sürüyə çevrilir.Bir...

07 Aprel 2026, 17:00

İnsan niyə öz səsini dinləyəndə narahat olur? – Elmi izah  

Bir çox insan öz səsini yazıda dinləyəndə “bu mən deyiləm” hissini yaşayır və narahatlıq, hətta utanma hissi keçirir. Bu, səsin keyfiyyətindən yox, beynin səsi necə qəbul etməsindən qaynaqlanır.Citypost.az xəbər verir ki, İnsan öz səsini iki fərqli yolla eşidir. Danışarkən səs dalğaları həm hava vasitəsilə qulağa çatır, həm də kəllə sümükləri vasitəsilə birbaşa daxili qulağa ötürülür. Bu ikili ötürülmə nəticəsində öz səsimizi daha qalın, daha dərin və fərqli eşidirik.Amma səs yazısında vəziyyət dəyişir. Yazı yalnız hava vasitəsilə ötürüldüyü üçün kəllə sümüklərinin yaratdığı əlavə rezonans olmur. Nəticədə səs daha incə və “yad” kimi qəbul edilir.Beyin isə tanış səs modelinə öyrəşdiyi üçün bu...

07 Aprel 2026, 11:50