Bizə yazın

Baku

-°C

USD

-

Akademik Musiqili Teatrda “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub 

Sənət aləmi 02 İyun 2026, 12:55

2169

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Citypost.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində teatrın aktyorları Faiq Mirzəyev (Kral), Əmrah Dadaşov (Pilot), Hüseyn Əlili (Aydın), Rauf Babayev (Kommersant), Ruslan Mürsəlov (Tülkü), Zaur Əliyev (Dərviş), Nuray Məmmədzadə (Qızılgül), Murad Əliyev (Şoumen), həmçinin balet artistləri iştirak ediblər. Balaca şahzadə obrazını isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin övladı Elcan Kəlbiyev canlandırıb.

Qeyd edək ki, əsər 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə səhnəyə qoyulub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Sihirli Annem”in ulduzu ailə qurur

Türkiyənin bir vaxtlar məşhur seriallarından olan “Sihirli Annem”in “Toprak”ı aktrisa Cennifer Boyner evlilik təklifi alıb.“Qafqazinfo” xəbər verir ki, bununla bağlı o, instaqram hesabında paylaşıb.Məlumata görə, 25 yaşlı aktrisa bir müddətdir münasibətdə olduğu müğənni Can Alaosmanın evlilik təklifini qəbul edib.Bildirilib ki, Cennifer Boyner daha əvvəl verdiyi müsahibədə Can Alaosmanla ilk dəfə İstanbulda bir çəkiliş meydançasında tanış olduqlarını, lakin sonradan “Sihirli Annem” filminin çəkilişlərində yollarının yenidən kəsişdiyini bildirib.Aktrisanın sözlərinə görə, tanışlıqlarından 2-3 ay sonra bir-birlərini daha yaxından tanımağa başlayıblar.O, sevgilisi barədə həmin gündən bəri Can mənim ən yaxın dostum, sirdaşım və adı kimi canım oldu ifadələrini işlədib....

25 İyul 2026, 09:00

Ofelya Şabanova: "O mahnımın sözlərini ərim yazıb"

Müğənni Ofelya Şabanova "Tağı ilə Xəbər Magazin" verilişində şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar verib.Citypost.az xəbər verir ki, ifaçı bildirib ki, repertuar seçimində həyat yoldaşının fikri onun üçün xüsusi önəm daşıyır. Ofelya Şabanovanın sözlərinə görə, məşhur "Sevgidə yoxdu qürur" mahnısının ərsəyə gəlməsində də həyat yoldaşının rolu olub.Sənətçi qeyd edib ki, mahnının sözlərinin bir hissəsini həyat yoldaşı yazıb. Onun sözlərinə görə, əsərin musiqisi və əsas sözləri Azər müəllimə məxsus olsa da, ikinci kuplet həyat yoldaşının təklifi ilə hazırlanıb.Ofelya Şabanova əlavə edib ki, bu mahnını böyük sevgi ilə ifa edir və əsərin dinləyicilər tərəfindən sevilməsi onu sevindirir.Müğənni ailə münasibətlərindən də...

16 İyul 2026, 22:12

"Səma" Ansamblı dünya yarışında səhnəyə çıxıb

İstanbulda Dünya Xalq Rəqsləri Yarışması keçirilir. Tədbirdə Azərbaycan “Səma” Rəqs Ansamblı tərəfindən təmsil edilir.Citypost.az  xəbər verir ki, dünyanın 37 ölkəsindən 2 mindən çox rəqqası bir araya gətirən tədbirin qala gecəsi İstanbulun Cemil Topuzlu Harbiye Açıq Hava Teatrında keçirilib.Mədəniyyətin, dostluğun və qardaşlığın eyni səhnədə nümayiş olunduğu konsertdə müxtəlif xalqların adət-ənənələri və ortaq dəyərlər xalq oyunlarının dili ilə tamaşaçılara təqdim edilib.

16 İyul 2026, 08:33

Naxçıvan mədəniyyəti: Keçmişin mirası, gələcəyin strategiyası  

Mədəniyyət xalqın təkcə keçmişi deyil, həm də gələcəyini müəyyən edən strateji gücdür. Şəhər yolları təmiz ola bilər, amma onu tarixə çevirən mədəniyyətidir. Bir xalqı güclü iqtisadiyyat zənginləşdirə bilər, lakin onu millət kimi yaşadan mədəni yaddaşıdır. Naxçıvan isə məhz bu yaddaşın əsrlər boyu qorunub saxlandığı nadir Azərbaycan torpaqlarından biridir. Minilliklər boyu formalaşmış zəngin tarixi irs, qədim memarlıq nümunələri, teatr və musiqi ənənələri, muzeyləri, elmi və ədəbi mühiti bu diyarı Azərbaycanın mədəni xəritəsində fərqləndirən əsas amillərdəndir.Bilirik ki, mədəniyyət yalnız keçmişin mirası deyil, həm də gələcəyin düşüncə modelidir. Məhz buna görə də inkişaf etmiş dövlətlər mədəniyyətə təkcə incəsənət sahəsi kimi deyil, milli təhlükəsizlik,...

10 İyul 2026, 15:40

Azər Qismət: Mehriban Xanlarova teatra qaytarılmalıdır  

Tanınmış jurnalist Azər Qismət aktrisa Mehriban Xanlarovanın teatrdan uzaqlaşdırılması ilə bağlı fikirlərini bölüşüb.Jurnalist bildirib ki, yaradıcı kollektivlərdə fikir ayrılığı və emosional müzakirələr normal haldır və bunu adi istehsalat müəssisələri ilə müqayisə etmək düzgün deyil. O qeyd edib ki, dünya teatr təcrübəsində də yaradıcı şəxslərin fərqli davranışlarına daha həssas yanaşılıb.Azər Qismət yazıb ki, Lenkom teatrının Bədii rəhbəri və Baş rejissoru Mark Zaxarov aktyorlar Aleksandr Abdulov və Oleq Yankovskinin çətin xarakterinə baxmayaraq, onların sənətinə görə münasibətdə anlayış nümayiş etdirirdi.Jurnalist Mehriban Xanlarovanın heç kimə xəsarət yetirmədiyini, teatrın fəaliyyətini pozmadığını vurğulayaraq, onun sadəcə irad bildirdiyini qeyd edib. O hesab edir ki, bu cür məsələlər...

23 İyun 2026, 10:07

Bəhram Bağırzadədən Cabir İmanovun 50 illiyində duyğusal paylaşım

Əməkdar artist Bəhram Bağırzadə mərhum dostu Cabir İmanovun 50 illik yubileyi münasibətilə təsirli paylaşım edib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, bu gün Cabir İmanovun 50 yaşı tamam olacaqdı. Bəhram Bağırzadə dostunun vaxtsız itkisini dərin kədərlə xatırlayaraq, onun yoxluğunun hələ də qəbul edilməsinin çətin olduğunu qeyd edib.“Bu günü çox gözləmişdik. Bir araya gəlməyi, səni qucaqlamağı, xoş sözlər deməyi, birlikdə gülməyi və gözəl yubileyini qeyd etməyi arzulayırdıq. Amma tale başqa cür qərar verdi. Sənin aramızdan ayrılmağından bir ilə yaxın vaxt keçir”, – deyə o yazıb.Əməkdar artist vurğulayıb ki, zaman insanın ağrısını azaltmır, sadəcə onunla yaşamağı öyrədir. O, Cabir...

22 İyun 2026, 09:00