Lauren Sançes: Daha bir uşaq sahibi olmağa hazıram
Sənət aləmi 13 Aprel 2026, 10:45
459
Lauren Sánchez milyarder həyat yoldaşı Jeff Bezos ilə bağlı ailə planları barədə açıqlama verib.
Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “The New York Times” qəzetinə verdiyi müsahibədə analıq və ailə həyatı haqqında danışaraq daha bir uşaq sahibi olmağa hazır olduğunu bildirib.
“Sabah daha birini yaşayacağam”, – deyə L.Sançes qeyd edərək ailəsini genişləndirməyə açıq olduğunu vurğulayıb. O, müsahibə zamanı digər insanları da bu barədə düşünməyə təşviq edib.
Lakin cütlüyün nümayəndələri daha sonra açıqlama verərək Sançesin hazırda hamilə olmadığını təsdiqləyiblər.
Həmçinin oxuyun
Qeyd edilib ki, Lauren Sánchez-in əvvəlki münasibətlərindən üç övladı var, Jeff Bezos-un isə əvvəlki evliliyindən dörd övladı mövcuddur.
Cütlüyün 2025-ci ilin yayında Venesiyada dəbdəbəli toy mərasimi ilə evləndiyi və münasibətlərini yaxın dostluq və qarşılıqlı anlaşma üzərində qurduqları bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Son illər ərzində itirdiyimiz 3 böyük sənətkar
Azərbaycan Kinematoqrafçılar İttifaqı son illər ərzində vəfat edən üç tanınmış kino xadimi – Elxan Qasımov, Cəmil Fərəcov və Rasim Balayev ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, Paylaşımda onların Azərbaycan kinosunun inkişafındakı xidmətləri xatırladılıb, sənət yollarına dair məlumatlar təqdim olunub.Qeyd edilib ki, kinorejissor və aktyor, Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib, bədii və sənədli filmlərin, eləcə də “Mozalan” süjetlərinin müəllifi olub. O, 29 may 2023-cü ildə 78 yaşında vəfat edib.Bildirilib ki, kinorejissor Cəmil Fərəcov uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışıb, müxtəlif illərdə kino sahəsinin idarəetməsində və rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, 1 avqust 2023-cü ildə 77 yaşında vəfat edib.Xalq...
13 Aprel 2026, 10:37
Türkiyədə “Azərbaycanın qədim şəhərləri” kitabı çıxıb
Citypost.az xəbər verir ki, Okan Yeşilot və Zeynep Akarslanın müəllifi olduğu “Azərbaycanın qədim şəhərləri” (Azerbaycan’ın Kadim Şehirleri) adlı kitab “Türk Tarih Kurumu” tərəfindən nəşr edilib.150 səhifəlik kitab türk dilində hazırlanıb və “Cümhuriyyətin yüzüncü ili armağanı” seriyasında təqdim olunub.Nəşrdə Azərbaycanın qədim şəhərlərinin tarixi və mədəni irsi araşdırılıb.Kitabın satış qiyməti 60 türk lirəsidir. (Modern.az)
10 Aprel 2026, 11:41
Xanımlar xanımı Xanım xanım... - Elman Eldaroğlu yazır..
Xanım İsmayılqızı- 70Məshəti Gəncəvidən üzü bəri Azərbaycan ədəbiyyatında gözəl poeziya nümunələri yaradan şair qadınlar az olmayıb. Onların unudulanları da var, yadda qalanları da. Bu gün də sələflərinin yolunu davam etdirən şair xanımlarımız az deyil. İnanıram ki, əlahəzrət ZAMAN onların arasından kimlərisə seçib, yaradıcıqlarını əsrlər boyu yaşadacaq. Güman edirəm ki, həmin xanımlardan biri də şair, bəstəkar Xanım İsmayılqızı olacaq...İdealist xanımdır, daxilində lider ruhu yaşayır. Güclüdür, həm də xarakterik fiziki xüsusiyyətlərə sahibdir. Çox şən və enerjilidir. Cəsarətli qərarlar verməyə qadirdir. Düşmən kimi qəbul etdiklərinə qarşı çox amansız, dostlara qarşı mərhəmətlidir. Necə deyərlər,...
10 Aprel 2026, 11:15
Sumqayıtda muğam axşamı keçirilib
Sumqayıt şəhərində, Sumqayıt Bulvarı ərazisində inşa edilən Sumqayıt Bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzində muğam axşamı keçirilib. Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənəti təqdim olunub.Bu barədə Citypost.az-a Sumqayıt Bələdiyyəsindən məlumat verilib.Bildirilib ki, Sumqayıt Bulvarında yerləşən bu möhtəşəm mədəniyyət ocağı müasir memarlıq üslubu, yüksək texniki imkanları və 400 nəfərlik tamaşaçı tutumu ilə şəhərin mədəni həyatında xüsusi yer tutur. 2019-cu il noyabrın 21-də istifadəyə verilən mərkəz bu gün artıq regionun aparıcı mədəniyyət məkanlarından birinə çevrilməkdədir. Açılış mərasimində Prezident İlham Əliyevin iştirakı bu məkanın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bir daha sübut edir. Sumqayıt Şəhər İcra...
10 Aprel 2026, 10:28
"Addım-addım vətəndə" bu dəfə Şəkidə
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir. Citypost.az xəbər verir ki, Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca səkkizinci səfəri Şəkidə həyata keçirilib. Şəki Dövlət Dram teatrında “Varlı qadın” və “O uzaq axşam” tamaşaları nümayiş etdirilir. Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Əli Əmirlinin "Varlı qadın" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Səhnə əsərində rolları Əməkdar artist Rəhim...
09 Aprel 2026, 15:50
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, müğənni tərkibində narkotik maddə olduğu müəyyən edilmiş ayauaska çayını təbliğ etdiyinə görə saxlanılıb.Qeyd edək ki, bu gün Türkiyədə 14 tanınmış şəxs "narkotik işi" üzrə tutulub.
09 Aprel 2026, 15:05