Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov Britaniya XİN rəhbəri ilə Azərbaycan-Ermənistan arasında sülh prosesinin hazırkı durumunu müzakirə edib  

Siyasət 19 Mart 2025, 14:44

11843

19 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, mövcud regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı durumu müzakirə olunub.

Britaniya naziri Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, sazişin imzalanması üçün Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması məqsədilə müvafiq düzəlişin edilməsinin vacib olduğu vurğulanıb. Bununla yanaşı, ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nadir Azəri: Seçkinin nəticələri Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır  

“Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri göstərir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə müxalifət üzərində inamlı qələbə qazanıb. Həm ekzit-poll nəticələri, həm də ilkin rəsmi məlumatlar bu qənaətə gəlməyə əsas verir ki, söhbət təkcə müxalifətin deyil, həm də Rusiya yönümlü siyasi qüvvələrin məğlubiyyətindən gedir”.Bu fikirləri Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.O, qeyd edib ki, bu qələbə iki mühüm məqam baxımından diqqət çəkir: “Birincisi, seçkilərdə iştirak edən seçicilərin sayının beş il əvvəlki seçkilərlə müqayisədə artmasıdır. İkincisi isə səs verənlərin 50 faizdən çoxunun məhz Nikol Paşinyanın partiyasına etimad...

08 İyun 2026, 10:11

Zaur İbrahimli: Paşinyanın qələbəsi sülh gündəliyinin və yeni regional reallığın qələbəsidir

Ermənistanda tarixi 7 iyun parlament seçkilərinin Baş nazir Paşinyanın qələbəsi ilə başa çatması sülh gündəliyinin, sülh perspektivinin, bütün Cənubi Qafqazı əməkdaşlıq, açıq kommunikasiyalar coğrafiyasına transformasiyasını tamamlayacaq sülh təşəbbüslərinin qalibiyyətidir. Citypost.az xəbər verir ki, bu fikirləri “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli bildirib."Ermənistan Baş nazirinin “Vətəndaş müqaviləsi” Partiyasının qələbəsi, Rusiya tərəfdarlarının qələbə çala bilməməsi, erməni cəmiyyətinin revanşistləri dəstəkləməməsi ilk növbədə və başlıca olaraq Azərbaycanın sülh təşəbbüsləri, sülh diplomatiyası ilə formalaşan yeni reallığın, yeni tarixin, köhnə, müstəmləkəçi, forpost tarixi üzərində qələbəsidir. Azərbaycanın, onun rəhbəri Prezident İlham Əliyevin böyük qətiyyəti, mübarizəsi, dəyanəti, məharəti sayəsində reallaşan, real nəticə verən sülh...

08 İyun 2026, 09:10

Tural İrfan: Qondarma dini cərəyanlar xarici layihədir

Ölkəmizdə də fəaliyyət göstərdiyi bildirilən və özünü ilkin mərhələdə təriqət və ya din kimi təqdim edən qondarma dini təşkilatların arxasında xarici qüvvələrin dayandığı iddia olunur.Bu barədə Citypost.az-a açıqlamasında Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan danışıb.Onun sözlərinə görə, sözügedən təşkilatın lideri ABŞ tərəfindən təsis olunduqlarını etiraf edib. Tural İrfan bildirib ki, həmin cərəyanın üzvləri qiblənin İordaniyanın Petra şəhərində yerləşdiyini iddia edir, yeni “Quran” anlayışını irəli sürür və digər dini təhrifləri təbliğ edirlər.Dinşünasın fikrincə, bu cür ideyalar müsəlmanlar üçün ortaq və bölünməz hesab olunan dini dəyərlərin zəiflədilməsinə xidmət edir. O qeyd edib ki, həmin cərəyanın yaranması ABŞ-ın...

05 İyun 2026, 09:54

Qulu Məhərrəmli: NATO-nun Kiyev mesajı müharibənin yeni mərhələyə keçdiyini göstərir

Professor Qulu Məhərrəmli Ukraynadakı son hadisələrin müharibənin gedişinə ciddi təsir göstərə biləcəyini bildirib.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, NATO Baş katibinin və alyansa üzv 32 ölkənin nümayəndələrinin Kiyevə səfəri ilə eyni vaxtda Ukrayna ordusunun Rusiyanın müxtəlif ərazilərində həyata keçirdiyi dron hücumları Kremlə mühüm mesaj kimi qiymətləndirilə bilər.Professorun sözlərinə görə, Sankt-Peterburq və Moskva istiqamətində həyata keçirilən hücumlar, eləcə də Rusiyanın Baltik dənizi sahilində yerləşən neft infrastrukturunun hədəfə alınması müharibənin yeni mərhələyə daxil olduğunu göstərən amillərdəndir.Qulu Məhərrəmli hesab edir ki, NATO-nun Ukraynaya verdiyi siyasi və diplomatik dəstək alyansın Kiyevin yanında olduğunu bir daha nümayiş etdirir.Professorun...

04 İyun 2026, 10:31

Yazıçı: Yaxın gələcəkdə robot müharibələrinin şahidi olacağıq  

Yazıçı Murad Köhnəqala müasir müharibələrin xarakteri və qlobal geosiyasi proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb ki, müharibələr artıq ən yeni texnoloji silahlarla aparılır və bu silahlar sürətlə təkmilləşdirilir. Yazıçının fikrincə, yaxın gələcəkdə döyüş meydanlarında robot qoşunlarının meydana çıxması mümkündür.Murad Köhnəqala iddia edib ki, qlobal güclər arasında rəqabətin əsas məqsədlərindən biri dünya əhalisinin sayını azaltmaq və texnoloji baxımdan geri qalan ölkələri asılı vəziyyətə salmaqdır.Yazıçı həmçinin beynəlxalq münasibətlər və müxtəlif münaqişələr barədə şəxsi mülahizələrini səsləndirərək, Rusiya-Ukrayna müharibəsinin, Yaxın Şərqdəki proseslərin və böyük dövlətlər arasındakı rəqabətin daha geniş geosiyasi planların tərkib hissəsi olduğunu irəli sürüb.Onun sözlərinə görə,...

04 İyun 2026, 09:56

Ədalət Verdiyev: İranın mülki hədəfləri vurması ciddi suallar doğurur  

Hərbi ekspert Ədalət Verdiyev İranın son hərbi addımlarını tənqid edib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə İranın özünü İslam dövləti kimi təqdim etməsinə baxmayaraq, hərbi əməliyyatlarında mülki hədəfləri vurduğunu bildirib.Citypost.az xəbər verir ki, ekspert qeyd edib ki, İsrail İranın regiondakı proksi qüvvələrinə zərbələr endirdiyi, ABŞ isə İranın tanker və rabitə infrastrukturunu hədəfə aldığı halda, İranın cavab olaraq Küveytdəki mülki hava limanını vurması nəticəsində dinc insanların həlak olması və yaralanması diqqət çəkir.Ə.Verdiyevin sözlərinə görə, İranın ABŞ və ya İsrailə qarşı birbaşa hərbi cavab vermək əvəzinə mülki əhalinin yaşadığı əraziləri hədəfə alması ciddi suallar doğurur.Hərbi ekspert paylaşımında Ermənistanla İran arasında bu baxımdan...

04 İyun 2026, 09:42