Ceyhun Bayramov və Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNDİ
Siyasət 25 Aprel 2025, 13:15
5914
Xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında geniş tərkibdə görüş keçirilib.
CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, müzakirələr zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid sahələrində əməkdaşlıq məsələləri, həmçinin Azərbaycanın regional əlaqəlilik və təmiz enerji təchizatına töhfəsi müzakirə olunub.
Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən münaqişədən sonrakı vəziyyət də diqqət mərkəzində olub.
Nazir Ceyhun Bayramov Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması üçün Ermənistanın konstitusiyasına düzəliş edilməsinin sülh sazişinin imzalanması üçün ilkin şərt olduğunu və bunun ölkəmizin uzunmüddətli və prinsipial mövqeyi olduğunu bir daha vurğulayıb.
12:51
Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb.
Həmçinin oxuyun
CityPost.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Məlumatda bildirilib ki, Ceyhun Bayramov və Kaya Kallas arasında təkbətək görüş başlayıb.
Ceyhun Bayramov təkbətək görüş barədə paylaşımında bildirib ki, Azərbaycan-Avropa İttifaqı ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri gündəmin əsas mövzusudur.
“Qarşılıqlı maraqlara və anlaşmaya əsaslanan hörmətli, balanslaşdırılmış dialoqun davam etdirilməsi vurğulanıb”, - nazir qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nadir Azəri: Yeni qlobal düzəndə Azərbaycan faktoru
“Bu gün dünya düzənində baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoyur: yeni dünya nizamı formalaşır, köhnə dünya nizamının son dayaqları isə artıq bir-bir sıradan çıxır. Formalaşmaqda olan bu yeni dünya düzənində daha uzaqgörən siyasət yürüdənlər, milli və dövlət maraqlarını daha qətiyyətlə qorumağı bacaranlar, beynəlxalq prosesləri düzgün təhlil edərək operativ və çevik qərarlar qəbul edə bilənlər öz layiqli yerini tuta biləcək. Bunu həm ayrı-ayrı dövlət liderlərinə, həm də dövlətlərin birləşdiyi birlik və ittifaqlara şamil edə bilərik”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azərinin sözlərinə görə, bu baxımdan Azərbaycanın...
17 Fevral 2026, 10:21
İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.Dövlət başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
15 Fevral 2026, 19:46
Millət vəkili:Rəqəmsallaşma dövlət siyasətinin prioritetidir
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıracaq strateji fəaliyyət planının əsas istiqamətlərini hökumət üzvlərinin və, həmçinin, geniş ictimaiyyətin diqqətinə çatdırdı. Ölkəmizin süni intellekt, data mərkəzləri və kibertəhlükəsizlik sahələrindəki hədəfləri, mövcud enerji resursları və əlverişli coğrafi mövqe kimi üstünlükləri var. Dövlət xidmətlərinin "mygov" platforması üzərindən vahid mərkəzdən idarə edilməsi və dövlət qurumları arasında sıx koordinasiyanın yaradılması planlaşdırılır. Yeni arxitektura, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin etmək üçün rəqəmsallaşmanı dövlət siyasətinin mərkəzinə qoyur. Azərbaycanın Asiya ilə Avropa arasında və Şimal-Cənub dəhlizi üzərində yerləşməsi ölkəmizə rəqəmsal bağlantılar sahəsində də mühüm üstünlük qazandırır. Yaxın gələcəkdə ölkəmiz bu istiqamətlərdə rəqəmsal qovşağa...
15 Fevral 2026, 19:22
Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.CityPost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib.Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
15 Fevral 2026, 19:08
Hikmət Hacıyev Serbiya-Azərbaycan tərəfdaşlığının perspektivindən danışıb
Serbiya-Azərbaycan tərəfdaşlığı Balkanlar ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq və əlaqəliliyin genişlənməsi üçün imkanlar yaradır.CityPost.az xəbər verir ki, bunu "Blic TV"yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib."Prezidentimizin qarşıdan gələn səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Şurası iclasının keçirilməsi planlaşdırılır. Həmin iclasda əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq, xüsusi diqqət iqtisadiyyat, investisiyalar, energetika və biznes əlaqələrinə yönəldiləcək", - deyə o bildirib.H. Hacıyev vurğulayıb ki, Azərbaycan və Serbiya Prezidentləri arasında dostluq və dialoq çox mühüm əhəmiyyətə malikdir:"Eyni zamanda, xalqlar arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Ölkələrimiz Qafqaz və Balkan kimi strateji regionlarda yerləşir və hesab edirik...
14 Fevral 2026, 21:24
Tamilla Qulami Mehdiyevə SƏSLƏNDİ: “Xəyanətin cəzasını tam anlamadan ölməyin”
Ümid Partiyasının sədr müavini Tamilla Qulami sosial şəbəkədə paylaşdığı statusda Ramiz Mehdiyev barədə sərt fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Tamilla Qulami dövlətə xəyanət məsələsinin ciddiliyini vurğulayaraq bildirib ki, bu kimi əməllərin nəticələri göründüyündən daha geniş və ağır ola bilər. Onun sözlərinə görə, dövlətə qarşı xəyanət halları ilə bağlı cəmiyyətdə maarifləndirmə işi və təbliğat ciddi şəkildə aparılmalıdır.T.Qulami paylaşımında qeyd edib:“Mən Ramiz Mehdiyevə uzun ömür arzu edirəm. İstəyirəm ki, 100 yaşasın, imkan olsa daha da çox. Amma təkcə yaşaması üçün deyil. Diləyirəm ki, bu dövlətə, bu millətə etdiklərinin bədəlini yaşadığı ömrün hər salisəsində, hər saniyəsində, hər dəqiqəsində, hər saatında çəksin”.Ümid Partiyasının sədr...
12 Fevral 2026, 15:47

