Bizə yazın

Baku

-°C

USD

-

İranda etiraz dalğası: ABŞ və İsrailin rolu nədir? – Konfliktoloq Elman Vəliyev danışır  

Müsahibələr 17 Yanvar 2026, 13:33

2303

İran bir həftədən çoxdur ki, etiraz dalğalarının mərkəzindədir. Aksiyalar sosial rifahdan qadın hüquqlarına qədər müxtəlif səbəblərlə bağlı olsa da, ekspertlər beynəlxalq təsirləri önəmli hesab edirlər.

Konfliktoloq Elman Vəliyev hadisələrin arxasında duran əsas qüvvələr  barədə CityPost.az-a danışıb.

 Hal-hazırda İranda baş verən kütləvi aksiyaların səbəblərini necə qiymətləndirirsiniz?

"Bir ölkə daxilində ixtişaşlar təhrik olmadan baş verməz. Mütləq xarici müdaxilə mövcuddur. İran tarixində qadınlara görə etirazlar olub, sonra sosial məsələlərlə bağlı dalğalar baş verib. Hazırkı aksiyalar isə əsasən sosial rifaha görədir. Amerika və İsrail bu işdə bir nömrəli təhrikedici qüvvələrdir",-deyə  ekspert qeyd edib.

Sizcə, İranın siyasi və sosial sistemində yaxın perspektivdə hansı dəyişikliklər baş verə bilər?

"İran Amerika üçün çox önəmli fiqurdur. Silah satışı, narkotik dövriyyəsi, illeqal əməliyyatlar, hətta İslamafobiya siyasəti belə İran vasitəsilə icra olunur. Rejimi 1979-cu ildə ABŞ özü qurdu. İndi niyə yıxmaq istəyirlər? Mənə görə bu, ssenarinin başqa tərəfləridir. Əmin olaq ki, bütün bu proseslərin məqsədi İsrailin genişlənməsidir. Dəyişikliklərə gəldikdə isə region yenə də Amerikanın təsiri altında qalacaq. Neft və enerji resursları da eyni şəkildə onların nəzarətindədir",-deyə  Konfliktoloq Elman Vəliyev   bildirib.

Hazırladı: Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nadir Azəri: “Xocalı faciəsini unutmamaq gəncliyin üzərinə düşən mühüm vəzifələrdən biridir”

“Ermənilərin uzun illər ərzində Azərbaycan xalqının başına gətirdiyi müsibətlər tariximizin ən ağrılı səhifələrini təşkil edir. Bu faciələrdən ən dəhşətlisi isə 1992-ci ilin fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır ki, bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq və bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətdir. Aradan illər keçsə də, bu qanlı faciənin ağrısı xalqımızın yaddaşından silinməyib və silinməyəcək”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azəri bildirib ki, bu gün Xocalı şəhidlərinin ruhu şaddır: “Çünki Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük...

26 Fevral 2026, 09:38

Nüşabə Babayeva-Vəkilova:İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley ədəbiyyatımız üçün önəmlidir

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Ədibin gəlini, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı,Filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Babayeva-Vəkilova Citypost.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi Azərbaycan mədəniyyəti üçün sevindirici və əlamətdar hadisədir. O, böyük şairə göstərilən diqqətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.N.Babayeva-Vəkilova qeyd edib ki, Səməd Vurğun Azərbaycan mədəniyyətində  eləcə də tarixində öz sözünü demiş, mövqeyini müəyyənləşdirmiş böyük sənətkardır. Onun sözlərinə görə, şair hələ sağlığında keçmiş Sovet məkanında və bir sıra xarici ölkələrdə tanınıb, sevilib....

23 Fevral 2026, 15:22

95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"  

Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün  95 illik yubileyini qeyd edir. Bu münasibətilə Citypost.az  saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya...

18 Fevral 2026, 10:21

Azər Həsrət: Saxta hesablara və təhqirlərə dözmək lazımdır

Cəmiyyətin önündə olan və ictimai rəy formalaşdıran insanlar üçün tənqid və narazılıq qaçılmazdır. Əməkdar jurnalist Azər Həsrət Citypost.az-a verdiyi açıqlamada bu vəziyyətlə bağlı şəxsi yanaşmasını və sosial mediada qarşılaşdığı təhqir və hədə hallarını şərh edib.Azər Həsrət bildirib ki, ictimai rəy formalaşdıran şəxslər hər kəs tərəfindən sevilməyə borclu deyil: “Təbii ki, narazılar olacaq. Amma bu narazılıqlar həmişə ədəb çərçivəsində ifadə edilməlidir.”Jurnalist qeyd edib ki, dəstək də kifayət qədərdir: “Minlərlə, bəzən yüz minlərlə insan paylaşımlarımı bəyənir, fikirlərimi yayır, dəstəyini bildirir. Xaricdən də belə dəstək görürük. Amma bəzən saxta və gizli hesablardan təhqir və hədə göndərən şəxslər də olur. Bəzən onları tapıb üzr...

09 Fevral 2026, 14:21

"Təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır"  - Fazil Mustafa

Fəlsəfə üzrə fəlsəfə doktoru, Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yerli mediaya müshaibə verib.CityPost.az   həmin müsahibəni təqdim edir:- Salam Fazil bəy, necəsiniz?- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım...

05 Fevral 2026, 16:04

Hacıbəy Heydərli:"İstinadsız xəbər yolverilməzdir!"

Azərbaycan mediasında istinad məsələsi uzun illərdir ki, gündəmdə qalır. Bir çox sayt digər medianın özəl xəbərlərini istinadsız paylaşır və bu, həmkarlar arasında qalmaqala səbəb olur. Son dövrlərdə bu tendensiya sosial şəbəkələrdə də narazılıqlara yol açır.Buna münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Citypost.az saytına bildirib ki, istinad mədəniyyəti medianın əsas prinsiplərindən biridir. O qeyd edib ki, bəzən xəbərlərin mənbəyi göstərilmədən paylaşılması jurnalistlər və media subyektləri tərəfindən haqlı narazılıqla qarşılanır.H.Heydərli xatırladıb ki, istinad mədəniyyəti həm media haqqında qanunla, həm də Jurnalistlərin Peşə Kodeksi ilə tənzimlənir. Buna baxmayaraq, Azərbaycan mediasında belə anlaşılmazlıqların və narazılıqların şahidi olmaq...

29 Yanvar 2026, 15:13