İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ
Müsahibələr 16 Yanvar 2026, 13:09
422
İran bir həftədən çoxdur ki,bütün dünyanın müzakirə etdiyi dövlət olaraq qalır.
Ölkədə baş verən etirazların sayı böyüküdükcə,ölü sayı artır və nəticədə gərginlik daha da alovlanır.
Mövzu ilə bağlı CityPost.az-ın sualını Milli Məclisin deputatı, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Babaoğlu cavablandırıb.
Sözsüz ki, İranda gedən proseslərdə xarici təsirlərin də rolu var. Bu təsirin miqyası nə qədərdir?
Deputatın sözlərinə görə, İranda baş verən proseslər, hər şeydən əvvəl, ölkə iqtisadiyyatında mövcud olan dərin böhranla bağlıdır.
Həmçinin oxuyun
"Lakin baş verənləri yalnız iqtisadi amillərlə izah etmək də düzgün olmaz.
Xarici təsirlərə gəldikdə isə, burada təəccüblü heç nə yoxdur. Çünki beynəlxalq münasibətlər sistemi mahiyyət etibarilə maraqlar və xalqların mübarizə tarixidir. Ayrı-ayrı dövlətlər çalışacaqlar ki, İranı zəiflətsinlər, İran isə təbii olaraq özünü qorumağa cəhd edəcək. Bu, beynəlxalq münasibətlərin əsas paradiqmasıdır.
Şübhəsiz ki, hazırkı vəziyyətdə də İranın inkişafında maraqlı olmayan bəzi dövlətlər yaranmış şəraitdən öz maraqları naminə istifadə etməyə çalışacaqlar. Bu da xarici faktor kimi qiymətləndirilə bilər. Ancaq bir daha vurğulamaq istəyirəm ki, İran daxilindəki ideoloji dairələrin problemləri yalnız xarici təsirlərlə izah etməsi doğru yanaşma deyil. Məhz bu yanlış yanaşma nəticəsində bu gün belə bir böhran yaranıb.
Xarici təsirlər, əlbəttə ki, mövcuddur. Amma bu təsirlərin miqyası İran cəmiyyətinə təqdim olunduğu qədər böyük deyil. Əsas problemlər ölkənin daxili idarəetməsi, sosial-iqtisadi siyasəti və islahatların gecikdirilməsi ilə bağlıdır",-deyə deputat bildirib.
Hazırladı: Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır
Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası qoyuldu, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradıldı. CityPost.az xəbər verir ki, ötən beş il ərzində Agentliyin fəaliyyəti, ölkədə həyata keçirilən media islahatlarının gedişi və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırıb.- Əhməd müəllim, Medianın İnkişafı Agentliyinin beş illik fəaliyyətinə nəzər saldıqda hansı məqamları vurğulamaq istərdiniz?- Azərbaycanda həyata keçirilən media islahatlarının beş illik mərhələsinə nəzərə saldıqda inamla deyə bilərik ki, qarşıda qoyulmuş vəzifələrin hər birinin yerinə yetirilməsi istiqamətində...
12 Yanvar 2026, 11:54
Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud Teleqraf-ın suallarını cavablandırıb.CityPost.az müsahibəni təqdim edir:- Almaz xanım, sabahdan Teleradio Akademiyasında mediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərə start verilir. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ana dilimizin yetərincə qorunmaması ilə bağlı narahatlığını dilə gətirməsi fonunda bu təlimlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?- Xatırlayırsınızsa, ötən ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı cəmiyyətə mesaj verdi. Həmin çıxışdan sonra media nümayəndələri üçün belə təlimi təşkil etməyi qərara aldıq. Dövlət başçısının...
09 Yanvar 2026, 23:51
Elxan İbrahimovun işdən çıxardığı müavin: “... gecə çağırıb deyir ki, ərizəni yaz çıx”
Prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncamla Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifəsindən azad olunub. O, bu vəzifədə cəmi 48 gün çalışıb. İndi hamını bir sual maraqlandırır. E.İbrahimov hansı səhvə yol verib ki, belə qısa müddətdən sonra etimadı itirib, işdən çıxarılıb. Müxtəlif versiyalar səsləndirilir: rüşvət almaq, kadr dəyişiklikləri sahəsində səhvə yol vermək və s. E.İbrahimov Nəsimi rayonuna rəhbərlik etdiyi qısa müddətdə bir neçə kadr dəyişikliyi edib. Onlardan birı də icra başçısının müavini Ramiz Quliyevi vəzifəsindən azad etməsi idi. O, 4 il idi bu vəzifədə çalışırdı. CityPost.az xəbər verir ki, Ramiz Quliyev “Yeni Sabah”a müsahibəsində baş verənlərlə bağlı sualları cavablandırıb. - Ramiz müəllim, Elxan...
30 Dekabr 2025, 23:37
Amnistiya aktı siyasi konsensusa xidmət edəcək - Komitə sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət,...
15 Dekabr 2025, 20:58
Ramiz Mehdiyev iki nazirdən çəkinirdi - Keçmiş nazirlə MÜSAHİBƏ
Əvəz Ələkbərov: "Vəzifədən getməyimə əsas səbəbkar Eldar Mahmudov olub" "Qapımda növbədə duran adamlar mən işdən çıxandan sonra gizləndilər"Professor Əvəz Ələkbərov Azərbaycanın müasir iqtisadi idarəetmə sisteminin formalaşmasında mühüm rolu olan tanınmış iqtisadçı, dövlət və ictimai-siyasi xadimdir. O həm akademik mühitdə, həm də dövlət strukturlarında fəaliyyəti ilə ölkədə maliyyə siyasətinin institusional əsaslarının qurulmasına töhfə verib. 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışır. Keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar...
13 Dekabr 2025, 13:01
Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.CityPost.az müsahibəni təqdim edir.-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk...
18 Oktyabr 2025, 12:19