Bizə yazın

Baku

-°C

USD

-

Afət Fərmanqızı şok faktları açdı: "Flora Kərimova pərt olmasın deyə..." (VİDEO)

Sənət aləmi 03 Oktyabr 2024, 17:53

5936

Müğənni Afət Fərmanqızı ətrafında qalmaqal bitmək bilmir.Bir neçə ildir ki, Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan Afət Fərmanqızı məhkəmədə qalib gəldikdən sonra efirlərin birində Flora Kərimovaya barışıq əlini uzadıb.Qeyd olunan  təklifdən sonra sosial şəbəkələrdə Afət Fərmanqızının arxiv videosu yayılıb.

 

CityPost.az xəbər verir ki, yayılan  videoda  Afət  Fərmanqızının  "Flora Kərimovadan  üzr istəsəm, Afət  Fərmanqızı  yox, Afət  itqızı olaram" ifadəsi  də  yer  alıb.

Əməkdaşımız  yayılan video ilə  bağlı  müğənni  Afət  Fərmanqızı  ilə  əlaqə  saxlayıb .Afət Fərmanqızı bu videonun bəzi hissələrinin kəsildiyini və onun fikrinin təhrif olunaraq paylaşıldığını bildirib.

"Mən böyüklüyümü  göstərdim.Məhkəmədə  qalib  gəldiyim  halda  Flora  xanımdan efir vasitəsi  ilə  üzr  istədim Üzürü qəbul edib-etməməyi onun öz  işidir. Bu mənə qətiyyən maraqlı deyil .İllər  əvvəl  Nəsimin  qəzəlini  oxuduğum  üçün  aramızda məhkəməyə qədər gəlib çatan mübahisə yarandı.  Mən nə günah iş  görmüşdüm  ki? Flora Kərimova çıxıb efirdə dedi ki,Afət Nəsimiyə  toxunmasın.Nəsimi  toxunulmazdır.  Mən də bu sözlərə  cavab  olaraq bildirmişəm ki, Nəsimi  mənim üçün  Allah deyil ki, toxunulmaz olsun.Kimdir  Nəsimi?  Mən Nəsimi sevdiyimdən  oxumuşam. Nəsimi  bu gün sağ olsaydı,mənə təşəkkür edərdi.",- deyə müğənni bildirib.

Afət Fərmanqızı həmçinin yayılan arxiv videosuna da münasibət bildirib.

 

"Qeyd etdiyiniz videonu əyri ayaq,çəpgöz- yaşı 60-ı keçən biri yayır. Hamısı onun  işləridir. Mənim  Flora  xanımla  barışacağımı  gördülər. Aranı  qatmaqdan ötrü mənim arxiv videomu təhrif  olunmuş şəkildə  yaydılar. Mən  orada  demişdim ki, etmədiyim  işə  görə məhkəməni uduzsam,məndən üzr tələb olunarsa Flora Kərimovadan üzr istəsəm,Afət Fərmanqızı yox,Afət itqızı olaram. Bu gün mən məhkəməni  udmuşam.Məhkəməni  udduğum halda qarşı tərəfdən üzr istəməyim mənim humanist və böyük  insan olduğumdan xəbər verir. Mən bu vaxta qədər Flora Kərimova pərt olmasın deyə məhkəmədə qalib gəldiyimi deməmişdim.Bu gün bütün bunları açıqlamağa məcbur edirlər.Mən insan kimi çox rahatam.Məhkəməni qalib gəldiyin halda üzr istəmək hər insanın işi deyil.Bir daha qeyd edirəm ki,mən demişəm ki, haqsız yerə uduzaramsa, üzr istəmərəm,gedərəm  cəzam nədirsə çəkərəm. Mən bu gün  məhkəməni udub könüllü üzr istəmişəm,heç kim məni məcbur etməyib ",-deyə müğənni fikrini yekunlaşdırıb.

Afət Fərmanqızının açıqlamasını təqdim edirik:

 

Müəllif: Müşərrəf 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə kino günləri başlayıb 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində Azərbaycanın müasir tanınmış rejissorlarının bədii və sənədli filmləri regionlarda nümayiş olunur, tamaşaçılarla yaradıcı görüşlər keçirilir.AKİ-dən Citypost.az-a bildirilib ki, layihə çərçivəsində növbəti kino günləri Gəncədə təşkil olunub.Bildirilib ki, martın 11-dən 13-dək davam edəcək kino günləri çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, Mirsadıq Ağazadənin “Eviniz abad” tammetrajlı bədii filmləri, Pərviz Həsənovun “Başlıbel – Mühasirə gündəliyi” tammetrajlı sənədli filmi, Fariz Əhmədovun “Sonuncu”, Tahir Tahiroviçin “O, Xarqo idi” qısametrajlı sənədli filmləri, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Emin...

11 Mart 2026, 17:24

Müğənni xiristanlığı qəbul etdi

56 yaşlı məşhur müğənni Qven Stefani xristianlıq səyahətinə üçüncü uşağının dünyaya gəlməsindən sonra başladığını açıqlayıb və bu hadisəni özünün “ilk möcüzəsi” adlandırıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Hallow: Prayer and Meditation” jurnalına verdiyi müsahibədə Stefani mənəvi ilhamın yəhudiliyi qəbul etmiş keçmiş ateistlə söhbətlərdən gəldiyini bildirib. O, bu müzakirələrin ona imanını yenidən nəzərdən keçirməyə və ruhani “oyanmağa” kömək etdiyini deyib.2013-cü ildə böyük oğlu Kinqston başqa bir uşaq istədiyini bildirəndə Stefani hamilə qalmaq imkanını real hesab etmədiyini xatırlayır. Lakin cəmi dörd həftə sonra o, 44 yaşında Apollon adlı üçüncü uşağı dünyaya gətirib və hamiləliyi “tam bir hədiyyə” kimi qiymətləndirib.Stefani həmin dövrdə...

11 Mart 2026, 14:18

Məşhur aktyor kirayə borcu üzündən evdən çıxarıldı

Los-Anceles Şəhər Məhkəməsi aktyor Mikki Rurkun ev sahibi Erik T. Qoldinin Drexel prospektindəki əmlakın ödənilməmiş kirayə haqqı ilə bağlı iddiasını təmin edərək, Rurkun evdən çıxarılması barədə qərar qəbul edib.Ciypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rurk 59.100 dollar kirayə borcunu ödəməyib. Qanuni bildirişə cavab vermədiyi üçün məhkəmə evin dərhal sahibinə qaytarılmasına və icarə müqaviləsinin ləğv olunmasına qərar çıxarıb.Rurkun pərəstişkarları ona borcu ödəmək üçün GoFundMe platformasında təxminən 100.000 dollar toplamağa çalışıblar. Kampaniya Rurkun köməkçi meneceri Kimberli Hayns tərəfindən başlansa da, aktyor vəsait toplamağa qarşı çıxıb və bunu “qəddar bir alçaqlıq” adlandırıb.Qeyd edək ki, məhkəmə qərarı yalnız əmlaka sahib...

11 Mart 2026, 14:15

Səkinə İsmayılovadan maraqlı paylaşım

Xalq artisti, görkəmli xanəndə Səkinə İsmayılova sosial media hesabında paylaşımla diqqət çəkib.Citypost.az-ın məlumatına görə, S. İsmayılova mərhum Xalq artisti Baba Mahmudoğlu ilə birlikdə iştirak etdiyi, görkəmli bəstəkar Zülfüqar Hacıbəylinin operası olan *“Aşıq Qərib”*dən fotoşəkil paylaşıb.Qeyd edək ki, operada Səkinə İsmayılova Şahsənəm, Baba Mahmudoğlu isə Aşıq Qərib obrazını canlandırıb.Həmin maraqlı kadrları təqdim edirik:Turan

11 Mart 2026, 13:35

Zakir Fərəcov aktyorları təltif etdi

10 Mart – Milli Teatr Günü münasibətilə və şəhərin mədəni həyatındakı fəal iştiraklarına görə Sumqayıt Dövlət Dram Teatrının bir qrup əməkdaşı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub.Citypost.az xəbər verir ki, təltif olunanlar arasında Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, həmçinin aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova yer alır.Teatrın əməkdaşları göstərilən diqqət və qiymət üçün minnətdarlığını bildiriblər və mədəniyyət sahəsində fəaliyyətlərini daha da artıracaqlarını qeyd ediblər.Yegane ...

11 Mart 2026, 12:57

Rauf Ağakişiyev “Qızıl Dərviş” mükafatı ilə təltif olunub  

Sumqayıt Dövlət Dram Teatrının istedadlı aktyoru, Əməkdar artist Rauf Ağakişiyev 10 Mart – Milli Teatr Günü münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov tərəfindən “Qızıl Dərviş” mükafatı ilə təltif olunub.Citypost.az xəbər verir ki, aktyor teatrın səhnəsində nümayiş olunan G.Xuqayevin “Varlı ev” tamaşasında (quruluşçu rejissor – Firidun Məhərrəmov) canlandırdığı Beçir obrazına görə bu yüksək qiymətləndirilməyə layiq görülüb.Turan

11 Mart 2026, 11:50